Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
AĞLAYAN SƏCCADƏ...
AĞLAYAN SƏCCADƏ...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1020
Səs ver:
Yorğunluğun verdiyi ağırlıqla dərhal yuxuya getmişdi. Bir iniltiylə oyandı adam. Ətraf hələ də qaranlıq idi. İniltini yuxu gördüyünə yozdu. Dodaqları susuzluqdan çatlayırdı, yaman susamışdı. İşıqları yandırmadan mətbəxə gedib suyunu içdi və yatağına döndü. Tam yatmaq üzrəykən, eyni inilti səsini təkrar eşitməyə başladı. Yoxsa yuxu idi, həqiqət? Fərqində deyildi. Səsin gəldiyi istiqamətə yönəldi. O an yuxuda olmadığına yaxşıca əmin oldu. Çünki eşitdiyi səsin sahibi evin tək səccadəsi idi. 

Adam çaşdı və qorxulu bir səslə 

- İnləyən sən idin? 

- Bəli, dedi səccadə. 

- Nə üçün ağlayırsan? 

Səccadə yenə içə işləyən bir səslə: 

- Səni yuxundan oyandıran susuzluğunu, doyana qədər, su içərək aradan qaldırdın. Halbuki mənim susuzluğumu aradan qaldıracaq kimsəm yoxdur! 

- Sən necə susayarsan, sən canlı deyilsən axı?, - dedi adam. 

Səccadə: 

- Mənim ehtiyacım da bir cür sudur, amma içdiyin su deyil. Mənim susuzluğumu ancaq tövbəkar qulların gözyaşları aradan qaldırar. 

- Anlamadım!, -deyə adam maraqlı gözlərlə səccadədən soruşdu.

- Ağlıyaram, çünki Allahın bəndələri qəbrinin aydınanmasını, qaranlıqlarda qalmamağı, axirət günündə aydın olmağı istəyərlər. İstəmələrinə baxmayaraq, bu vaxtda qalxıb iki rükət namaz qılmazlar. Həmişə baxıram sənə, bir gün də qalxıb iki rükət gecə namazı qılmırsan. 

- Məni narahat etmə, - deyərək adam üzünü döndərdi.

Səccadə davam etdi:

- Ey Allahın bəndəsi! Bax, səhər namazının vaxtı gəldi. Azanlar; namaz yuxudan xeyirlidir- deyə səslənir. Ah səhər namazı, ah bu səhər namazı! Namazlar arasında müstəsnadır. Həm ürəyə, həm də ruha həyat verəndir o. Gecə-gündüz dünya üçün çabaladığın bəs etmir? Əziz və Qahhar olan Allahın çağırışına niyə qarşılıq vermirsən? 

Adam sıxılaraq: 

- Ey səccadəm, məni rahat burax. Gündüz kifayət qədər yoruluram, bir az daha yatım,- deyib yatağın istiliyinə buraxdı özünü. 

- Səccadə qorxmadan adamı xəbərdar etməyə və yatmamasına çalışırdı. 

- Demək ki, sən dünyaya axirətdən daha çox əhəmiyyət verirsən.

Adam hirsləndi: 

- Bəsdir artın, daha danışma!-, deyə qışqırdı.

Səccadə bu sözün qarşısında əvvəlcə susdu. Daha sonra səsini yaxşıca alçaldaraq; 

- Ah, o sübh namazı vaxtındakı adamlar, ah, o fəcr vaxtındakı adamlar, - dedi. Sən o nurlu Peyğəmbərin (s) bu vaxt üçün nələr söylədiyini bilmirrsən? Allahın Rəsulu (s) belə buyurub: «Hər kim, günəş doğmadan və batmadan əvvəl namazlarını əda etsə atəşə girməyəcək», «Münafiqlərə ən ağır gələn namaz səhər və işa namazıdır. Onlar ki o iki namazdakı əcri bilsəydilər, sürünə sürünə məscidə namaz qılmaq üçün gedərdilər». 
Bundan sonra adam yatağından qalxıb:

- Düz deyirsən, səhər namazı həqiqətən əhəmiyyətlidir, - dedi. 

Səccadə: 

- Elə isə qalx və namaz qıl, dedi.

- Sabah inşəllah, mütləq qalxacağam, amma bu gün çox yorğunam dedi, adam. 

Səccadə son bir ümidlə; 

- Adam saleh əməllərin nə qədər böyük əcri olduğunu idrak edə bilməzsə, bütün zamanlarda bu əməllər çətin gələr. Məsələ yatmaqsa, qəbirdə yuxudan çox nə var?! Gəl sözümü dinlə, ey Allahın bəndəsi! 
Bu andan sonra adamdan tək söz eşidilmədi. Səccadə də bir müddət səssiz qaldı. Adam yuxuya davam etdi. 
Amma əfsus! Adam ömüründəki ən uzun yuxusuna dalmışdı . Səccadənin son sözlərini eşidə bilmədi. O an səccadə adamın öldüyünü anlayınca, qısıq bir səslə bunları söyləyirdi. 

- Ey tövbəsini sabaha təxirə salan, sabaha çıxa biləcəyini bilirsənmi?! 
Biz dünya üçün günah işlətdiyimiz halda, ölüm hər an pusqudadır. Vaxt çox məhduddur. Gün fərqində olmadan ötüb gedir. 

VƏ KİM BİLİR? BU GÜN BƏLKƏ DƏ SƏNİN SON GÜNÜNDÜR?


Şərhlər:
Baxılıb: 1020
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz