Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
3-cü "Dostumuz".
3-cü
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1958
Səs ver:
Yer üzərində Fani adlı biri yaşayırdı. Onun 3 dostu var idi. Dostlarından ikisini daha çox sevərdi, onlarla tez-tez görüşər, çoxlu söhbət edərdi. Üçüncü dostu isə çox gec-gec yadına düşərdi.
Bir gün şəhərin Baş Hakim Fanini yanına çağırdı. Fani Hakimdən çox qorxduğu üçün dostlarından birinin onunla getməsini, onu tək buraxmamasını istədi. O, əvvəlcə birinci — ən çox sevdiyi dostunun yanına üz tutdu. Dostu üzünü turşutdu və çox vacib  bir məclisə dəvət aldığını və buna görə onunla gedə bilməyəcəyini söylədi. Fani bundan sonra ikinci — ən sevdiyi dostunun yanına getdi və ondan onunla getməsini xahiş etdi. Dostu bir az tərəddüddən sonra bu xahişi qəbul etdi və onunla getdi. Məhkəmə qapısına çatanda isə ayaq saxladı və dedi: «Bağışla, mən bundan sonra gələ bilməyəcəyəm, çox qorxuram. Sən özün tək getsən, daha yaxşı olar». Fani əlacsız məhkəmə qapısından tək içəri daxil oldu. Hakim onu bu günə qədər etdiyi işlərə görə sorğuladı. Elə bu vaxt Faninin gözləmədiyi anda üçüncü dostu onun köməyinə gəldi və elə şeylər danışdı ki, Hakim Faninin günahlarını bağışladı.
Bu hekayədə Fani biz insanlar, məhkəmə qapısı məzar daşı, Hakim isə uca Allahdır. Birinci dost bu həyatda ən çox sevdiyimiz var-dövlətimizdir ki, biz onu özümüzlə o biri dünyaya apara bilmərik. İkinci dostumuz yaxın qohum-əqrabımız, dost-tanışlarımızdır. Onlar da bizimlə yalnız məzarlığa qədər gələ bilərlər, lakin o biri tərəfə bizimlə gedə bilməzlər. Üçüncü, gec-gec xatırladığımız dost isə o biri dünyada bizə ən çox faydası toxunacaq olan, bu fani dünyada etdiyimiz yaxşılıqlardır.

Üçüncü dostunuza daha çox diqqət yetirin. Çünki, bizə o dünyada ən çox onun faydası toxunacaq!


Şərhlər:
Baxılıb: 1958
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz