Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lağ etmənin cəzası.
Lağ etmənin cəzası.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 517
Səs ver:
Gavs-ül-Memduh həzrətləri, bir gün dərgahın qarşısında oturarkən Abdürrahim Əfəndini hüzur şəriflərinə çağırdı. Şama gedib getmədiyini soruşdu.
"Getmədim əfəndim" deyincə;
"Bu tərəfə bax baxaq nə görəcəksən?" buyurdu.
İşarə etdiyi istiqamətə baxdığında, yamyaşıl bağçalarıyla, şamın qarşısında dayandığını heyrətlə gördü. Şamı maraqla seyr etdiyini görən Gavs-ül-Memduh;
"Abdürrahim! Boşu kəndi buradan uzaqdadırmı görülə bilərmi?" buyurunca, yuxudan oyanar kimi Şam gözlərindən silindi və müəlliminə;
"O kənd bura uzaqdır, görünməz əfəndim." deyə cavab verdi.
Bunun üzərinə;
"Şərq tərəfinə bax!" buyurdu.
O anda kiçik bir təpənin yamacında qurulmuş olan Boşu kəndi gözünün önünə gəldi. O anda kəndin bir kənarında, Gavs-ül-Memduhun tələbələrindən bir neçə dənəsi oturmuş söhbət edirdilər. Kənd gözətçisi də yanlarında kürək üstü uzanmış yatır, tələbələrlə lağ edirdi. 
Gavs-ül-Memduh;
"Abdürrahim! Gözətçinin yoldaşlarınla lağ etdiyini görürsənmi?" deyə soruşdu.
"Görürəm əfəndim. Əgər icazə buyursanız dərhal haqqından gəlim." deyə soruşdu.
Müəlliminin heç cavab verməməsindən cəsarətlənərək ayağını sürətlə gözətçiyə doğru yellədi. Allahu təalanın icazəsiylə, ayağı gözətçinin tam qarınına isabət etmiş ki, birdən qarınını tutmağa və fəryad etməyə başladı. Bir daha vuracaqdı, lakin Gavs-ül-Memduh;
"Yetər ya Abdürrahim!" buyurunca, dayandı.
Boşu kəndi də gözündən itdi. Müəlliminin bu kəramətlərinə heyran qalmışdı.
Aradan on gün keçmiş idi. Boşu kəndinin gözətçisi,üzü sarılı bir halda Gavs-ül-Memduhun hüzurna çıxarıldı. Ağızı sol qulağına qədər əyilmişdi. Əyilən tərəf kırış kırış olmuş, digər tərəfi də baraban pərdəsi qədər gərginləşmişdi. Bu səbəblə nə ağladığı nə güldüyü, nə də danışdığı aydın olurdu. Çətin danışa bilən gözətçi;
"Aman ya Müəllimim! Allahu təalanı zikr edən tələbələrinlə lağ edərkən, biri şiddətlə qarınıma vurdu. O anda bütün bədənim hərəkətsiz qaldı. Ağızım da bu hala gəldi. Bundan belə səhvmi anladım və tövbə etdim. Nə olar məni bağışlayın və ağızımın köhnə hala gəlməsi üçün dua edin." deyərək ağladı.
Gavs-ül-Memduh onun bu vəziyyətinə çox kədərləndi. Mərhəmət edib əllərini qaldıraraq dua etməyə başladı. Sonra mübarək əlini gözətçinin üzünə sürdü. O anda gözətçinin ağızı, Allahu təalanın icazəsiylə köhnə halına gəldi.


Şərhlər:
Baxılıb: 517
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz