Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İtirdiyimiz savablar
İtirdiyimiz savablar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1139
Səs ver:

Həzrət Əlinin (ə) məşhur bir kəlamı var: "İnsanlar Allaha üç səbəbdən ibadət edirlər. Bir qisim Allaha cənnət təmənnası ilə ibadət edir; bu, tacirlərin ibadətidir. Başqa bir dəstə Allaha cəhənnəm qorxusundan ibadət edir; bu, kölələrin ibadətidir. Nəhayət, bir dəstə də Allahı ibadətə layiq bildiyi üçün şükr niyyətilə Ona ibadət edir; bu isə hürr adamların ibadətidir”.

Əlbəttə, ən yaxşı ibadət bunların üçüncüsüdür. Bu mərtəbəyə çatan adam özünü xoşbəxt saya bilər. Amma gəlin etiraf edək ki, heç də hamımız bu məqama çatmamışıq. Hələ də bir çoxlarımız, hətta əksəriyyətimiz ibadəti ya cənnət qazanmaq, ya da cəhənnəm əzabından qurtulmaq niyyəti ilə yerinə yetiririk. Indiki zamanda buna da min şükür. Ömründə bir dəfə də olsa üzü qibləyə səcdə etməməkdənsə, halalı-haramı vecə almamaqdansa, tacir ya kölə ibadəti etmək yenə yaxşıdır. Amma bunu da qaydasında etmək lazımdır.

Biz nə edirik? İbadət edənlərin böyük bir qismi sadəcə olaraq savab toplamaqla məşğuldur. Özümüz üçün limit təyin etmişik – Allahın əvəzinə. Filan qədər savab toplasaq, sanki cənnətə düşməyimiz təminat altındadır. Savablarımızı hesablayırıq, amma günahlarımızdan xəbərimiz yoxdur. Günahlarımız gözümüzdə kiçik görünür. Daha doğrusu, şeytan bizim günahlarımızı gözümüzdə kiçik göstərir. Bu, şeytanın sevimli üsuludur. Axı insan özünə qarşı zalım və cahildir. İçimizdəki özünübəyənmə, təkəbbür, bəhanəçilik hissləri cövlana gəldimi, demək, hər şey bitdi. "Xırda bir günahla nə olacaq ki? Axı mənim filan qədər savabım var”. Savablarımız bizə nəhəng görünür, günahlarımız isə xırda. Bizi o adama bənzətmək olar ki, dərin bir quyunu özü üçün ambara çevirib, əlinə düşən buğdanı gətirib quyunun ağzından içəriyə atır. Amma bircə dəfə də olsa nə əyilib quyunun içinə baxır, nə də nərdivan qoyub onun dibinə enir. Yalnız gətirib quyuya atdığı buğdaların kağız üzərində hesabını aparır. On ildən sonra kağız-dəftərini gətirib hesablayır, belə çıxır ki, artıq quyu dolmaq üzrədir. Sevinə-sevinə gəlib quyunun qapağını açır, birinci dəfə əyilib quyunun içinə baxır. Amma… Təəssüf ki, bu on ilin ərzində buğdanın bir hissəsi siçovulların yeminə çevrilib, bir hissəsi də çürüyüb; ələ gələsi bir-iki ovuc təmiz buğda qalıb.

Savablar da belədir. Onlarla hədisimiz var ki, filan günah savabları yox edir, necə ki sirkə balı, alov odunu məhv edir. Elə götürək əhəmiyyətsiz saydığımız qeybəti. Peyğəmbər buyurub ki, quru odun üçün alov, bəndənin savablarından ötrü qeybət qədər təhlükəli deyil. Və yaxud başqa bir deyimlə, yoluxucu xəstəlik müsəlmanın bədəninə necə zərər yetirərsə, qeybət onun dininə bundan daha tez ziyan vurar. Unutmayaq, əməl ambarımıza buğda şəklində nə qədər savab qoyuruqsa, günah şəklində bir o qədər də siçovul yaradırıq. Və bunu biz özümüz edirik; günahdan ləzzət ala-ala, utanmayaraq, ən yaxşı halda isə özümüzə bəraət qazandıraraq. Məşhur əhvalatdır: Bir gün Peyğəmbər səhabələrlə birlikdə səhradan keçirdi. Köç salanda həzrət onlara tapşırdı ki, səhraya səpələnib tonqal üçün odun yığsınlar. Bir saatdan sonra hər kəs əlində bir az çör-çöplə qayıtdı. Səhranın ortasında bundan artıq nə tapacaqdılar ki? Amma gətirdiklərini üst-üstə yığanda böyük bir qalaq yarandı. Peyğəmbər fikirlərə qərq oldu, sonra buyurdu: "Bax, günahlarınız da belədir, ayrı-ayrılıqda gözünüzə xırda görünür. Amma qiyamətdə onları bir yerə toplayanda nə qədər çox olduqları bilinəcək”.

Bəzi savablar bəzi günahları sildiyi kimi, bəzi günahlar da bəzi savabları silməyə qadirdir. Qurani-kərimin ayələrini yada salaq. Müqəddəs kitabda dəfələrlə bu ifadə buyurulub: "Hər kim qiyamətə xeyir əməllə gəlsə...” Allah buyurmur ki, "hər kim xeyir əməl etsə”. Allah-təala hər kəsin məhşər meydanına kimi daşıyıb gətirə bildiyi savabları hesablayacaq, yolda itənlər, siçovula yem olanlar sayılmayacaq.

Nə qədər savab etməyimiz əsas deyil, nə qədər savabı qoruyub-saxlaya bildiyimiz əsasdır. Kaş ki, savablarımızı böyük gördüyümüz kimi, günahlarımızı da böyük görə biləydik. Kaş ki, savablarımıza arxalandığımız kimi, günahlarımızdan da qorxaydıq...


/Mənbə:Qadınlar.biz/

 



Şərhlər:
Baxılıb: 1139
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz