Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++++++++Niyyət Əmələ Bərabərdir?
+++++++++++++++Niyyət Əmələ Bərabərdir?
Göndərən: Roza-Angel
Şərhlər:
Baxılıb: 679
Səs ver:

 Birisi quzu oğurlamaq fikrinə düşdü. Gecə yarısı tövləyə getdi. Amma qapı qıfıllı idi. Qıfılı nə qədər qurdalasa da, qapını aça bilmədi. Divarı yoxlamağa başladı. Tövlənin o tərəf-bu tərəfinə hərləndi. Nəhayət, bir deşik tapdı. "Yaxşı deşikdi” düşündü. Bəlkə, quzunu burdan çıxarım? Qıfılı qırmağa ehtiyac qalmaz...". 

Əlini deşiyə soxdu, quzunun ayağından yapışıb dartdı. Bəlli oldu ki, quzu yekədir, onu deşikdən çıxara bilmədi.
- Cəhənnəm olsun – deyib əliboş evə qayıtdı.
Bir müddət keçdi. O, peşman olun kilsəyə getdi ki, günahlarındam tövbə etsin.
- Keşiş ata, mən quzu oğurlamağa cəhd elədim. Amma oğurlamadım. İndi tövbə etməyə gəlmişəm. Bu, böyük günahdır?
- Mənim balam, oğurlamaq və ya oğurlamaq istəmək hər ikisi eyni dərəcədə böyük günahdır. Bir hərəkəti etmək niyyəti onun edilməsinə bərabərdir.
- İndi nə edim?
- Günahını yumaq üçün kilsəyə beş frank ianə ödə və mən sənin günahlarının bağışlanması üçün dua edim.
İanə məbləği oğruya az görünmədi və o, beş frank çıxarıb qutuya doğru getdi. Amma nə qədər çalışdısa, pul qutunun deşiyindən keçmədi.
Keşiş dedi:
- Oğlum, əgər pul ordan keçmirsə, qutunun qapısını aç.
- Yox, cənab keşiş, belə doğru olmaz. Tövlənin qapısı açılsa idi, quzu mənim olardı. Bunu kimsə etmədi. Bir də ki, mən pulu qutuya salmağa cəhd elədim. Demədiniz ki, niyyət əmələ bərabərdir? Hesab edin ki, pulu vermişəm.


Şərhlər:
Baxılıb: 679
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz