Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeyib-İçməyi Haram Olan Şeylər.
Yeyib-İçməyi Haram Olan Şeylər.
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 730
Səs ver:
Sual: Yeyib içilməsi haram olan şeylər nələrdir? Haram edilməsinin səbəbləri nələrdir?
Cavab:Dinimiz haram etdiyi üçün bəzi heyvanların ətləri yeyilməz. Şübhəsiz ki, bunda bəzi hikmətlər vardır. Müsəlman, hikmətini bilməsə də dinin qadağan etdiyi şeyi etməz. Qidaların insanlar üzərində yaxşı və pis təsiri olduğu bir gerçəkdir. Anası pis isə və ya pis bir qadının südü ilə bəslənən uşaq yaramaz olar. Belə südə xarab deyərlər. Öz faydasını düşünən insan, dinimizin halal etdiyi şeyləri yeməli, qadağan etdiyi şeylərdən çəkinməlidir.

Yeyib-İçməyi Haram Olan Şeylər:
1 - Şəxsən özü haram olan şeylər yemək. [Leş, hınzır əti və şərab kimi]
2 - Özü haram olmayıb, qəsb, oğurluq, rüşvət yolu ilə alınan şeylər.
3 - Doyduqdan sonra yemək.
4 - Allergiya edən qida yemək. [Məsələn balıq, ət, süd, yumurta, basdırma, turşu, çiyələk zərər versə, bunlar, tək zərər verənə haram, zərər verməyənə mübahdır]
5 - Zərərli şeylər yemək. [Məsələn palçıq, torpaq, şüşə kimi]
6 - Zəhərli olan şeylər yemək. [Zəhərli ot, iylənmiş ət kimi]
7 - Narkotik maddələr yemək. [Doktor tövsiyəsiylə dərman olaraq istifadə caizdir]
8 - Təmiz, lakin iyrənc şeylər yemək. [Qurbağa, qanı olmayan böcəklər, meyvənin, pendirin və ətin qurdları kimi]

Quran-ı Kərimdə Tərcümə Olaraq Buyurulur Ki:
(Leş, axıcı qan, murdar hınzır və Allahdan başqasının adı ilə kəsilmiş olan heyvanları yemək haramdır) [Ən'am 145]
Ayəti-kərimədə sayılan bu haramlardan başqa, yuxarıda səkkiz maddə halında açıqlanan məsələlərin də haram olduğu Peyğəmbər əfəndimiz tərəfindən bildirilmişdir.

Sual: Sirkə və bəkməz zamanla şərab halına gəlirmi?
Cavab:Xeyr, gəlməz.
Sual: Yeməklər və qidalar içində gelatin deyə bir maddə var, çoxları bunun ümumi olaraq donuzdan gəldiyini bildirir. Bu doğrudurmu? Yəni gelatin olan yeməklərdən uzaq dayanmaq mı lazımdır?
Cavab:Dinimizdə ölçü vardır. Yeyilən qidadan donuz yağı olduğu qəti olaraq bilinmirsə yeyib-içməyin zərəri yoxdur.
Sual: Yemək qablarını bağlımı tutmaq lazımdır?
Cavab:Gecə heç bir yeməyi açıq buraxmamalıdır! Hədis-i şərifdə buyuruldu ki:
(Yemək-içmək qablarını bağlayın, ildə bir gecə vəba enər, bağlanmayan qabların içinə düşər. Qapayacaq şey olmazsa, Bismillah ilə bir çubuğu üstünə qoyun) [Müslim]
Hər zaman tərtibli, nizamlı olmaq, təmizliyə riayət etmək çox yaxşı olar. Hədis-i şərifdə buyuruldu ki:
(Qab qaçağı yumaq, evi təmiz tutmaq, zənginliyə səbəb olar) [Hatib]
Sual: Haşhaşlı çörək yemək günahdırmı?
Cavab:Günah deyil. Kökələr qoyulan, haşhaşın toxumudur. Toxumu yağlı bir maddədir, içində tiryək yoxdur. Toxumundan, yağ da çıxarılır. Yağında da, posasında da tiryək yoxdur. Haşhaşın tiryək qismi kapsulunda olar. Bu qismi də onsuz kökələrə qonmaz.
Sual: Soyuqdəymə olunca burnum tutunur. Spirtli dərmanın buxarını tənəffüs caizdirmi?
Cavab:Bəli, amma alkoqolsuzu varsa, daha uyğun olar.


Şərhlər:
Baxılıb: 730
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz