Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İbrətamiz hekayə
İbrətamiz hekayə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1460
Səs ver:
Hər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Mübarizə aparmaqdan yorulmuşdu. Bir problem qurtarmamış başqası ilə üzləşirdi. Atası qızının bu vəziyyətini görüb ona dərs verməyi qərara aldı. Qızın atası aşbaz idi. Bir gün qızını mətbəxə apardı. Üç qab götürüb, ocağın üzərinə qoydu.Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayan da birinə yerkökü, o birinə yumurta, üçüncüsünə isə qəhvə tumları qoydu. Qızına bir kəlmə də demədən gözləməyə başladı. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə qurtaracağını bilmək istəyirdi. Ancaq o qədər səbirsiz idi ki, bir az keçməmiş sual verməyə başladı. Atası dinmirdi. 20 dəqiqə sonra ata qabların altını söndürdü. Əvvəl yerkökünü çıxarıb bir qaba qoydu.Sonra yumurtanı çıxardı. Nəhayət üçüncü qabdakı qəhvəni götürüb bir fincana tökdü.
Üzünü qızına tutub soruşdu:
Nə görürsən?
Yerkökü, yumurta, qəhvə - deyə qızı saymazyana cavab verdi.
Daha yaxından bax, dedi atası.
Yerkökünə toxun.
Qız deyiləni etdi. Yerkökü yumşalmışdı.
İndi də yumurtaya bax.
Yumurtanın qabığı əvvəlkindən də bərk idi.
İndi də qəhvənin dadına bax.
Qızı qəhvədən bir qurtum aldı, çox gözəl dadı var idi. Qızın üzünə xoş təbəssüm yayıldı. Amma yenədə heç nə başa düşməmişdi.
Bütün bunlar nə deməkdi ata?
Ata belə izah etdi. Yerkökü, yumurta və qəhvə hər üçüdə eyni şeyə məruz qaldı. Ancaq hər birinin də münasibəti başqa başqa idi.
Yerkökü əvvəlcə bərk, güclü və amansız görünsə də, qaynar suyun içərisində yumşaldı, gücdən düşdü. Yumurta isə zərif idi. Nazik qabığı ilə içindəki mayeni qoruyurdu. Ancaq qaynar suda qatılaşdı. Amma qəhvə tamam başqa idi. Qaynar suda həm özü dəyişdi, həm də suyu dəyişdirdi.
Sən bunlardan hansısan?
Həyatda bir problemlə qarşılaşdıqda necə münasibət göstərəcəksən? Yerkökü kimi yumşalıb, əziləcəksənmi? Yumurta kimi qatılaşacaqsanmı?
Yoxsa, qəhvə kimi başına gələn bir hadisənin həyatına yeni bir dad verməsinəmi çalışacaqsan?
Qız artıq atasının nə demək istədiyini başa düşmüşdü.


Şərhlər:
Baxılıb: 1460
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz