Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Su ilə axan günahlar
Su ilə axan günahlar
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1347
Səs ver:
İslamiyyətin ilk illəri idi. Amr Məkkədə yeni dinin ortaya çıxdığını eşitmişi. Bu din ona çox maraqlı gəlirdi. Dini və Peyğəmbərini yaxınan tanımaq üçün Məkkəyə yola düşdü. Ora çatanda ilk növbədə Həzrəti Məhəmmədi (s.ə.s) axtarıb tapdı. Bu ərəfədə Rəsulullah İslamı gizlicə yaymağa çalışırdı. Amr Onu bir müddət izlədi.Onun davranışlarının, sözlərinin və Qurandan oxuduğu ayələrin bənzərini indiyə qədər nə görmüşdü,nə də eşitmişdi. Dərhal müsəlman oldu və bir müddət Məkkədə qalıb İslamın təməl biliklərini öyrəndi. Sonra da Məkkədən Mədinəyə qayıtdı.
Sonralar müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdilər. Peyğəmbərimizin Mədinəyə gəlişindən sonra Amr Ona baş çəkməyə gəldi və:
-Ey Allahın Rəsulu! Məni tanıdınızmı?-dedi.
Fəxri-Kainat Rəsulullah (s.ə.s):
-Bəli! Sən Məkkədə ynıma gələn adam deyilsənmi?-buyurdu.
Amr:
-Bəli,ey Allahın Rəsulu! Allahın Sənə öyrətdiyi və bilmədiklərimi mənə öyrət. Məsələn, mənə namazdan danış,-dedi.
Peyğəmbərimiz (s.ə.s) də ona hansı vaxtlarda namaz qılınacağını öyrətdi.
Amr:
-Ya Rəsulullah! Mənə dəstəmazın necə alınmasını da öyrətsəniz,-deyincə Allah Rəsulu belə buyurdu:
-Kim dəstəmaz suyunu hazırlayar,ağzına su alar və burnuna su çəkərsə, üzündən, ağzından, burnundan bu əzaları ilə etdiyi günahları tökülər. Sonra Allahın əmr etdiyi şəkildə üzünü yusa, üzünün kənarınan axan su ilə birlikdə üzü ilə işlədiyi günahlar tökülər. Sonra dirsəklərə qədər qollarını yuyunca əllərinin günahları su ilə birlikdə barmaq uclarınan axıb gedər. Sonra başını məsh edincə başının günahları saçının ətrafından su ilə axıb gedər. Topuqlarına qədər ayaqlarını yuyunca ayaqlarının günahları barmaq uclarınan su ilə birlikdə axıb gedir. Sonra durub namaz qılır, Allaha həmd-səna edib qəlbindən Allahdan başqasının qorxu və sevgisini çıxarsa, anadan doğulduğu kimi olar. Bütün günahlarından arınar, təmizlənər


Şərhlər:
Baxılıb: 1347
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz