Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Gəlincik" Hekayəsi.
Göndərən: Bakinka-Angel
Şərhlər:
Baxılıb: 1714
Səs ver:

Orta məktəbdə oxuyan vaxtLarımızda qızLar 23 fevraLda sinifdə bir oğLan seçib ona hədiyyə qoyurduLar. Kitab, odekalon, köynək və nəsə başqa şeyLər.

Vaxtı-vədəsi yetişəndə biz oğLanLar da qızLara hədiyyənin əvəzini qaytarar, üstəLik süni gül də əLavə edərdik. BeLə vaxtLarda hərə öz yorğanına görə ayağını uzatsa da, qızLar say etibarı iLə oğlanLardan çox olduğundan,bəzən iki qız bir oğLanı arasında şərikli edərdi. Eyni zamanda varlılar və ortabablar özLərinə mağaza müdiri, müəLLim, briqadir balasını götürərdi. Hər kişiLər bayramı - 23 fevraLda bizim sinifdə bir kasıb, yetim qız dərsə gəlməzdi, aiLəLərinin imkanı yox idi hədiyyə aLmağa, amma 7 martda dərsdən sonra qızLara veriLən hədiyyəLərə eLə baxardı ki, sanki ona bağışlamışdılar. Ağlım kəsəndən bunu anlamışdım və 7-ci sinifdə iki qız üçün hədiyyəLər aLan zaman bacılarımdan xahiş etdim ki, o kasıb sinif yoLdaşıma bağışlamağım üçün bir əLavə gəlincik götürsünlər. Həmin günü - 7 martda sevinə-sevinə qızların hədiyyə borcunu verəndən sonra kasıb qıza dedim məni dərsdən sonra gözLəsin. Yuxarı mərtəbəyə qalxdıq, yarı qaranlıq dəhlizdə ona dedim:
- Gözlərini yum.
Sonra paltarımın altında gizlətdiyim balaca gəlinciyi çıxarıb onun açılan ovuclarına tərəf apardım. Qız gözLərini açan kimi sevincək çığırdım:
- Bayramın mübarək olsun..!
Qız tutuLub qaldı, sonra gəlinciyi sinəsinə sıxdı, gözLərindən yaş gilələnirdi:
- Bax, nə istidir.
ƏLimi gəlinciyə vurdum, bayaqdan məktəbin həyətini fırlanıb qaça-qaça gəldiyimdən və səhərdən sinəmdə gizlətdiyimdən o ucuz sovet gəlinciyinə qəlbimin hərarəti, bəlkə də sevgimin istiliyi keçmişdi sanki. Qızcığaz qəfil hədiyyədən mi, ya da bilmirəm nədən idi, eLə hey göz yaşları axıdırdı. Tez yaş yanağından bir öpüş alıb qaçdım, indiyənəcən də qulaqlarımda onun cingiltili səsi gəlir:
- Dəli haaa. Hara qaçdın.?
Demə öz taleyimdən qaçırmışam. Sonra zəmanə dəyişdi, o qızın qardaşları Rusiyada böyük biznes elədiLər, qızın ailəsi kəndimizdən köçüb getdi, 11-ci sinifdə oxuyanda kişilər bayramıma evimizə az qaLa böyük bir xonça göndərdi o qız.
P.S. Bu yaxınLarda, 25 iLdən sonra o qızın evində qonaq olanda, mülkün ən yaraşıqlı yerində bahalı hədiyyələrin içində o gəlinciyi gördüm, əlimə götürdüm, az qaLa barmaqlarım yanaydı, arxaya baxdım, hər ikimizin gözləri yaşarmışdı. Ruhumun qulaqlarına bu səs gəLdi.
- Dəli haa. Hara qaçdın.?


Şərhlər:
Baxılıb: 1714
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz