Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++++++Cəhənnəmdən xilas edən nəsihət...
++++++++++++++++Cəhənnəmdən xilas edən nəsihət...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 624
Səs ver:
Cəhənnəmdən qurtaran vəsiyyət
Bir gün Abbasi xəlifəsi Məmunun əyanlarından biri onun üçün belə bir əhvalat danışdı:
Qonşuluğumuzda dindar bir kişi yaşayırdı. Heç kəsin haqqına təcavüz etməz, əlinin zəhməti ilə ruzi qazanardı. Halal yolla bir qədər sərvət əldə etmişdi. Amma oğlu çox təcrübəsiz və bədxərc idi, pis adamlarla durub-otururdu. Kişi öləndə oğlunu yanına çağırdı və ona bu cür vəsiyyət etdi:

"Oğlum, mən ömrüm boyu zəhmət çəkib bir az pul toplamışam. Onları sənin üçün irs buraxıram. Vəsiyyətim budur ki, bacardığın qədər pis dostlardan uzaq ol, israf etmə, malının qədrini bil. Amma inanmıram ki, bu vəsiyyətimə əməl edəsən. Çünki sənin iradəsiz və bədxərc olduğunu bilirəm. Bilirəm ki, mən öləndən sonra oturub-durduğun adamlar sənin ətrafına toplaşacaq, sərvətini yeyib-dağıdacaq, axırda səni quru yer üzərində qoyacaqlar. Köməyə ehtiyacın olan vaxt isə heç kim sənə yaxın durmayacaq. Amma heç olmazsa, bir sözümə əməl et. Hər nəyi xərcləsən də, məbada evi satmayasan. Müflis olub hər yerdən əlin üzüləndə mənim sözlərimi yada salarsan. Başına gələnlər haqqında yaxşı-yaxşı düşünərsən. Xatırlayarsan ki, bütün bunlaı mən sənə qabaqcadan demişdim. O zaman dünya başına dar gələcək, yaşamaqdansa ölməyi üstün tutacaqsan. Həqiqətən, sərvətini nacins adamlara yedizdirib, sonra əl açıb dilənməkdənsə, ölmək daha yaxşıdır. Özünü öldürmək fikrinə düşsən, bunu evdə et ki, camaatın yanında rüsvay olub dilə-dişə düşməyəsən. Bax, indi xəstə yatdığım bu otağın tavanına iri bir mismar vurmuşam. Kəndiri həmin mismara bağlayıb boynuna keçirərsən, özünü asarsan”.
Kişi bu sözləri deyib gözlərini dünyaya yumur. Hər şey onun dediyi kimi olur. Həqiqətən, dostları oğlanı eyş-işrət məclislərinə çəkirlər, mal-dövlətini bihudə əyləncələrə, qumara xərclədirlər. Tezliklə oğlan bütün sərvətini itirib müflis olur, cibində bircə dirhəmi də qalmır. Atasının sözlərini yada salanda həm dərd-fikirdən, həm də xəcalətdən özünə yer tapa bilmir. Etdiyi səhvləri bir-bir xatırlayıb peşman olur. Amma nə faydası? Artıq hər şey itirilmişdi. Bircə əlac ona qalırdı ki, atası deyən kimi özünü öldürüb bu zillətdən xilas olsun.
Atasının son vəsiyyətiniə əməl etmək üçün oğul həmin otağa gəlir, kəndirin bir ucunu tavandakı mismara keçirib, o biri ucunu öz boğazına bağlayır. Altındakı kətili ayağı ilə itələyir. Amma atasının onun haqqındakı fikri başqa imiş. Oğlanın ağırlığından tavanın bir hissəsi qopub düşür. Onun altından isə böyük miqdarda qızıl-gümüş pul oğlanın başına tökülür. Sən demə, atası ona ibrət dərsi vermək üçün pulun bir hissəsini tavanın üstündə gizlətmiş, həmin yeri nişanlamaq üçün ora bir mismar vurmuşdu. Elə etmişdi ki, mismarı möhkəm dartanda tavanın həmin hissəsi qopsun. Bu yolla ata həm öz oğlunun səhvini ona başa saldı, həm də onu zillətdən xilas etdi. Peşman olmuş oğul bu pulla öz həyatını yenidən qurdu, amma daha əvvəlki kimi bədxərclik etmədi, pis dostlardan da birdəfəlik uzaqlaşdı...


Şərhlər:
Baxılıb: 624
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz