Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günün Duası: Kumeyl duası
Günün Duası: Kumeyl duası
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 20299
Səs ver:
 
Bu dua məşhur dualardan biridir ki, Əllamə Məclisi (rəhmətullah əleyh) onun haqqında buyurmuşdur: O, ən üstün dualardan biri olub, Xızır (ə)-ın duası sayılır. Həzrəti Əli (ə) bu duanı özünün xüsusi səhabələrindən sayılan Kumeylə (rəhmətullah əleyh) öyrətmişdir. Bu duanı şəban ayının yarısında (15- də)və habelə hər cümə axşamları oxunduğunu buyurmuşdur. Bu dua düşmənlərin şərindən qorunmaq, ruzi qapısının açılması və habelə günahların bağışlanması üçün faydalıdır.
Dua belədir:
Bismillahir rəhmanir rəmim
« Əllahummə inni əsəlukə birəhmətikəl ləti vəsiət kullə şəyy, və bi quvvətikəl ləti qəhərtə biha kullə şəyy, və xəzəə ləha kullu şəyy, və zəllə ləha kullu şəyy, və bicəbərutikəl ləti ğələbtə biha kullə şəyin və bi izzətikəl ləti la yəqumu ləha şəyy, və biəzəmətikəl ləti mələət kullə şəyy, və bisultanikəl ləzi əla kullə şəyy, və bivəchikəl baqi bədə fənai kulli şəyy, və bi əsmaikəl ləti mələət ərkanə kulli şəyy, və bi ilmikəl ləzi əhatə bikulli şəyy, və bi nuri vəchikəl ləzi əzaə ləhu kullu şəyy. Ya nuru ya quddus ya əvvələl əvvəlin, və ya axirəl axirin. Əllahumməğfirliyəz zunubəl ləti təhtikul isəm. Əllahumməğfirliyəz zunubəl ləti tunzilun niqəm. Əllahumməğfirliyəz zunubəl ləti tuğəyyirun niəm. Əllahumməğfirliyəz zunubəl ləti təhbisud dua. Əllahumməğfirliyəz zunubəl ləti tunzilul bəla. Əllahumməğfirli kullə zənbin əznəbtuhu və kullə xətiətin əxtətuha. Əllahummə inni ətəqərrəbu iləykə bizikrikə vəstəşfiu bikə ila nəfsik. Və əsəlukə bicudikə ən tudniyəni min qurbik. Və ən tuziəni şukrək. Və ən tulhiməni zikrək. Əllahummə inni əsəlukə sualə xaziin mutəzəllilin xaşiin ən tusamihəni və tərhəməni və təcələni biqismikə raziyən qaniən və fi cəmiil əhvali mutəvazia. Əllahummə və əsəlukə sualə məniştəddət faqətuhu və ənzələ bikə indəş şədaidi hacətuhu və əzumə fima indəkə rəğbətuh. Əllahummə əzumə sultanukə və əla məkanukə və xəfiyə məkrukə və zəhərə əmrukə və ğələbə qəhrukə və cərət qudrətukə vəla yumkinul firaru min hukumətik. Əllahummə la əcidu lizunubi ğafirən vəla liqəbaihi satirən vəla lişəyin min əməliyəl qəbihi bil həsəni mubəddilən ğəyrək. La ilahə illa əntə subhanəkə və bihəmdik. Zələmtu nəfsi və təcərrətu bicəhli və səkəntu ila qədimi zikrikə li və mənnikə ələyyə. Əllahummə məvlayə kəm min qəbihin sətərtəhu və kəm min fadihin minəl bəlai əqəltəh, və kəm min isarin vəqəytəhu və kəm min məkruhin dəfətəhu, və kəm min sənain cəmilin ləstu əhlən ləhu nəşərtəh. Əllahummə əzumə bəlai və əfrətə bi suu hali və qsurət bi əmali və qəədət bi əğlali və həbəsəni ən nəfi budu əməli və xədəətnid dunya biğururiha və nəfsi bicinayətiha və mitali. Ya Səyyidi fəəsəlukə bi izzətikə ən la yəhcubə ənkə duai suu əməli və fiali, və la təfzəhni bixəfiyyi məttələtə ələyhi min sirri, vəla tuaccilni bil uqubəti əla ma əmiltuhu fi xələvati min sui fili və isaəti, və dəvami təfriti və cəhaləti və kəsrəti şəhəvati və ğəfləti, vəkunil lahummə bi izzətikə li fi kullil əhvali rəufən və ələyyə fi cəmiil umuri ətufa. İlahi və rəbbi mən li ğəyrukə. Əsəluhu kəşfə zurri vən nəzərə fi əmri. İlahi və Məvlayə əcrəytə ələyyə hukmən ittəbətu fihi həva nəfsi və ləm əhtəris fihi min təzyini əduvvi fəğərrəni bima əhva və əsədəhu əla zalikə qəzau fətəcavəztu bima cəra ələyyə min zalikə bəzə hududikə və xaləftu bəzə əvarimik. Fələkəl həmdu ələyyə fi cəmii zalik. Və la huccətə li fima cəra ələyyə fihi qəzauk. Və əlzəməni hukmukə və bəlauk. Və qəd ətəytukə ya İlahi bədə təqsiri və israfi əla nəfsi mutəzirən nadimən munkəsirən mustəqilən mustəğfirən munibən muqirrən muzinən mutərifən la əcidu məfərrən mima kanə minni və la məfzəən ətəvəccəhu iləyhi fi əmri ğəyrə qəbulikə uzri və idxalikə iyyayə fi səəti rəhmətik. Əllahummə fəqbəl uzri, vərhəm şiddəti zurri və fukkəni min şəddi və saqi. Ya Rəbbirhəm zəfə bədəni və riqqətə cildi və diqqətə əzmi. Ya mən bədəə xəlqi və zikri və tərbiyəti və birri və təğziyyəti həbni libtidai kərəmikə və salifi birrikə bi. Ya İlahi və Səyyidi və Rəbbi əturakə muəzzibi binarikə bədə təvhidikə və bədə ma intəva ələyhi qəlbi min mərifətikə və ləhicə bihi lisani min zikrikə və itəqədəhu zəmiri min hubbikə və sbədə sidqi itirafi və duai xaziən lirububiyyətikə. Həyhatə əntə əkrəmu min ən tuzəyyiə mən rəbbəytəhu əv tubidə mən ədnəytəhu, əv tuşərridə mən avəytəhu əv tusəllimə iləl bəlai mən kəfəytəhu və rəhimtəh, və ləytə şiri ya Səyyidi və İlahi və Məvlayə. Ətusəllitun narə əla vucuhin xərrət liəzəmətikə sacidətən və əla əlsunin nətəqət bitəvhidikə sadiqəh, və bişukrikə madihətən və əla qulubin itərəfət bilahiyyətikə muhəqqiqəh, və əla zəmairə həvət minəl ilmi bikə hətta sarət xaşiəh, və əla cəvarihə səət ila əvtani təəbbudikə taiəh, və əşarət bi istiğfarikə muzinətən ma hakəza zənnu bik, vəla uxbirna bifəzlikə ənkə ya kərimu ya Rəbbi. Və əntə tələmu zəfi ən qəlilin min bəlaid dunya və uqubatiha və ma yəcri fiha minəl məkarihi əla əhliha. Əla ənnə zalikə bəlaun və məkruhun qəlilun məksuhun yəsirun bəqauhu qəsirun muddətuh. Fə kəyfə ihtimali libəlail axirəti və cəlili vuquil məkarihi fiha, və huvə bəlaun tətulu muddətuhu və yədumu məqamuhu və la yuxəffəfu ən əhlih, liənnəhu la yəkunu illa ən ğəzəbikə vəntiqamikə və səxətikə. Və haza ma la təqumu ləhus səmavati vəl ərz. Ya Səyyidi fəkəyfə li və ənə əbdukəz zəifuz zəlilul həqirul miskinul mustəkin. Ya İlahi və Rəbbi və Səyyidi və Məvlayə liəyyil umuri iləykə əşku, və lima minha əziccu və əbki liəlimil əzabi və şiddəti. Əm li tulil bəlai və muddəti. Fələin səyyərtəni lil uqubati məə ədaikə və cəmətə bəyni və bəynə əhlibəlaikə və fərrəqtə bəyni və bəynə əhibbaikə və əvliyaikə fəhəbni ya İlahi və Səyyidi və Məvlaya və Rəbbi, səbərtu əla əzabikə fəkəyfə əsbiru əla firaqik, və həbni səbərtu əla hərri narikə fəkəyfə əsbiru ənin nəzəri ila kəramətik, əm kəyfə əskunu fin nari və rəcai əfvuk, fəbizzətikə ya Səyyidi və Məvlayə uqsimu sadiqən ləin tərəktəni natiqən ləəziccənnə iləykə bəynə əhliha zəcicəl amilinə vələəsruxənnə iləykə suraxəl mustəsrixinə vələəbkiyənnə ələykə bukaəl faqidin, vələunadiyənnəkə əynə kuntə ya vəliyyəl mumininə ya ğayətə amalil arifin, ya ğiyasəl mustəğisin ya həbibə qulubis sadiqinə və ya ilahəl aləmin, əfəturakə subhanəkə ya İlahi və bihəmdikə təsməu fiha səvtə əbdin muslimin sucinə fiha bimuxaləfətih, və zaqə təmə əzabiha biməsiyətih, və hubisə bəynə ətbaqiha bicurmihi və cərirətihi, və huvə yəziccu iləykə zəcicə muəmmilin lirəhmətikə və yunadikə bilisani əhli təvhidik, və yətəvəssəlu iləykə birububiyyətik, ya Məvlayə fəkəyfə yəbqa fil əzabi və huvə yərcu ma sələfə min hilmik, əm kəyfə tulimuhun naru və huvə yəmulu fəzləkə və rəhmətəkə əm kəyfə yuhriquhu ləhibuha əntə təsməu səvtəhu və təra məkanəh, əm kəyfə yəştəmilu ələyhi zəfiruha və əntə tələmu zəfəh, əm kəyfə yətəqəlqəlu bəynə ətbaqiha və əntə tələmu sidqəh, əm kəyfə təzcuruhu zəbaniyyətuha vəhuvə yunadikə ya Rəbbəh, əm kəyfə yərcu fəzləkə fi itqihi minha fətətrukuhu fiha. Həyhatə ma zalikəz zənnu bikə vələl mərufi min fəzlikə vəla muşbihun lima aməltu bihim muvəhhidinə min birrikə və ihsanik. Fəbil yəqini əqtəu ləvla ma həkəmtə bihi min təzibi cahidikə və qəzəytə bihi min ixladi muanidikə ləcəəltən narə kulləha bərdən və səlama. Və ma kanə li əhədin fiha məqərrən vəla muqama. Lakinnəkə təqəddəsət əsmaukə əqsəmtə ən təmləəha minəl kafirinə minəl cinnəti vən nasi əcməin, və ən tuxəllidə fihəl muanidinə və əntə cəllə sənaukə qultə mubtədiən və tətəvvəltə bil inami mutəkərrima. Əfəmən kanə muminən kəmən kanə fasiqən la yəstəvun. İlahi və Səyyidi fəəsəlukə bil qudrətil ləti qəddərtəha və bil qəzziyyətil ləti hətəmtəha və həkəmtəha və ğələbtə mən ələyhi əcrəytəha ən təhəbə li fi hazihil ləyləti və fi hazihis saəti kullə curmin əcrəmtuhu, və kullə zənbin əznəbtuhu və kullə qəbihin əsrərtuhu və kullə cəhlin əmiltuhu kətəmtəuh, əv ələntuhu əxfəytuhu və əzhərtuhu, və kullə səyyiətin əmərtə bi isbatihəl kiraməl katibin. Əlləzinə vəkkəltəhum bihifzi ma yəkunu minni, vəcəəltəhum şuhudən ələyyə məə cəvarihi, və kuntə əntər rəqibə ələyyə min vərahim vəş şahidə lima xəfiyə ənhum, və birəhmətikə əxfəytəhu və bifəzlikə sətərtəhu və ən tuvəffirə həzzi min kulli xəyrin ənzəltəh, əv ihsanin fəzzəltəhu əv birrin nəşərtəh, əv rizqin bəsəttəhu əv zənbin təğfiruhu əv xətəin təstəruh, ya Rəbbi ya Rəbbi ya Rəbb. Ya İlahi və Seyyidi və Məvlayə və malikə riqqi. Ya mən biyədihi nasiyəti. Ya əlimən bizurri və məskənəti. Ya xəbirən bifəqri və faqəti. Ya Rəbbi ya Rəbbi ya Rəbb. Əsəlukə bihəqqikə və qudsikə və əzəmi sifatikə və əsmaikə, ən təcələ əvqati minəl ləyli vən nəhari bizikrikə məmurən, və bixidmətikə məvsulətən və əmali indəkə məqbuləh, hətta təkunə əmali və əvradi kulluha virdən vahidən və hali fi xidmətikə sərməda. Ya Səyyidi ya mən ələyhi məvvili. Ya mən iləyhi şəkəvtu əhvali. Ya Rəbbi ya Rəbbi ya rəbb. Qəvvi əla xidmətikə cəvarihi, vəşdud ələl əziməti cəvnihi, vəhəbliyəl ciddi fi xəşyətikə vəddəvamə fil ittisali bixidmətik, hətta əsrəhə iləykə fi məyadinis sabiqinə və usriə iləykə fil barizin, vəştaqə ila qurbikə fil muştaqin, və ədnu minkə dunuvvəl muxlisin, və əxafəkə məxafətəl muqininə və əctəmiə fi civarikə məəl muminin. Əllahummə vəmən əradəni bisuin fəəridh, vəmən kadəni fəkidhu vəcəlni min əhsəni əbidikə nəsibən indək, və əqrəbihim mənzilətən mink, və əxəssihim zulfətən lədəyk. Fəinnəhu la yunali zalikə illa bifəzlik. Və cudli bicudikə vətif ələyyə biməcdikə vəhfəzni birəhmətikə vəcəl lisani bizikrikə ləhicən və qəlbi bihubbikə mutəyyəmən və munnə ələyyə bihusni icabətik, vəəqilni əsrəti vəğfir zilləti, fəinnəkə qəzəytə əla ibadikə biibadətikə və əmərtəhum biduaikə və zəmintə ləhumul icabətə fəiləyk, ya Rəbbi nəsəbtu vəchi və iləykə ya Rəbbi mədədtu yədi. Fəbiizzətikə istəcib li duai, və bəlliğni munayə vəla təqqə min fəzlikə rəcai, vəkfini şərrəl cinni vəl insi min ədai, ya səriər riza, iğfir limən la yəmliku illəddua. Fəinnəkə fəalun lima təşa. Ya mən ismuhu dəvaun və zikruhu şifaun və taətuhu ğina. İrhəm mən rəsu malihir rəcau və silahuhul buka. Ya sabiğən niəm. Ya dafiən niqəm. Ya nurəl mustəvhişinə fiz zuləm. Ya alimən la yuəlləm. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəfəl bi ma əntə əhluh. Vəsəlləllahu əla rəsulihi vəl əimmətil məyaminə min alihi vəsəlləmə təslima».
Tərcüməsi:
Rəhman və Rəhim Allahın adı iləPərvərdigara, Səni hər şeyi bürümüş rəhmətinə and verib, Səndən istəyirəm. Səni vasitəsi ilə hər şeyə qalib gəldiyin qüvvətinə and verirəm. Onun qarşısında hər şey baş əymiş və hər şey xar olmuşdur. Səni vasitəsi ilə hər şeyə qələbə çaldığın cəbərutuna and verirəm. Səni hər şeyi doldurmuş əzəmtinə and verirəm. Səni hər şeydən üstün səltənətinə and verirəm. Səni hər şey fəna olduqdan sonra qalacaq zatına and verirəm. Səni hər şeyin sütunlarını doldurmuş adlarına and verirəm. Səni hər şeyi əhatə etmiş elminə and verib istəyirəm. Səni hər şeyi işıqlandırmış zatının nuruna and verib istəyirəm. Ey nur, ey hər eybdən pak, ey əvvəllərin əvvəli və ey axırların axırı. Allahım bağışla o günahlarımı ki, əzabların qarşısını almış pərdələri aradan qaldırar. Pərvərdigara cəzaları endirən, yaxınlaşdıran günahlarımı bağışla.Pərvərdigara nemətləri dəyişən günahlarımı bağışla.Pərvərdigara dualarımı həbsə salmış günahlarımı bağışla.Pərvərdigara bəla nazil edən günahlarımı bağışla.Pərvərdigara batdığım günahları və yol verdiyim xətaları bağışla.Pərvərdigara səni zikr etməklə sənə yaxınlıq axtarıram. Səni günah və caza bəndindən qurtulmaq üçün özümə şəfaətçi qərar verirəm. Bəxşişin və səxavətin vasitəsi ilə məni yaxın məqamına çağırmağını, şükrünü mənə ruzi etməyini və zikrini qəlbimə ilham etməyini istəyirəm. Pərvərdigara səndən təvazökar, zəlil, itaətkar bir bəndə kimi mənə rəhm etməyini, qismət etdiyindən razı salmağını və bütün hallarda təvazökar saxlamağını istəyirəm. Pərvərdigara, səndən ehtiyacı son həddə çatmış şəxs kimi istəyirəm. Çətinliklər içində istəyini qarşına gətirmiş kəs kimi. Sənə olan rəğbətim meylim böyükdür. Pərvərdigara, sultanlığın əzəmətə çatmış və sənin məqamın ucadır. Və sənin məkrin gizlidir və sənin əmrin aşkardır. Sənin qəhrin hər şeyə qalib və qüdrətin hər şeyə hakimdir. Hökumətindən qaçmaq mümkünsüzdür. Pərvərdigara, Səndən başqa günahlarımı bağışlayacaq qəbahətlərimi örtəcək və pis əməllərimi yaxşıya döndərəcək bir kəs tapmıram. Səndən başqa bir Məbud yoxdur. Sən paksan və mən Sənə həmd və səna edirəm. Özümə zülm etdim və nadanlıqdan cəsarətə yol verdim. Keçmişdə əta etdiklərini xatırlamaqla arxayınlaşıb oturdum. Pərvərdigara, ey mənim Mövlam yol verdiyim nə çox çirkinliyi örtmüsən nə çox ağır bəlaları məndən kənarlaşdırmısan. Məni nə çox büdrəmələrdən hifz etmisən. Məni nə çox xoşagəlməyən işlərdən müdafiyə etmisən laiq olmadığım nə çox tərifləri xalq arasında yaymısan. Pərvərdigara, bəlam böyükdür, halımın pisliyi həddini aşmış, əməllərim yetərsiz olmuş, zəncirlərim məni yerə oturtmuş, uzun uzadı arzular məni faydalardan saxladı. Dünya öz hiylələri ilə məni aldatdı. Nəfsim öz cinayətləri və xəyanətləri ilə məni aldatdı. Ey mənim Ağam izzətinə and verib Səndən istəyirəm ki, çirkin əməl və hərəkətlərim Sənə duaların qarşısını almasın. Məni daxilimdə bildiyin gizli günahlarla rüsvay etmə. Xəlvətdə yol verdiklərimə, çirkin işlərimə, günahlarıma, bəndəlikdə süstlüyümə, nadanlığıma, şəhvətimin çoxluğuna, qəflətimə görə cəzalandırmağa tələsmə. Pərvərdigara, Səni izzətinə and verirəm mənə bütün hallarda rauf və bütün işlərdə mehriban ol. İlahi, Pərvərdigara, Səndən başqa kimim var ki, ondan narahatlıqlarımın aradan götürülməsini, işlərimə lütf nəzəri etməsini istəyim. İlahi, ey mənim Mövlam Sən hökm verdin, mən isə onun icrasında nəfsimin istəyinə tabe oldum. Düşmənimin işlərimi mənə gözəl göstərəcəyindən qorxmadım. O da məni aldatdı, qəzavü-qədər də ona kömək etdi. Bu qəzalar səbəbindən verdiyin hökmlərdə bəzən həddi aşdım və bəzi göstərişlərinə müxalif oldum. Sənin üçün mənə qarşı bütün işlərdə dəlillər tamamlanıb. Mənim üçün nəfs həvəslərinin təhriki ilə həyata geçən və Sənin hökmünün vadar etdiyi şeylərdə heç bir üzr yoxdur. İndi ey Məbud lütf və mərhəmət dolu hüzuruna gəlmişəm. Amma təqsirə yol verib nəfs istəklərində həddi aşdıqdan sonra. Üzürxah, peşiman, qəlbi sınıq, bağışlanma diləyən, sənə tərəf qayıdan, günahlarını etiraf edən, qaçmağa yer tapmayan halda ki, Sən ey mehriban Allah üzürlərimi qəbul edəsən və məni geniş rəhmətinə çatdırasan. Pərvərdigara, üzrümü qəbul et. Pisliyi son həddə çatmış halıma rəhm et. Əl ayağımı bağlamış günah zəncirlərindən məni azad et. Ya Rəbb, bədənimin zəifliyinə, dərimin yuxalığına, sümüklərimin kövrəkliyinə rəhm et. Ey yaranışın əsasını qoyan, məni yada salan, tərbiyə edən, xeyirxahlıq edib ruzi verən, indi məni əvvəlki kərəminlə bağışla. Ey Məbud, ey Ağa, ey Rəbbim Səni belə görməyim mümkündürmü ki, Sənin yeganəliyini etiraf edəndən, qəlbim mərifət nuru ilə işıqlandıqdan, dilim sənin zikrinlə danışdıqdan, batinim eşqinin bəndinə düşdükdən, tövhidinə sədaqətlə etirafımdan, hüzurunda müti dualarımdan sonra mənə odda əzab verərsən?! Heyhat inanmıram ki, məni cəhənnəm oduna düçar edəsən. Çünki bu iş Səndən çox-çox uzaqdır. Sən bundan daha böyüksən ki, yaratdığını sıxıntıya salasan, yaxınlaşdırıb bu yaxınlıqdan faydalandırdığını uzaqlaşdırasan. Sığınacaq verdiyini qovasan. Təmin edib rəhm buyurduğunu bəlaya salasan. Ey mənim Ağam, ey mənim Məbudum, ey mənim Mövlam, ey kaş biləydim ki, əzəmətin qarşısında torpağa səcdə edən çöhrələri oda salacaqsan?! Tövhidin və həmdin üçün sədaqətlə mədh oxuyan dilləri, ilahiyyətini etiraf edən qəlbləri, mərifətinin əhatə etdiyi və qarşında təvazökar olan batinləri, pərəstişgahlarını eşqlə tələsən və bağışlamağını axtaran əzaları, odda yandıracaqsanmı?! Xeyir, Sənin haqqında belə bir güman yoxdur. Fəzl və ehsan haqqında belə bir xəbər verilməyib. Ey kərəm sahibi, ey Pərvərdigar, Sən dünyanın kiçik qəmləri və cəzaları qarşısındakı zəifliyimizdən, əhlinə ağır gələn işlərdən xəbərdarsan. Belə ki, bu qəm qüssə və çətinliklər yüngül və ötəridir. Elə isə zamanca uzun məkanca əbədi olan ağır axirət çətinlikləri qarşısında necə tab gətirəcəyəm?! Həmin çətinlik sənin qəzəbin, intiqamın və narazılığından doğduğu üçün yüngülləşdirilməz. Bu göylərin və yerin tab gətirmədiyi bir çətinlikdir. Ey mənim Ağam zəif, zəlil, fəqir, miskin, köməksiz bir bəndə olduğum halda mən necə dözüm?! Ey Məbud, ey Pərvərdigar, ey Ağa, ey Mövla hansı müsibətə görə dərgahına şikayət edim, hansı çətinliyə görə nalə çəkim, əzab və çətinliyinə, ya bəlaların uzunluğuna görə?! Məni düşmənlərinlə birlikdə əzaba düçar etsən, məni əzab əhlinə qoşsan məni aşiqlərdən ayrı salsan nə edərəm ey Məbud, ey Ağa, ey Mövla?! Ey Pərvərdigar tutaq ki, əzabına dözdüm bəs ayrılığına necə səbr edim. Tutaq ki, yandırıcı atəşinin odunda dayandım bəs kəramətinə göz yummağa necə tab gətirim. Hər zaman bağışlayacağına ümid etdiyim halda atəş içində necə durum. Ey Ağam, ey Mövlam izzətinə sədaqətlə dolu and içirəm ki, məni danışmaqda azad buraxsan cəhənnəm əhli içində istəklilər kimi hüzuruna nalə çəkəcəyəm, yardım istəyənlər tək fəryad qoparacaq, əzizlərini itirənlər kimi ağlayacaq və bütün vücudumla səni çağıracağam: Ey möminlər Ağası, ey ariflərin son istəyi, ey fəryad qoparanların dadına çatan, ey qəlblərin məhbubu, ey aləmlərin Məbudu haradasan?! Səni beləmi tanıyırlar, ey mənim Məbudum. Ey daim həmd oxumaqla hər eybdən pak bildiyim Məbud. Cəhənnəmdə o müsəlman bəndənin səsini eşidərsən ki, səninlə müxalifliyinə görə zindana düşüb, itaətsizliyinə görə əzabı dadır, çinayətlərinə görə cəhənnəm əhli arasında həbs olunub və rəhmətinin arzusunda olan kəs kimi dərgahına nalə çəkir, tövhid əlini dili ilə nida edib sənin rübubiyyətinə doğru vasitə axtarır. Ey mənim Mövlam ötən güzəştlərinə ümid edən bəndə əzabda necə qala bilər?! O sənin ehsan və rəhmətini arzu etdiyi halda od onu əzaba necə sala bilər?! Atəş şölələri onu necə yandıra bilər ki, fəryadını eşidirsən, yerini görürsən?! Odunun hənirtisi onu necə bürüyə bilər ki, zəifliyindən xəbərdarsan?! Cəhənnəm təbəqələrində necə ora-bura çəkilə bilər ki, sədaqətindən xəbərdarsan?! Əzab mələkləri onu necə qəzəblə qova bilər ki, Səni Allahlığınla çağırıb?! Necə ola bilər ki, o cəhənnəmdən azad edəcəyinə ümidi olduğu halda Sən onu özbaşına buraxasan?! Əvvəldə dediklərim Sənin bəndələrə nəvazişindən çox-çox uzaqdır. Səni belə zənn etmirik. Sənin fəzlində belə münasibət gözlənilmir. Bu tövhid əlinə, etdiyin ehsan və yaxınlıqlarına uyğun gəlmir. Yəqin bilirəm ki, kafirlərə əzab fərmanın düşmənlərinə əbədi odda qalmasına hökmün olmasaydı cəhənnəm başdan-başa salamatçılıq yeri olar bir nəfərdə orada yerləşməzdi. Amma sən ki, adların müqəddəsdir və and içmisən ki, cəhənnəmi kafir cinlər və insanlarla dolduracaqsan. Öz uca həmd sənan ilə bunu da buyurmusan ki: Mömin fasiqlə birdirmi?! Xeyir, bərabər deyil!Ey Məbudum, ey Ağam Səni təqdir etdiyin qüdrətə, verdiyin fərmana, çıxartdığın o hökmə and verirəm ki, icra edildiyi kəsə qalib oldu və Səndən batdığım günahları bu gecə bu saat bağışlamağını, yol verdiyim xətalardan və gizlində gördüyüm çirkin işlərdən, gizli və aşkar nadanlıqlardan keçməyini istəyirəm. Hər çirkin işi qeyd etməyi kərim yazanlara əmr etdin. Məndən baş verənlərin qeyd edilməsini onlara tapşırdın. Onları da əzalarımla birlikdə mənə şahid qərar verdin. Özün onlardan daha artıq müraqib oldun. Onlardan gizli qalana şahid oldun. Rəhmətinlə məxfi saxladın, fəzilətinlə örtdün. Səndən nazil etdiyin hər bir xeyirlə, ehsanla, yağdırdığın ruzilərlə, bağışladığın günahlar və örtdüyün xətalarla nəsibimi kamilləşdirməyini istəyirəm. Ya Rəbb, Ya Rəbb, ya Rəbb, ey Məbudum, ey Ağam, ey Mövlam, ey ixtiyar sahibim, ey taleyim əlində olan, ey çarəsizliyimdən xəbərdar, ey yoxsulluğumdan agah olan, ya Rəbb, ya Rəbb, ya Rəbb! Səni öz həqiqətinə, pak və müqəddəs zatına, ən üstün sifət və adlarına and verərək istəyirəm ki, Səni yad etməklə vaxtlarımı abad edəsən. Öz xidmətinə müvəffəq edəsən. İşlərim hüzurunda qəbul olsun. Bütün əməllərim və dilimə gələn sözlərim bir zikr olsun və daim Sənə xidmət halında olum. Ey Ağam, ey mənim etimadım, ey halımdan Ona şikayətləndiyim kəs, ya Rəbb, ya Rəbb, ya Rəbb! Pərvərdigara, Sənə xidmət üçün əzalarıma qüvvə ver, Qəlbimi bəndəlik üçün möhkəmləndir. Mənə əzəmətin qarşısında qorxu üçün ciddilik əta et. Xidmətinə çatmaq üçün, daim müvəffəqiyyət üçün məni dözümlü et ki, müsabiqə meydanlarında Sənə doğru tələsim. Cıdıra çıxanlar arasında Sənə doğru hərəkət edim. Müştaqlar içində Sənə doğru şövqlə gəlim. Pak və ixlaslılar kimi Sənə yaxınlaşım. Səndən yəqin əhli tək qorxum. Sənin yanında möminlərlə bir cərgədə durum. Pərvərdigara, mənim barəmdə pis düşünən haqqında Sən düşün. Mənə hiylə qurana Sən özün cavab ver. Məni Sənin yanında payı olan ən üstün, sənə məqamca ən yaxın, hüzuruna yaxınlıqda xüsusi olan bəndələrindən qərar ver. Şübhəsiz ki, bütün bunlar yalnız sənin fəzlinlə əldə oluna bilər. Pərvərdigara, öz səxavətinlə məni bağışla. Öz böyüklüyünlə mənə nəzər sal. Öz rəhmətinlə məni hifz et. Pərvərdigara, dilimi zikrinlə danışdır. Qəlbimi məhəbbətinlə doldur. Mənə dualarımın qəbulu ilə minnət qoy. Büdrəmələrimə göz yum. Günahlarımı bağışla. Çünki Sən bəndələrinə ibadəti əmr etmiş, duaya çağırmış, duaların qəbuluna zəmanət vermisən. Ey Rəbbim üzümü yalnız Sənə tutdum. Ehtiyac əlimi yalnız sənə uzatdım. Səni izzətinə and verirəm, duamı qəbul et. Məni arzuma çatdır. Ehsanından ümidimi kəsmə. Cin və insanlardan olan düşmənlərimin şərrini sona çatdır. Ey bəndəsindən tez razı olan. İxtiyarında duadan başqa bir şey olmayan kəsi bağışla. Çünki Sən istədiyini edirsən. Ey adı dəva, zikri şəfa, itaəti qüvvət. Rəhm et o kəsə ki, sərmayəsi ümid silahı göz yaşıdır. Ey nemətləri kamil və firavan olan. Ey bəla və çətinlikləri aradan qaldıran. Ey qaranlıqda qorxuya düşənlərin nuru. Ey oxumamış alim. Mühəmməd və ali Muhəmmədə salam göndər. Mənimlə özünə laiq rəftar et. Allahın firavan salamı olsun peyğəmbərinə və onun ailəsindən olan pak imamlara.


Şərhlər:
Baxılıb: 20299
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz