Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++++++++++İnsani Varlıqların Yaradılışı
++++++++++++++++++++İnsani Varlıqların Yaradılışı
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 946
Səs ver:

++++++++++++++++++++İnsani Varlıqların Yaradılışı

İnsan nəslinin yaradılışı islamiyyətin qəbul etdiyi bir inancdır. Yer üzündəki insani varlıqların başlanğıcı və təbiətləri onların Tanrının planı içindəki rollarının başa düşülməsi üçün bir açar təşkil edər. Quran Adəmin Tanrı tərəfindən yaradılan ilk insani varlıq olduğunu qəbul edər. İlk insanın Göy üzündə yaradıldığı və "düşdükdən" sonra Yer üzünə sürgünə göndərildiyi söylənilir. Çağdaş müsəlman yazıçılarından bəziləri Adəmin tarixi keçərliliyini qəbul etmə mövzusunda tərəddüt içindədirlər. Mühəfizəkar bir yazıçı olan Ajijola belə bu təklifi ilə doqmatik bir düşüncədən çəkindiyini ortaya qoymaqdadır. Adəm böyük ehtimalla ilk insan və insan nəslinin atası ola bilər. Ancaq yenə də müsəlmanların çoxu Adəmin ilk insani varlıq olduğu ilə bağlı ənənəvi görüşə hələ də möhkəmcə bağlıdırlar.
Allah insanın yaradılışı haqqındakı planını belə eşitdirər: "Bəs Rəbbin mələklərə "Mən Yer üzündə bir xəlifə yaradacağam", demişdi. Onlar cavabında: orada fitnə-fəsad edəcək, qan tökəcək birinimi Yaradacaqsan? Halbuki biz sənə həmd edərək daima Səni təsbeh və təqdis edirik" demişlər. Allah da "Mən, sizin, bilmədiyinizi bilirəm." (Siz işin bir tərəfini bilirsiniz, Mən digər tərəflərin bilirəm) demişdi.
Allah Adəmi palçıqdan yaratdı. "And olsun, Biz insanı palçıqdan, şəkilləndirilmiş bir palçıqdan yaratdıq." Daha sonra onu biçimləndirib, ruhundan üfürdük. Sizin üçün eşitmə, görmə və idrak duyğularını yaratdıq.
(Qurandakı bu bildirişin doğruluğu,elmi cəhətdən də sübut olunmuşdur, yəni insanda bu duyguların ardıcıllıqla yaranması :qulaq, göz, hissetmə, dərketmə).
Bizə Quranın heç bir yerində Adəmə uyğun bir dişi köməkçi olaraq yaradılan Həvvanın nə vaxt yaradıldığından ya da yaradılış şəklində söz deyilməz Bu boşluğu doldurmaq üçün müsəlman mühafizəkarları (gələnəkçiləri) arasında böyük hörmət görən Buharının bir təşəbbüsü olmuş və özü peyğəmbərlərin hədislərindən sitat edərək, "qadının kişinin qabırğa sümüyündən yaradılmış olduğunu" demişdir.
Amma yenə də bir çox Quran öyrənənlər, Həvvanın yaradılış zamanının mələklərin Adəmə səcdə etmələrindən sonra baş verdiyini öyrənirlər, çünki yuxarıdakı ayələrdən dərhal sonra bunları oxuyuruq: "Dedik ki, sən və yoldaşın Cənnətə yerləşin. Orada dilədiyiniz kimi bol- bol yeyin."
Adəm və Həvva başlanğıcda saf və günahsızdırlar və Yaradıcıları ilə kəsilməz bir paydaşlığın dadını çıxardırdılar. Katereqqa bu mövzuda bunları yazar:
Bu dövrdə ilk valideynlərimiz olan Adəm və Həvva ruhu və maddi münasibətlərdə olduqca məsum idilər. Yer üzündə deyil, Göy üzündə olan ruhi bir məsumiyyət, xoşbəxtlik və "Sevinc Bağçası"na yerləşdirilmişlərdi. Pisliyin nə olduğunu bilmirdilər.
Amma yenə də Allahım xəlifəsi olaraq (ya da təmsilçisi) özlərinə Allahın ruhu vasitəsilə bilik, iradə və seçim bacarıqları ehsan edilmişdi.
İslamın Allah haqqındakı görüşünün ən vacib görünüşlərindən biri Tanrının Yaradan olaraq qəbul edilməsidir. Kainatda var olan hər şey Allahın təkliyini və ucalığını bəyan etmək üçün Onun tərəfindən yaradıldı. Bir İslam məlumatı belə yazar: "Amma yaradılışın mənası nədir?".
Quran bu suala belə cavab verir: "Yaradılan hər şey Allaha tapınmaq və Ona hörmət ilə xidmət etmək üçün yaradıldı".
Allaha xidmət, Ona heyranlıq duymaq, kəlmənin gerçək mənası ilə yaradılışın və beləliklə tarixin səbəbidir.
Mən bir gizli xəzinə idim, istədim ki, tanınam, ona görə insanları yaratdım ki, tanınam.


Şərhlər:
Baxılıb: 946
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz