Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlənməyən Kəndçi Qızı.
Evlənməyən Kəndçi Qızı.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1925
Səs ver:
Məni yekəxanalıqda qınamayın. Əlimi Çexovun hekayələrinin üstünə qoyub Mirzə Cəlilin əziz canına and içə bilərəm ki, mədəniyyətsiz də deyiləm. Bir az əsəbiyəm, cinnərim oynayıb, beynimə qan sızıb. Səbriniz olsun, dünən eşitdiyim bir xəbəri sizə də danışacam. Bəri başdan deyim ki, sinir sisteminiz bunu normal qəbul etsə lütfən, mənə dəlilik diaqnozu qoymayın.
Deməli belə. Dünən axşamüstü kənddən toya gələn bir tələbə yoldaşımla kafedə oturub bir tikə ağu yemək istədik. Yemək hazır olanacan dostumdan pivə sifarişi gəldi. Dənə-dənə toplanan Cəlilabad noxudunun dördünü diş çöpünə keçirib heç bir qatqısı olmayan NZS pivəsindən bir qurtum hortdadıram. Dostum narahatdır. Soruşuram:
- Kənddə nə var yox?
- Allah batırsın kəndi.
- Elə demə. İndi kəndin yaxşı vaxtıdır. Hər tərəf yaşıllıq, meşədir.
- Allah kəssin o yaşıllığı da, meşəni də. Adamların zayı çıxıb. Qabaqdan biçin gəlir. Arpanı, buğdanı biçməmiş indidən qudurublar.
- Əşşi, belə şeylər çoxdan var. Şagirdlərindən danış.- Yuxarıda deməyi unutdum. Tələbə yoldaşım universiteti qurtaran kimi ağlaya-ağlaya kənd müəllimliyinə getdi. (Noxudun bərəkətinə and olsun, ağlamaq yaxşıdı, zırıldaya-zırıldaya getdi).
- Məktəbdə vəziyyət ondan da pisdir. Oğlan uşaqlarını örüşə qoyun-quzu otarmağa, meşədən kötük çıxarmağa göndərirlər. Qız uşaqlarını da altıncı sinifdən evdə şöngüdüb ərə getmək üçün master-klasslar keçirlər.
- Əşşi, belə işlər də çox olur. Başqa şeylərdən danış.- Soyuqqanlığımı əldən vermək istəmədim.
- Yox, belə şeylər həmişə olmur. Kəddə elə axmaq adamlar peyda olub ki, məktəbə də, müəllimliyə də tüpürüb çıxmaq istəyirəm.
Mən dinmədim. İstədim dostum öz xoşuyla açsın sandığı, töksün pambığı. Elə də oldu.
- Bilirsən də, bir aydan sonra abituriyentlər ali məktəblərə imtahan verəcəklər.
Dedim, bilirəm.
- Məktəbi bu il bitirən üç on birinci sinif var. 50 şagirddən üst-üstə cəmi 25-ni sinifdə görə bilərsən. Bir dəfə ərinməyib saymışam. Yeddi nəfəri direktorun qaynı uşaqları, üçü baldızının tör-töküntüləri, dördü qudasının yer-yetimləri, ikisi nəvələri, beşi bacanağının qırılmışlarıdır. Bu oldu 21. İkisi ərə gedib hamilədir, biri də iki il əvvəl direktorun evini tikəndə kərpic kəsmək üçün palçıq tapdayıb, ona görə dərsdən azaddır.. Axırıncısının aqibətindən xəbərim yoxdur.
-Aldığın maaş gözünə girsin.- Dözməyib arvad kimi bərkdən qarğış elədim.
- Hələ dalına qulaq as. Məktəbdə Əsmər adında qız var. Kasıb kişinin qızıdır. Canında oxumağa həvəs var. Ona bacardığım hər köməkliyi eləyib imtahanlara hazırlayıram. İki ay əvvəl sınaq imtahanlarından 520 bal toplayıb. Bir də xəbər gəldi ki, Tümendə yaşayan bir avaragor arvadından boşanıb kəndə evlənməyə gəlib. İki gün sonra atasını-anasını Əsmərgilin qapısına salır. Tümenin havasıyla gədənin "opel”i kişinin dilini -ağzını necə bağlayırsa, az qalır gözünü yumub şirinçayı içsin. Sonra nəsə fikirləşib sabah gəlməyi tapşırır. Qızın gözünün yaşını quruda bilmirdilər. Elə deyirmiş, mən oxumaq istəyirəm. Anası onu Həzrəti Abbasa, On iki imama, böyük dayısının canına and verirmiş ki, bala başına dönüm, bizi biabır eləmə. Nəslimizdən heç kim Rusyətə ərə getməyib. Sən get bizi də ağ günə çıxar. (Dostum tələbə vaxtı ,şirinçayla yediyimiz boyat çörəyə and içdi ki, oğlan Tümendə xiyar satır) Kənddə qalsan, inək sağıb təzək yapacaqsan. Qız kiriməyəndə atası onun ağzının üstünə şapalağı çəkir ki, kəs, itin belindən gələn!
- Qanına bələnəsən.- Söhbətdən necə təsirlənmişdimsə, yazar dostum Mövlud Mövludun dilindən düşməyən qarğışı daha bərkdən dedim. Kafedə hamı çönüb bizə baxdı.
Bu avaragor biləndə ki, qız universitetə hazırlaşır, özünü didib-dağıdır. Dostum deyir, öz qulağımla eşitdim, həyətdə durub anasının üstünə bağırırdı.
- Mama, ya tebe skazal şto, mənə təmiz qız lazımdı. İnstitutda oxuyan qızları tanımırsan?
Bu dəfə kafenin yekəpər ofisiantından qorxub ürəyimdə dedim: satdığın xiyarlar gözünə girsin.
Ertəsi gün gədə dostumu görüşə çağırır ki, sənə işim düşüb; qız imtahan vərəqini alanda onu oğurlayıb mənə ver yandırım, yüz dolların məndə. Dostum da ağzını açıb gözünü yumur ki, ay sən öləsən. (zarafat edirəm, uşaqlıqda öyrəndiyi ən pis söyüşlərlə gədənin qabırğalarını yağlayır)
Üç gün də keçir və Rusiyət balası bir də Əsmərgilin qapısına adam göndərmir. Qonşu kənddən doqquzuncu sinifdə oxuyan qızla nişanlanıb toya hazırlaşır.


Şərhlər:
Baxılıb: 1925
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz