Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dini Hədislər
Dini Hədislər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3485
Səs ver:
İmam Sadiq (ə):«Tamah saldığı şeyə görə, yaxud nədənsə qorxduğu üçün, nəyəsə meyil saldığına görə, yeyib-içməyə görə səni istəyən kəslə qardaşlıq etmə. Təmiz nəfsli, saf niyyətli insanla qardaşlıq etməyə çalış. Hətta əgər onları axtarmaq üçün yerin dərinliklərinə daxil olmalı və ömrünü bu yolda sərf etməli olsan belə!».İmam Rza (ə):«Uşağa göstəriş verin ki, sədəqəni, hətta bir tikə çörək və ya bir ovuj şey olsa belə, öz əli ilə versin. Çünki Allah yolunda verilmiş şey, əgər təmiz niyyətlə yerinə yetirilmiş olsa, hətta az olsa belə, çox-çoxdur».Məhəmməd Peyğəmbər (s.ə.s):«Sevimli Peyğəmbərimiz kürəkəni olan İmam Əliyə bu məsləhətini vermişdir: «Dünyaya oğlun və ya qızın gələn zaman onun sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda şeytan heç vaxt balana zərər-ziyan vura bilməz».Bir gün sevimli Peyğəmbərimizin yanına çoxlu günah işlətmiş bir kişi gəlir. O, ürəyini Həzrət Məhəmməd Peyğəmbərə açaraq belə deyir: «Elə çirkin işlər yoxdur ki, görməmiş olum. Mənim tövbə və qayıtmağıma bir yol varmı?». Əziz Peyğəmbərimiz ona bu javabı verir: «Ata-anandan sağ olanı varmı?». Dedi: «Atam». Buyurdu: «Get ona yaxşılıq et!». Həmin kişi gedəndən sonra sevimli Peyğəmbərimiz belə dedi: «Eh, kaş anası sağ olaydı!»… Kim ata-anasına yaxşılıq etsə, Allah onun ömrünü uzadar. Xoş onun halına!».İmam Kazim (ə):«Həmişə dua edin. Çünki Allaha dua etmək, qəlbində olanları Allahdan istəmək insanı gözləyən bəlanı uzaqlaşdırar. Beləliklə, Allaha səmim-qəlbdən dua olunsa, Rəbbimiz bəlanı birdəfəlik geri qaytarar».İmam Əli (ə):«Dünyada xoşunuza gələn vəzifə, mal-dövlət, qadın, zinət, alijənablıq və bu kimi şeylərin çoxluğu sizi aldatmasın. Çünki dünyada əliniz çatan şeylərdən sizin nəsibiniz (Qiyamət günündə onun hesabının əzabı və çətinliyi ilə müqayisədə çox) azdır».Məhəmməd Peyğəmbər (s.ə.s).«Allah-Təala Musa ibn İmrana belə buyurmuşdur: Paxıl olan insan, əslində, Allahın nemətlərindən narahatdır. Yəni o, Allahın verdiklərinə naşükürlük edir. Paxıl insan həm də Allahın bəndələri üçün böldüyü qismətə etiraz edir»


Şərhlər:
Baxılıb: 3485
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz