Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salamlaşmaq
Salamlaşmaq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1709
Səs ver:

 

 

Bəlkə də çoxlarımız salam verməyin o qədər də əhəmiyyətli olmadığını düşünürük. Ancaq bu heç də belə deyil. Bəri başdan deyək ki, salam Allahın adıdır, əmin-amanlıq, salamatlıq kimi mənalara gəlir.
Salam vermək əslində dua etməkdir: "Allah-Təala səni əmin-amanlıq içində saxlasın, şərdən, bəladan qorusun, xətadan uzaq tutsun”. Bəli, anlayana salamın faydası çoxdur.

Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, salam verib, salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də salam verin və salam verməyi təbliğ edin.

Salam verməyin ən qısa şəkli belədir: "Əssalam aleykum”, yəni sizlərə salam olsun. Qarşılığı isə belə verilir: "Və aleykum salam”, yəni sizə də salam olsun. "Əssalam aleykum” deyənə eyni cavabı qaytarmaqdansa, "Aleykum salam” söyləmək daha doğrudur.

Bəzən biri "Əssalam aleykum və rəhmətullah” deyir. Yəni Allahın salamı və mərhəməti sizin üzərinizə olsun. Peyğəmbərimiz buyurur ki, salamı ya eyni dərəcədə qarşılığı ilə, ya da daha çox bəlağətlə və daha çox dua ilə qarşılamaq lazımdır. Yəni, bu cür salam verən birinə "Və aleykum salam və rəhmətullah” və ya "Və aleykum salam və rəhmətullah və bərəkətuhu” kimi qarşılıq vermək olar.

Salam vermək dediyimiz kimi, Peyğəmbərimizin bizə buyruğudur. Əgər biri ilə kinin, nifrətin ən yüksək səviyyədədirsə, ona salam verməyə bilərsən, amma ən doğru olanı Peyğəmbərimizin yolunu tutmaqdır. Dediyimiz odur ki, salam verməyə bilərsən, amma salam almamaq günahdır. Bu məqamı çox ciddi düşünmək lazımdır. Sənə verilən salamı almaq borcundur. Salamı almamaq həm salam verənə, həm də salam Sahibinə, yəni Allaha qarşı hörmətsizlikdir.

Əgər bir nəfər otağa daxil olub, hər kəsə "Əssalam aleykum” deyirsə, içəridəkilərdən birinin o salamı alması kifayətdir. Əgər istəsələr, hər kəs cavab verə bilər. Salamla başlayan işdə bərəkət olar, çünki salam Allahın adıdır. Salamlaşmaq Peyğəmbərimizin yoludur, dinimizin buyruğudur, xeyir-duadır, qarşı tərəfə Allahdan əmin-amanlıq, xeyir-bərəkət diləməkdir. Yəni salamda hər şey gözəldir. Salamlaşmaq həm də sevgidir, səmimiyyətdir.

Rastlaşarkən adətən, kiçiyin böyüyə salam verməsini gözləyirik. Əslində isə kiçiyin birinci salam verməsi ədəb, böyüyün birinci salam verməsi təvazökarlıqdır. Kim birinci salam verirsə, o daha çox qazanır.

Salam verin, salam alın və salamı həyatınızın ayrılmaz parçasına çevirin.

 

 




Şərhlər:
Baxılıb: 1709
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz