Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlahi məni qəflət yuxusundan oyat!
İlahi məni qəflət yuxusundan oyat!
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3069
Səs ver:
1 - İlahi, bu günkü orucumu həqiqi oruc tutanların oruclarından et! Məni qəflətdə olanların qəflət yuxusundan oyat və bağışla!
2 - İlahi, bu gündə məni Öz qəzəbindən uzaq et! Quranı oxumağa, dərk etməyə və buyruqlarını yerinə yetirməyə müvəffəq et!
3 - İlahi, bu gündə mənə aydınlıq ver, boş danışıqlardan qoru. Hər bir xeyirdən mənə də nəsib et, ey ehsan edənlərin ən yaxşısı!
4 - İlahi, bu gündə göstərişlərini icra etmək üçün mənə güc ver! Sənə şükür etməyi mənə ilham et və eyiblərimi aradan götür!
5 - İlahi, bu gündə məni bağışlanmaq istəyənlərdən və saleh şəxslərdən et!Ey rəhm edənlərin ən rəhimlisi!
6 - İlahi, bu gündə məni günah etdiyimə görə rüsvay etmə, cəzalandırma. Mənə qəzəbinə səbəb olan şeylərdən uzaq et!
7 - İlahi, bu günün orucunu tutub, ibadətlərimi yerinə yetirməkdə mənə kömək et. Bol ruzi nəsib et və yolumu azmağa qoyma!
8 - İlahi, bu gün yetimlərə rəhm, ehtiyaclılara yardım etməyi, salam verməyi, yaxşı insanlara yoldaş olmağı mənə nəsib et!
9 - İlahi, bu gündə etdiyim səhvlərə görə məni bağışla və rəhmətini məndən əsirgəmə. Məni gözəl işlər görməyə sövq et!
10 - İlahi, bu gündə məni sənə təvəkkül edənlərdən, Səndən heç vaxt ümidini kəsməyənlərdən et. Qəlbimi rahat et!
11 - İlahi, bu gündə yaxşılıq etməyi mənə sevdir, pis işlərə qarşı nifrət yarat. Qəzəbini məndən uzaq et!
12 - İlahi, bu gündə məni şükür edənlərdən, ədalətli və insaflı et və qorxduğum hər şeydən qoru! Ey gözəl Allahım!
13 - İlahi, bu gün məni bütün çirkinliklərdən təmizlə. İnsanlara olan qorxumu yox et. Sənə olan qorxumu isə gücləndir!
14 - İlahi, bu gün xətalarıma görə məni cəzalandırma. Valideynlərimə qarşı mərhəmətli et, bəlalara düçar etmə!
15 - İlahi, bu gün məni kinli olmaqdan, kiminsə qeybətini etməkdən çəkindir! Ey böyük kərəm sahibi!
16 - İlahi, bu gün məni yaxşı insanlarla əhatə et, pislərdən isə qoru! Mərhəmətini əsirgəmə, cənnəti mənə nəsib et!
17 - İlahi, bu gün məni söyüş söyməkdən, qəlb qırmaqdan, yalandan uzaq et. Bütün günümü xeyir işlərlə bəzə!
18 - İlahi, məni bu gündə səhərin bərəkəti üçün oyat. Bütün bədən üzvlərimə, əzalarıma Sənə itaət etməyi əmr et!
19 - İlahi, bu gün mənə bərəkət yetir, oruc tutmaq üçün güc, səbir, sağlamlıq bəxş et. Məni haqq yoluna yönəlt!
20- İlahi, bu gün cənnət qapılarını üzümə aç. Məni qonşularıma, qohumlarıma qarşı mehriban, güzəştə gedən et!
21 - İlahi, bu gün məni düz yola yönəlt. Şeytanın mənə hakim olmasını qoyma! Məni cəhənnəm odundan qoru!
22 - İlahi, bu gün üzümə xeyirli qapıları aç! Evimi, işimi bərəkətli et! Xəstəlikləri, əzablı ölümü qismətimə yazma!
23 - İlahi, bu gün məni günahdan təmizlə, qəlbimi Allah qorxusu ilə saflaşdır. Ey Qadir Allah, məni günahdan uzaq et!

24 - İlahi, bu gün canımı sağ et. Elə et ki, nəfsimə tabe olmayıb güclü olub Sənin dediklərinlə oturub-durum!
25 - İlahi, bu gün məni Həzrət Məhəmmədin (s.a.a.) sünnətinə əməl edənlərdən et. Buyruqlarını sevgilə etməyi nəsib et!
26 - İlahi, bu gün savab əməllərimi mükafatlandır, günahlarımı bağışla və bütün eyiblərimi pərdələ!
27 - İlahi, bu gün bilərək və bilmədən etdiyim günahlarımı bağışla, çətinliklərimi asanlaşdır. Mənə uzun ömür ver!
28 - İlahi, bu gün xeyir işlərimi artır, bütün dualarımı eşit. Ailəmi, sevdiklərimi qoru, məni onlardan ayırma!
29 - İlahi, bu gün şəxsi həyatımı, işimi uğurlu et. Elə et ki, ən kiçik günah gözümdə böyük görsənsin və günah etdikdə dərhal tövbə edib Sənə qayıdım!
30 - İlahi, tutduğum oruclarımı qəbul et. Dilimdən, əlimdən pislik gəlibsə, məni bağışla. Ramazan boyu dilədiyim arzularımı çin et! Həmd olsun Allaha!


Şərhlər:
Baxılıb: 3069
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz