Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++++++++++Ölmək dirilməkdir
++++++++++++++++++++Ölmək dirilməkdir
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 542
Səs ver:

Dünyamızın ən maraqlı, diqqətçəkən hadisələrindən biri körpənin doğuşudursa, əhəmiyyətinə görə ondan heç də geri qalmayan ikinci hadisə də ölümdür. Uzun və keşməkeşli yol keçdikdən sonra ağlayaraq dünyaya gözlərini açan insan öz harayı ilə sanki bu dünyada başına gələcək bəlalardan, cəfalardan xəbər verir. Doğrudan da, bu dünyada daimi rahatlıq tapmaq mümkün deyildir; hərdən bir biz tərəflərə baş çəkən xoş hadisələr isə yay yağışı kimi yalnız ötəri sərinləməyimizə kömək olur.

Sonsuz yaşamaq üçün proqramlaşdırılmış insan ruhu fani dünyanın müvəqqəti sevincindən, ləzzətindən razı qala bilmir. Bəlkə elə buna görədir ki, maddədən, materiyadan aldığımız əsrarəngiz ləzzətin belə əzabını nə vaxtsa çəkməli oluruq. Bəli, həqiqi və sonsuz ləzzət ruhumuzun qidalanmasına xidmət edən nemətlərdəndir. Daim stres içində yaşayan və narahatçılıqdan heç cür qurtula bilməyən XXI əsr insanının bu halını yalnız ruhunun aclığı ilə izah etmək mümkündür.

Gəmiyə minməkdən qorxan birisinə dostu axşam vaxtı dənizdə qısa səyahətə çıxmağı təklif edir. Həmişəki kimi onun cavabı belə olur: "Qorxuram, bata bilərik!” Daha sonra aralarında belə bir ibrətamiz dialoq keçir. Dostu: "Bu limanda neçə gəmi var?” O: "Min dənə olar”. Dostu: "Hər il buradakı gəmilərdən neçəsi batır, bilirsənmi?” O: "Bir, ya da iki dənə. Elə olur ki, heç biri də batmır”. Dostu: "İldə neçə gün var?” O: "Üç yüz altmış”. Dostu: "Sənin qorxuna səbəb olan hadisənin baş vermə ehtimalı üç yüz altmış mində birdir. Bəs sən bundan sonra nə qədər yaşayacağını təxmin edirsən?” O: "Mən çox qocayam, uzağı daha on il ya qalaram, ya gedərəm”. Dostu: "Əcəlin vaxtı məlum olmadığından hər gün ölmək ehtimalın var. Deməli, geri qaldığını düşündüyün üç min altı yüz günün hər birində vəfat etmək ehtimalın var. Yəni bu gəminin batmağından yüz dəfə artıq. Onda gəmiyə minmədən də hər gün ölüm qorxusu ilə titrə və ağla”... Allah qorxu hissini həyatımızı qorumaq üçün verib, onu məhv etmək üçün yox. Bədbəxt hadisənin baş vermə ehtimalı beş-altıda bir olsa, yenə də ehtiyat üçün qorxmağa dəyər. Yoxsa qırxda bir ehtimala görə qorxmaq ağılsızlıqdır, bu hiss həyatımızı əzab-əziyyətə çevirər.
Gözlərimizi bağlamaqla günəşi yox etmirik, sadəcə özümüz üçün qaranlıq çökdürmüş oluruq. Günəş kimi aydın bir həqiqət varsa, o da ölümdür. Ölümü guya görməmək ölüm gerçəkliyini aradan qaldıra bilməz. Ölümdən mənasız şəkildə qorxmaq yox, onu başa düşmək lazımdır! Qorxu ağıl və məntiqə yer qoymur, nəticədə mənasız hərəkətlər edirik. Doğrudur, ölümə çarə yoxdur, amma ölümü anlaya, ağlımızla müəyyən tədbir görə bilərik.

Ölüm dünyada yaşamaqdan azad olmaqdır, həyata fasilə verməkdir, bir yerdəyişmədir, sonsuz həyata dəvətdir və sonsuzluğadək uzanacaq bir həyatı məcburi salamlamaqdır. "Ol” əmri ilə bir qaranlıq məkandan dünyaya gəlmiş insan "öl” əmri ilə başqa bir qaranlıq məkana gedir. Ruh vücudun məhdud çərçivəsindən qurtularaq sərbəstliyə qovuşunca, orqanizm öz funksiyasını mənalı şəkildə tədricən itirir. Ona görə mənalı deyirəm ki, ən sadə canlı olan bitkilərin ölümündə belə sirli mənalar yatır. Meyvə və toxumların ölümü zahirən çürümək və dağılmaq kimi görünsə də, əslində bu, element və zərrələrin planlı şəkildə bir yerə toplanmasından ibarət olan sistemli bir kimyəvi prosesdir. Gözümüzlə görə bilmədiyimiz bu proseslərdə hər toxumun ölümü yeni bir sünbülün həyatının başlanğıcına səbəb olmaqdadır.

Ölüm əslində zahirən göründüyü kimi, dəhşətli bir hadisə deyil. İnanan insana görə ölüm həyat yükünün təhvil alınması, dünya meydanındakı imtahanın başa çatmasıdır; o biri aləmə getmiş əksəriyyət qohum və dostlarına qovuşmaq, həqiqi vətəninə və sonsuz səadət diyarına getmək üçün bir vasitədir. Ölüm dünya zindanından cənnət bağçalarına dəvətdir. Ona görə də ölümə dəhşətli bir hadisə kimi yox, mərhəmət və səadətin bir müqəddiməsi kimi baxmaq lazımdır.
Əgər insan yalnız bədəndən ibarət olsaydı və həmişə bu dünyada yaşasaydı, o biri dünyaya ehtiyac qalmazdı. Amma ölüm var və bir gün fiziki vücudumuz mütləq torpağa qarışacaq. Yuxular və sonsuz səadət arzusu kimi duyğular da insanın yalnız bədəndən ibarət olmadığını göstərir. Deməli ağlı və ürəyi olan, daxilində əbədi xoşbəxtlik hissi daşıyan bir insanın yoxluğa məhkum edilməsi mümkün deyil.
Qəbir qapısı həmişə açıqdır, ona görə də sonsuzluq səyahətinə çıxmış bir insan bu çətin marşrutun biletini düz seçməlidir. Bundan da əhəmiyyətli olan digər bir məsələ isə bunu digər səyahətçilərə də bildirməkdir.
"İnsan necə yaşayarsa, elə də ölər; necə ölərsə, elə də dirilər”. Mənalı həyat keçirən, bu dünyada iz buraxan, yaşadığı cəmiyyətə, o cümlədən bütün bəşəriyyətə faydalı olan insanların bir dəfə ölməyi əslində min dəfə dirilməyindən xəbər verir.

Redakte etdi:
PRETTY_GIRL



Şərhlər:
Baxılıb: 542
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz