Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azan səsi...
Azan səsi...
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3149
Səs ver:
Azan ruhumuzun səsi, dinimizin təməli, imanımızın göstəricisidir... Azan səsini eşitdikdə qəlbinin dərinliyində bir titrəyiş hiss edirsənsə demək ki, sənin daxilində Allah sevgisi vardır və sən onu hiss etməkdəsən. Azan səslənərkən, bütün kənar səslər kölgədə qalar, ruhun sadəcə onunla qidalanar, gözlərin sadəcə Allahın yazılarını oxuyar, qulaqların sadəcə o səsi duyar. Azanın özünə görə bir ritmi vardır. Musiqisi özündə bir sevgini əks etdirir, bir doğmalıq vardır o səsdə.
Körpə uşaqlar belə onun səsinə aşiq olar, Azan səsinə öz aləmində bir cavab verər. Azanı oxuyarkən fərq etməz kim onu oxuyur, əsas olan odur ki, qəlbdən sevgi ilə səsləndirsin. Əsas odur ki, Azan səslənən zaman qəlbində Allah sevgisi özünü biruzə versin. Sənin üçün hər şeydən öndə sadəcə Allaha sitayiş etmək olsun. Azan insanı sakitlədir, insanın gündəlik gərginliyini götürür.
Gün ərzində nə edirsən et, onun sədasını eşidərkən hər bir şeyi kənara atıb Azanın gözəlliyi altında ruhunu dincəldərərk gərginliklərdən azad olarsan. Nə dərdin, nə çətinliyin olur olsun, həmin an bütün ümidlərini Allaha bağlayarsan, Ona inanıb, sadəcə ondan kömək istərsən. Ümidsizliyin Azanla birgə gedər, Allaha sığınıb ona dua edərsən, özünü Onun dərgahında hiss edərsən, tamamən ona təslim edərsən özünü. Azan insanı sağaldar, beyninə müsbət təsir edər.
Ağrıların zamanı Azanın səslənməsinə özünü həsr edərsənsə ağrıların azalar, sanki onun səsi özü ilə bütün ağrılarını yox edər. Allaha yaxın olmağa qaçarsan. Gecikdiyini düşünərsən, etdiyin səhvlərinə görə əhv diləyərsən Allahdan. Azan sənə bütün həyatını xatırladar, sənə tələsməyə çağırar, zamanı gəldi söyləyər. Hələ də gec deyil, Allah səni baışlayar söyləyir sənə. Hər şeydən böyük Allahdır, bunu bildirər sənə. O ol demədiyi şey olmaz, göstərər sənə.
Onun qatında hamı eynidir, alt-üst edər sənin özündən razılığını. Azan diz çökdürər hamını Allah qarşısında, imanını sınayar. Şeytandan uzaqlığa çağırar səni, bitmədən, yorulmadan, səni hər gün, hər səhər, hər günə başlayacağın an səni yenidən düşünməyə vadar edər. Onun səsi qarşısında bütün heyvanlar baş əyərkən sənin Allahdan uzaqlığını sənə göstərər. Azan səni yenidən həyata qaytarar. Bütün ümidlərini itirdiyin anda, yanında heç kimin olmadığını anladığın anda Azan səsi səni ayıldar.
Həyatının mənasının olmadığını düşündüyün an Azan sənə bu həyatın sadəcə bir başlanğıc olduğunu göstərər, Allaha dönüb daha gözəl həyat əldə edəcəyinə səni səsləyər. Azan sənin günahlardan təmizləyər, səni tam başdan yaradıb, imanını artırıb səni Allah qarşısında borcun olan Namaza, Oruca aparıb gözəlliyindən xəbərsiz olduğun cənnətin qapılarını üzünə açar..


Şərhlər:
Baxılıb: 3149
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz