Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Əzrayıl dediyindən də gözəliymiş"
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1946
Səs ver:
4-cü sinfi bitirib kursa gəlmişdi. Ailəsi öz istəyi ilə gəldiyini söyləmişdi. Qeydiyyat üçün adını soruşanda:
Heç də çəkinməyərək - "Fatimə" dedi və əlavə etdi:
"-Əgər məni hafiz etməsəniz qeydiyatdan keçmək istəmirəm"
Belə danışması onu yaşından daha böyük göstərirdi.Təbəssümlə:
-Qorxmayın kiçik qız, siz istəyin sizi hafiz də edərik,xoca da...
O kiçik gözlərinin içi parıldadı birdən.
Anası:
-Xocaxanım, qüsuruna baxmayın uşaqdı. Hafiz olacağam deyir,başqa birşey demir. Bizim kəndin xocasından eşidib. Peyğəmbərimiz,"Hafiz olanlara Cənnətdə tac veriləcək" buyurub, siz daha yaxşı bilərsiz. Bu qədər eşitdik, bildik.
Onu təsəlli etmək ehtiyacı hiss etdim:
"Əlbəttə xala,kaş ki hərkəs sizin kimi eşitdiklərini qəbul etsə də teslim olsa. Qızınız öncə Allaha,sonra bizə əmanət..."
Zaman keçdikcə Fatimənin ədəbli davranışı məni çox təsirləndirdi. Gecələri yuxusunun arasında ayələri sayığlarkən görürdüm onu bəzən. Belə davam edərkən arada bir yanıma gəlib mənə müxtəlif suallar verirdi.
Bir gün:
-Xocam,hafiz olmaq üçün Quranı oxuyub bitirmək lazımdı?
Mən də:
-Əlbəttə,Quranı əzbərləməlisən ki, hafiz adı alasan.
Bu arada, Fatimə ara-sıra narahat olurdu,get-gedə sağlığı pisləşirdi.
Bir gün dərsə iki dəfə gəlmiyincə soruşmaq məcburiyyətində qaldım:
-Nə oldu,yoxsa anan üçünmü darıxdın?
Sərt bir şəkildə mənə dönüb:
-Xeyr dedi.
-Elə isə niyə kefin yoxdu,tez-tez xəstələnirsən?
Yalvarır kimi oldu, gözləri dolmuşdu:
Xocam,səhv başa düşməyin, inanın ki,anam üçün darıxdığım üçün getmek istəmirəm. Buraları çox sevirəm. ALLAHımdan çox qorxuram. Gedərsəm axirətdə məndən hesabını soruşmazmı?
Dilim-dodağım qurudu, birşey diyə bilmədim, hətta özümü günahkar belə hiss etdim. O kiçik qəlbində bu nə iman idi? Ya Rəbbim,onu heyranlıqla izləyirdim.
Bir gün halı pisləşdi, həkimə aparmaq məcburiyətində qaldıq. Bir çox təhlillərdən sonra yaxınım olan həkim xanım:
-Xocaxanım dərhal bu tələbəni ailəsinin yanına göndərin.Təəccüb ilə:
-Nə üçün? diyə soruşdum
-Bəlkə pis olacaqsan,bəlkə də inanmayacaqsan,amma bu uşaq xərçəng xestesidi...
Başımdan qaynar su töküldü sanki.
Xəstəxanadan çıxarkən ona heç bir şey demədim. O isə müxtəlif suallar verirdi və qulağıma dedi:
-Xocam, Əzrayıl insanların canını alarkən necedir?
Ağlamamaq üçün özümü güclə saxlıyırdım:
-Mömin qullarına qarşı çox gözəl şəkildədir dedim.
Mızıldandı:
-Bəlkə hafiz ola bilmərəm amma, Əlhəmdulillah möminəm dedi...
Hafiz olmaq üçün Quranı bitirməli olduğunu dedikdə niyə pis olduğunu indi daha yaxşı başa düşürdüm. Demək ki, xəstəliyini bilirdi.
Bir neçə gün sonra əşyalarını hazırlamağa başladıq. Çünki artıq dözülməz ağrılar içində qıvranırdı. Evinə getməsi lazım idi. Ailəsi gəldi. Fatimə yanıma gələrək utanarcasına:
-Mənə hirslənmədiniz ki? Əgər desəydim bəlkə kursa götürməzdiniz.
-"Nə demək? Necə hirslənərəm sənə? Həm hafizliyi qurtara bilmədiyin üçün üzülmə. Bu yola girdinsə Rəbbim səni hafizlər zümrəsindən yazmışdir inşaAllah" dedim.
Elə sevindi ki,boynumu qucaqlıyıb:
-Doğrudan mən hafiz sayılaram? Ana,eşitdin deyilmi?Hönkür-hönkür aglıyırdı.
Ya Rəbbim,bu necə sevgidir?
Rəbbim,bir möcüzə olsaydı da Fatimə yaşasaydı,nə gözəl qul olardı.
Beləcə Fatiməni göz yaşları içinde yola saldıq, çox keçmədi, bir-iki həftə sonra vəziyyəti agırlaşmışdı. Bu bir-iki həftədə ondan iki məktub almışdım. Mənə eləcə hafizlik tacını görmək istədiyini,bunun yuxularına belə girdiyini deyirdi.
Bir gün səhər namazından sonra telefona zəng gəldi, Fatimənin anası idi,ağlıyaraq:
-Xocaxanım, Fatimə rəhmətə getdi...Xahiş etsəm bir xətim (Qurani başdan sonadək oxumaq) oxuyarsınız deyincə, özümü saxlaya bilməyib ağlamağa başladım.
Anası məni təsəlli edərcəsinə:
-Sizə ölmədən bunları deməmi istədi, hıçqıraraq:
-Ana,xocama söylə, Əzrayıl söylədiyindən də gözəl imiş...
"Ey Rəbbim, sənin kəlamların üçün yanıb-tutuşan,yoluna yapışıb kəlamlarına sarılan qulunu. Sən son nəfəsində yalnız buraxarsan heç? Şükürlər olsun Sənə ey Rəbbim!!!



Şərhlər:
Baxılıb: 1946
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz