Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat və Karandaş ( Ibrətamiz hekayə)
Həyat və Karandaş ( Ibrətamiz hekayə)
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1014
Səs ver:
Uşaq babasının məktub yazmağına tamaşa edirdi.
Birdən məsum bir ifadə ilə: "Yoxsa mənim haqqımda yazırsan?” - deyə soruşdu.
Babası bir anlıq əlini saxladı, əvvəlcə gülümsədi, sonra isə dedi:
"Doğrudur, sənin haqqında yazıram.
Ancaq əlimdə tutduğum bu karandaş yazdığım o sözlərdən daha əhəmiyyətlidir.
İnanıram ki, böyüyəndə sən də bu karandaşı çox sevəcəksən”...
Uşaq karandaşa diqqətlə baxdı. Ancaq onda qeyri-adi bir şey görmədi.
Odur ki: "Axı bu karandaşın başqa karandaşlardan heç bir fərqi yoxdur”, - dedi.
"Əslində bu sənin o karandaşa necə baxmağından asılıdır”, - babası cavab verdi,
- "Bu qələmin beş xüsusiyyəti var və sən bu xüsusiyyətləri bilsən, həyatda çox yaxşı bir insan olarsan...

Birinci xüsusiyyət: çox gözəl işlər görə bilərsən.
Ancaq atdığın hər addıma istiqamət verən "Biri” olduğunu unutmamalısan.
Bizim üçün bu "ALLAH"dır, həmişə Öz Qüdrəti ilə bizə istiqamət verir...

İkinci xüsusiyyət: nə yazıramsa-yazım, arabir dayanmalı və karandaşımın ucunu yonmalıyam.
Bu, karandaşı bir az "incitsə də”, nəticədə, daha yaxşı yazmasına kömək edir.
Ona görə də acılara sinə gərməyi öyrənməlisən. Çünki nə qədər acı çəksən, bir o qədər güclü olarsan...

Üçüncü xüsusiyyət: karandaşla yazanda səhv etməkdən qorxmursan.
Çünki nə qədər səhv etsən də, onu düzəldə biləcəyini bilirsən.
Sən də bil ki, əgər bir səhv ediriksə, onu sonradan düzəltmək heç də pis şey deyil.
Əksinə, bu bizi ədalətli olmağa sövq edir...

Dördüncü xüsusiyyət: karandaşın əsas hissəsi üstündəki taxta deyil, içindəki yazan maddədir.
Ona görə sən də həmişə öz içinə baxmalı, ən çox onu qorumalısan...

Beşinci və son xüsusiyyəti: karandaşdan istifadə zamanı öz dəsti xəttini (izini) qoymasıdır.
Onun kimi, sən də həyatda gördüyün hər işə diqqət etməli, həmin işin bir iz (müsbət və ya mənfi) qoyacağını bilməli və hər addımını ona görə atmalısan...”


Şərhlər:
Baxılıb: 1014
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz