Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ədəb Qaydaları"
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3875
Səs ver:
Hər şeydən öncə qəlbin təmiz olmalıdır.Buna mənəvi təmizlik deyilir.Mənəvi təmizlik olmadan,maddi təmizlik heç bir əhəmiyyət kəsb etməz,çünki hədisi-şərifdə də buyurulduğu kimi,"Allah insanın zahirinə və var-dövlətinə deyil, qəlbinə və əməlinə baxar”.Bununla yanaşı, hər bir müsəlman aşağıdakı hallara da nəzarət yetirməlidir:
1. Saç-saqqal və bığın artığı kəsilməlidir.
2. Saçlara qulluq edilməli, daranmalı, xüsusən də gərək varsa, tez-tez yuyulmalıdır.
3. Qoltuqlar hər gün sabunlanmalı və təmiz saxlanılmalıdır.
4. Dırnaqlar vaxtlı-vaxtında tutulmalıdır.
5. Dişlər fırçalanıb təmizlənməlidir. Bunun üçün ya misvaqdan, ya da diş fırçasından istifadə olunmalıdır.
6. Qoltuq altı və qasıqda bitən tüklər təmizlənməlidir.
7. Corablar tez-tez dəyişilməli, başqasını narahat edəcək qədər iylənməsinə yol verilməməlidir. İmkan daxilində yatmazdan əvvəl ayaqlar yuyulmalı və ya yatmazdan qabaq dəstəmaz alınmalıdır.
8. Yeməkdən əvvəl əllər, yeməkdən sonra isə əllərlə yanaşı, ağız da mütləq yaxalanmalıdır.
9. Cünub (qüslü vacib edən hal) olmasan belə, yeddi gündən bir (ən çoxu 15 gün) çimmək lazımdır.
10. Qüsldən öncə dırnaqlar tutulmalı, qoltuq altında və qasıqda bitən tüklər təmizlənməlidir.
11. Çimdiyin və ya qüsl aldığın yerdən ayaq yolu kimi istifadə edilməməlidir.
12. Çimdikdən sonra dəstəmaz almaq da unudulmamalıdır.
13. Çiməndən sonra təmiz paltar geyilməlidir.                
                                                                               Ayaq Yolu Ədəbi:
Ayaqyoluna girmədən öncə diqqət olunacaq bir sıra şərtlər vardır ki, bunlara əməl olunmalıdır.Bu şərtləri aşağıdakı şəkildə sıralamaq olar:
1. Üstündə Allah, Məhəmməd kimi ərəb hərfləri ilə yazılı üzük varsa barmaqdan çıxarmaq.
2. Şalvar balaqlarını bükmək.
3. Ayaqyoluna sol ayaqla girmək və sağ ayaqla çıxmaq.
4. İmkan daxilində ayaq yolunda üzü və arxanı qibləyə tərəf tutmamaq.
5. Paltara bir şeyin sıçramamasına diqqət etmək.
6. Kişilər zərurət olmadıqca ayaq üstə kiçik bayıra çıxmamalı.
Qeyd: Ayaqyolunda danışmaq, salam vermək, salam almaq, zəruri olmadığı halda, tənasül orqanına baxmaq, azan oxunduğu zaman azan cümlələrini təkrarlamaq olmaz!
Ayaq yolunda kiçik və böyük ehtiyacı gördükdən sonra təmizlənmək zəruridir. Kiçik ehtiyacı gördükdən sonra bir az gözləmək lazımdır. Tələsmək lazım deyil. Sidik kanalının tam boşalması üçün öskürmək, yürümək yaxşı nəticə verir. Kanalın tam təmizləndiyinə əmin olduqdan sonra sidik çıxan yeri su ilə təmizləmək lazımdır. Kiçik ayaqyolundan sonra kanalda qalan sidik artıqlarının təmizlənməsinə "istibra” deyilir. Ayaq yolunda təharət işləri sol əllə görülür. Böyük ehtiyacı gördükdən sonra da nəcasət yeri təmiz olana qədər su ilə yuyulmalı və imkan daxilində qurudulmalıdır.
Qeyd: İnsan hər yerdən ayaq yolu üçün istifadə edə bilməz! Xüsusən də yol və yol kənarlarından, quyu, bulaq və su kənarlarından, hər kəsin istifadə etdiyi və ya keçdiyi kölgəli yerlərdən ayaqyolu kimi istifadə etmək olmaz!
Bu fəsli Peyğəmbərimiz Məhəmməd (sav)-in hədisi ilə yekunlaşdırırıq:
"Sidiyin bədəninizə və paltarınıza dəyməsindən çəkinin. Çünki qəbir əzabının çoxu sidikdən (istibra qaydalarına əməl etməməkdən) irəli gəlir.
Qüsl
Quru bir yer qalmadan bədənin başdan-ayağa yuyulmasına qüsl deyilir. Qüsl etməmiş insana isə cünub deyilir. Qüsl almaq fərz, üzrlü bir səbəb olmadan qüslü gecikdirmək isə günahdır.
Cünub olan şəxs:
Namaz qıla bilməz, məscidə girə bilməz, Quran oxuya bilməz və ona əl vura bilməz, Kəbəni təvaf edə bilməz. Bütün bu sayılanlar cünub olan insana haramdır.
Hansı halda qüsl almaq lazımdır? 
1. Harada, nə zaman və necəliyindən asılı olmayaraq kişidən məni (sperma) xaric olarsa.
2. Cinsi əlaqədən sonra. Hətta sperma xaric olmasa belə.
3. Heyz (aybaşı) halı bitən qadınlara.
4. Nifas (zahılıq) halı bitən qadınlara.
Qadınlar aybaşı və zahılıq günlərində namaz qılmamaqla yanaşı, oruc da tuta bilməzlər. Lakin bu hal bitdikdən sonra namazın deyil, yalnız tutmadıqları oruc günlərinin qəzasını tutmalıdırlar.
        Qadınlarla Bağlı Məsələlər:
Heyz (aybaşı) qanı: Yetkinlik yaşına çatmış gənc qızlarda baş verən normal fizioloji hadisədir. 9-55 yaş arasındakı qadınlardan hər ayın müəyyən günlərində və müəyyən müddət ərzində gələn qana heyz qanı deyilir. Heyz qanının müddəti ən azı üç gün-üç gecə, ən çox müddəti isə on gün-on gecədir. (İmam Şafiyə görə ən çox müddət 15 gündür). İki aybaşı arasındakı ən az təmizlik müddəti 15 gündür. Bü adətən 26-28 gündən bir təkrarlanır.
Heyz qanını zahılıq müddəti sayılan 40 gün ərzində gələn qanla qarışdırmaq olmaz. Həmçinin, uşaqlıqda olan xəstəliklər nəticəsində gələn qan da heyz qanı sayılmır.
Qeyd: Heyz olan qadınlar hər gün ilıq su ilə və ya ilıq suya batırılmış bir bez ilə qasıq aralarını, qoltuq altlarını, əl-ayaqlarını yuyub təmizləməlidir. İmkan daxilində heyz olduğu günlər yaxalanmaları daha yaxşı olar. Heyz olan qadınlara bəzi şeylər qadağandır:
1. Namaz qılmaq: Qan göründüyü andan etibarən kəsiləcək anadək namaz qılmaq qadınlara haram sayılır. Bu namazların qəzası qılınmaz.
2. Oruc tutmaq: Heyz olmuş qadın namazda olduğu kimi, oruc da tuta bilməz, amma orucun qəzası tutulmalıdır.
3. Cildi olmayan Qurani Kərimə əl vurmaq və Quran oxumaq da bu dövrdə haram sayılır.
4. Məscidə girə bilmək.
5. Əri ilə cinsi əlaqədə olmaq.
6. Kəbəni təvaf etmək.
Bütün bunlar (heyz) aybaşı halında olan qadına haram sayılır. Lakin heyz olan qadına dua etmək, zikr edib qəbir ziyarətinə çıxmaq haram deyildir.
Unutma! Aybaşı bitdikdən sonra təxirə salmadan qüsl etmək lazımdır. Səbəbsiz olaraq qüslü təxirə salmaq günahdır.
Nifas (zahılıq)
Doğuşdan sonra qadın rəhmindən gələn qana nifas (zahılıq) qanı deyilir. Nifas qanının ən az müddəti yoxdur. Ən çox müddəti 40 gündür. 40 gündən sonra qan gələrsə, bu uşaqlıqdakı xəstəliklərlə bağlı gələn qan sayılır.
Nifas olan muddətdə qadın:
1. Namaz qılmamalı (qəzası da qılınmır)
2. Oruc tutmamalı (qəzası tutulur)
3. Cildi olmayan Qurana əl vurmaq, oxumaq olmaz.
4. Məscidə girməməli.
5. Kəbəni təvaf etməməli.
6. Əri ilə cinsi əlaqədə olmamalıdır.
Bunlar hamısı zahılıq halında olan qadınlara haramdır. Lakin heyz olan qadınlar kimi, nifas halında olan qadın da dua, zikr edib qəbir ziyarətinə çıxa bilər. Nifas qanı kəsildikdən sonra üzürlü bir səbəb olmadan qüslü gecikdirmək olmaz. Heyz və nifas qanı xaricində qadının usaqlığından xəstəlik nəticəsində gələn qana istihazə qanı deyilir. Bu qan yalnız dəstəmazı pozar. İstihazə halında olan qadın sadəcə dəstəmazını təmizləməklə kifayətlənər. Namazına da, orucuna da normal şəkildə davam edə bilər.
Diqqət:
1. 9 yaşından əvvəl gələn qan.
2. 55 yaşından sonra gələn qan.
3. Hamiləlik müddətində gələn qan.
4. Heyz günlərində: 3 gündən az, 10 gündən çox gələn qan.
5. Nifas zamanı, 40 gündən sonra gələn qan xəstəlik (istihazə) qanı sayılır.
Qüslün şərtləri:
* Qüsl almadan əvvəl ayaqyoluna getməli.
* Üzük, sırğa və bilərzik varsa, çıxarılmalı.
* Qüsl alınacaq yerə girərək beldən aşağı nahiyəni örtməli.
* Sünnət və məhrəm yerləri təmizləməli.
* Qoltuq altında və qasıqda tüklər varsa, təmizləməli.
Bundan sonra isə aşağıdakı şəkildə qüslə başlamaq lazımdır:
Əuzu billəhi minəş-şeytanir-rəcim 
Bismilləhi-Rəhmanir-Rahim 
Niyyət etdim,Allah rizası üçün qüsl almağa.(Allahümə tahhir qalbi va cismi minəl cənabəti val-kərahəti,yəni "Allahım, qəlbimi və cismimi cünubluq və pis şeylərdən təmizlə” deyərək dua edə bilərsən.)
Əllərini biləklər də daxil olmaqla 3 dəfə yu. (Protez dişlər varsa, onlar çıxarılmalıdır). Daha sonra sağ ovcunu su ilə doldurub ağzına apar. Boğazını da isladaraq 3 dəfə qarqara et. Bu fərzdır. Oruc olduğun zaman suyu udmamaq üçün çox ehtiyatlı ol. Sağ ovcuna yenidən su doldurub burnuna çək. Buna istinşaf deyilir. Suyun burnunun dibinə qədər getməsinə çalış. Daha sonra sol əlinlə burnunu təmizlə. Bunu da eyni şəkildə 3 dəfə təkrarla. Fərzdır. Bunun ardınca sağ çiynindən aşağıya doğru su tök. Bədənini ovuşdura-ovuşdura yu. 3 dəfə eyni şeyi təkrar etdikdən sonra sol çiynindən aşağıya eyni qayda ilə su tök. Ən axırda isə ayaqlarını yu.
Beləliklə, qüsl bitmiş sayılır. Qüsldən sonra kəlimeyi-şəhadət oxumaq sünnətdir. Səhihi Müslimin təharət bəhsində rəvayət olunan bir hədisdə Allah Rəsulu (sav) belə buyurur: "Sizdən biri nöqsansız dəstəmaz alıb "Əşhədu ən la ilahə illallah və əşhədu ənnə Muhəmmədən abduhu va rasuluh” – deyərsə, ona cənnətin səkkiz qapısı açılar, istədiyi qapıdan girsin.”
Diqqət:
Qüsl alarkən saçların dibinədək islanmasına diqqət yetirmək lazımdır.Sırğa, bilərzik, üzük və s. bəzək əşyalarını çıxarmadan qüsl alan zaman, onların altını islatmaq vacibdir. Dırnaqların altındakı çirk təmizlənməli, xüsusən də qadınlar dırnaqlarına sürtdükləri dırnaq boyası və dodaqlarına sürtdükləri dodaq boyasını silməlidirlər.Çətin olduğunu nəzərə alaraq uzun hörüklü qadınlar hər dəfə qüsl aldıqları zaman hörüklərini islatmadan sadəcə başlarını yumaqla kifayətlənə bilərlər.
Qeyd :
* Qüsl alan zaman dişlərin arasında yemək qırıntıları qalmamalıdır. Qüsldən sonra dişlərin arasında yemək qırıntısı qaldığını bilsən, dərhal təmizlə və ağzını yaxala.
* Qüsl zamanı suyu israf etmə.
* İmkan daxilində çalış ki, arxa hissən qiblə istiqamətinə düşməsin.
* Qüsl aldığın yeri ayaqyolu kimi istifadə etmə.
* Əgər qüsl etdikdən sonra qeyri-ixtiyari məni (sperma) xaric olarsa, qüsl pozulmuş sayılır. Təkrar qüsl almaq lazımdır!
Qüsl etmək üçün su yoxdursa, təyəmmüm edilir. Bütün bədəni suda islatmaq şərti ilə dənizə girib-çıxmaq da qüsl sayılır. Lakin bu zaman ağzına və burnuna su almağı unutma.


Şərhlər:
Baxılıb: 3875
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz