Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cümə Gününün Fəzilətləri.
Cümə Gününün Fəzilətləri.
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4765
Səs ver:
Bu gün müsəlmanlar üçün müqəddəs sayılır. Allahın Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
"Üzərinə günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm (ə.) yaradılmış, o gün cənnətə daxil olmuş, o gün yerə endirilmiş, o gün tövbəsi qəbul edilmiş, o gün ölmüşdür. O gün qiyamət qopar və o gün cənnətdəkilərin Allah-Təalanı anma günüdür.”
Müsəlmanlar üçün Cümə günlərin ən yaxşısı, həftənin tacıdır. Hədisdə deyildiyinə görə, qiyamət də cümə günü qopacaqdır. Elə buna görə də, cümə günü heyvanlar gün çıxandan gün batana qədər qorxu içində olur.Məhz bu gündə müəyyən bir vaxt var ki, həmin radələrdə dua edənin duası qəbul olunar.
Allah mübarək cümə günündə bizim ümmətə hidayət vermişdir. İki cümə arası kiçik günahların bağışlanması və bunlardan başqa bir sıra fəzilətə malikdir.Cümə günü günlərin ən hörmətlisidir. Cümə günü günlərin ağasıdır və o Allah-Taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsinə sevinsinlər. Həm xeyir, həm də şər cümə günü ikiqat artar.Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki cümə günü digər günlərdən üstündür.Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.Allahın Peyğəmbəri (s.ə.s.) buyurmuşdur: «Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur» (Biharul-ənvar, c.81, səh.129, hədis 18).Cümə namazından sonra istəyən işinə gedər, çalışar. Cümə namazı vaxtı alış-veriş günahdır. Bununla bağlı Qurani- Kərimdə "Cümə” surəsi də nazil olub.Cümənin gündüzü gecəsindən daha qiymətlidir. Bu gündə müsəlmanlara xeyir-bərəkət və yaxşılıq vardır. Cümə günü gəldiyi üçün sevinən bir möminə qiyamətə qədər hər gün o qədər savab verilir ki, bunu tək Allah-Təala bilir.Günlərin ən qiymətlisi cümədir. Cümə dünyada və Cənnətdə möminlərin bayramıdır.Ana-atasının və ya ikisinin birindən qəbrini hər cümə günləri ziyarət edənin günahları bağışlanır. Haqlarını ödəmiş olur.Cümə fəqirlərin həccidir və möminlərin, göy əhlinin bayramıdır, Cənnətdə də bayram günüdür. Günlərin ən yaxşısı, ən şərəflisi cümədir.
Cümə günü yaxşılıqların xəzinəsidir və gözəl şeylərin mənbəyidir.
Cümə günü günah işləmədən keçsə, digər günlər də salamatlıqla keçər.
Cümə günü oruc tutan üçün on axirət günü oruc savabı yazılar.
Tək Cümə günü oruc tutmayın! Bir gün əvvəl və ya bir gün sonra da tutun.
Cümə günü səksən salavat gətirənin, səksən illik günahı bağışlanar.
Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir.
Savablar içində Cümə günü və gecəsində ediləndən daha qiymətlisi, günahlar içində də Cümə günü və gecəsində işləniləndən pisi yoxdur.
Cümə günü və ya gecəsi "Duxan” surəsini oxuyana Cənnətdə bir köşk lütf edilər.
Cümə günü və ya gecəsi ölən mömin, şəhid olar, qəbir əzabından xilas olar.
Cümə günü yaxşılıqların xəzinəsidir və gözəl şeylərin mənbəsidir.
Cümə günü səhər namazından əvvəl üç dəfə "Estağfirullahə Rəbbi və ətubi iləyh” (İlahi! Bağışlanmağımı istəyirəm və sənə tərəf qayıdıram) oxuyanın, özü, anası və atasının bütün günahları əfv olar. Bu, günahlardan tövbə etməkdir. Bunu həmişə demək də olar.
Hər müsəlman Cümə günü yuyunmalı, dişlərini təmizləməli və ətirlənməlidir.
Cümə günü quşlar və vəhşi heyvanlar bir-birinə "Salamın əleykum, bu gün Cümə günüdür" deyərlər.
Cümə gecəsi "Yasin” surəsini oxuyanın günahları bağışlanılar.
Allah-Təala hər Cümə günü 600.000 adamı Cəhənnəmdən azad edər. Bunların hamısı Cəhənnəmə layiq olub Cümə gününün bərəkəti ilə Cəhənnəmdən çıxarılar.
Kölə, qadın, uşaq və xəstələrdən başqa bütün müsəlmanlara camaatla cümə (etmələri) fərzi ayındır.
Cümə namazına getmək, yetkinlik çağına çatmış hər müsəlmana fərzdir.
Cümə gününüz mübarək, əziz müsəlmanlar!


Şərhlər:
Baxılıb: 4765
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz