Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər şey hər vaxt göründüyü kimi deyil
Hər şey hər vaxt göründüyü kimi deyil
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2001
Səs ver:
İki mələk yer üzünü gəzməyə çıxmışlar. Təbii insan qılığında. Axşam olmuş. Şəhərin ən zəngin səmtində lüks bir villanın qapısını Tanrı qonağı olaraq çalmışlar. Ev sahibləri qaşqabağını tökərək buyur etmişlər onları. Yemək filan təklif etməmişlər. İsti qonaq otaqları yerinə, buz kimi və nəmli bodruma iki döşəkcə atıb: "Gecəni burada keçirə bilərsiniz" demişlər. Döşəkcələri betona sərərkən, yaşlı mələk divarda bir çatlaq görmüş. Əlini uzatmış. Belə bir sürmüş yarığa. Divar köhnəsindən möhkəm olmuş. Gənc mələk:
"Niyə etdin bunu?" deyə soruşmuş maraqla.
"Hər şey hər vaxt göründüyü kimi deyil" demiş yaşlı mələk yavaşca.
Ertəsi axşam mələklər bir kənd evində çox kasıb, amma çox xeyirxah bir ailəyə qonaq olmuşlar. Hər şeyləri bir dənəcik inəkləri imiş. Onun südünü satıb dolanırlarmış. Ev sahibləri təvazökar süfrələrinə almış onları. Allah nə verdisə birlikdə yemişlər. Yatma zamanı gəlincə qadın:
"Siz uzun yoldan gəlirsiniz, yorğun olmalısınız"demiş. "Bizim yataqda siz yatın, bir rahat yatın. Biz bu divanda idarə edərik."
Günəş doğularkən oyanan mələklər, yazıq adamla arvadını iki gözləri iki bulaq ağlar tapmışlar. Həyatdakı tək sərvətləri inəkləri bağçada ölü yatırmış. Gənc mələk hirsdən dəliyə dönmüş.
"Bunu necə edərsən. Bu qədər yaxşı insanların yeganə sərvətinin ölməsinə necə icazə verərsən. Əvvəlki gecə getdiyimiz villada hər şey vardı, amma pis ev sahibləri bizə heç bir şey vermədilər. Sən onların bodrumlarını təmir etdin. Bu kasıb insanlar bizimlə hər şeylərini paylaşdılar inəklərinin ölməsinə göz yumdun?.."
"Hər şey hər vaxt göründüyü kimi deyil övlad" demiş, yaşlı mələk yenə.
"Necə yəni?" deyə daha da hirslə təkrarlamış sualını gənc mələk.
"Hər şey hər vaxt göründüyü kimi deyil övlad" demiş yaşlı mələk bir daha. Və izah etmiş.
"İlk getdiyimiz zəngin evinin o divar çatlağının içində illər əvvəldən saxlanmış bir xəzinə vardı. Ev sahibləri, zənginlikləri ilə çox məğrur, amma heç paylaşmağı sevməyən insanlar olduqları üçün bu xəzinəni tapmağı ağıllarına gətirməmişlər. Çatlağı bağlayıb, onları bu xəzinədən əbədi olaraq məhrum etdim. Dünən gecə kasıb kəndlinin yatağında yatarkən ölüm mələyi, adamın arvadını götürməyə gəldi. Qadının həyatını bağışlamasına qarşılıq ona inəyi verdim. Hər şey hər vaxt göründüyü kimi deyil. İşlər bəzən istəndiyi kimi getməz göründüyündə, əslində olan budur. Əgər inanclısansa, hər işdə bir xeyr olduğunu düşünərsən. O xeyirin nə olduğunu da, bir müddət sonra anlarsan....



Şərhlər:
Baxılıb: 2001
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz