Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əfv et Allahım
Əfv et Allahım
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2910
Səs ver:

 Peyğəmbər(s.ə.s) buyurur: Adəm övladının hamısı səhv və xəta edər, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir. Allah tövbə edənləri sevir.Biz bəndələrinə namaz qılın, günaha meyl etməyin, dedin, Allahım!

Başqasının haqqına girməyin, qəlbini qırmayın, dedin, Allahım! Məni hər zaman zikr edin, günahlarınıza görə ixlasla tövbə edin ki, sizi bağışlayım, dedin, Allahım! Tövbə edin ki, Cəhənnəm atəşi ilə əzab verməyim, dedin Allahım! Əmrlərimə tabe  olun ki, sizə sonsuz Cənnət verim, dedin Allahım! Bəs biz nə etdik?! Halalını haram, haramını halal etdik özümüzə. Əfv et bizi, Allahım.Bizə dua etməyi öyrətdin, mənə dua edin ki, dualarınızı qəbul edim, dedin, Allahım!Sevgili Peyğəmbər (s.ə.s) buyurmuşdur: Bir ayaqqabı bağına ehtiyac duysanız belə, tək olan Allahdan istəyin.Bəs biz nə etdik?! Səni unudub günahkar bəndələrinə ümid bəslədik. Əfv et bizi Allahım.Dünya həyatı yıxıb-sürüdü, özünə kölə etdi bizi, Allahım. Kasıb olduqda verdiyin ruziyə qane olmayıb şükrünü yerinə yetirmədik.Dövlətli olduqda istəmədən bəxş etdiyin nemətləri haqqı olan yoxsullara qıymadıq. Sağlam olduqda bizə əmanət verdiyin  bədən sağlamlığına, günah və haram buyurduğun yemək - içməklə  xəyanət etdik. Xəstə olduqda da sağlam olduğumuz günlərə görə Sənə şükür etmədik. Əfv et bizi, Allahım.Muhəmməd (s.ə.s) eşqinə, onun pak və məsum Əhli-beytinə (ə) xatir biz günahkar bəndələrini əfv et. Gecə-gündüz qarşında rükuyə bükülən  bellərə xatir, Səni zikr edən dillərə xatir, əfv et bizi, Allahım!



 



Şərhlər:
Baxılıb: 2910
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz