Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Axirətlə bağlı ayətlər
Axirətlə bağlı ayətlər
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2602
Səs ver:
Hər bir kəs ölümü dadacaqdır. Biz sizi, şərlə də, xeyrlə də sınayırıq və siz Bizə qaytarılacaqsınız. (Ənbiya Surəsi, 35)
Sonra bunun ardından siz həqiqətən öləcək olanlarsınız. (Muminun surəsi, 15)

Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər. (Zumər Surəsi, 30)

Allah sizi yaratdı, sonra sizi öldürür, sizdən kimi də, bildikdən sonra bir şey bilməsin deyə, ömrün ən aşağı ucuna (yaşlılığa) geri çevrilir. Şübhəsiz, Allah biləndir, hər şeyə güc çatdırandır. (Nəhl Surəsi, 70)

Səndən əvvəl heç bir bəşərə ölümsüzlüyü vermədik; indi sən ölsən onlar dirimi qalacaqlar? (Ənbiya Surəsi, 34)

Allahın izni olmadan heç bir nəfs üçün ölmək yoxdur. O, müddəti ifadə edilmiş bir yazıdır. Kim dünyanın faydasını (savabını) istəsə ona ondan verərik, kim axirət savabını istəsə ona da ondan verərik. Biz şükür edənləri çox yaxında mükafatlandıracağıq. (Al-i İmran Surəsi, 145)

İnsanların eləsi vardır ki: "Biz Allaha və axirət gününə iman etdik" deyərlər; halbuki mömin deyillər. (Bəqərə surəsi / 8)

Bunlar, axirəti verib dünya həyatını satın almış; bundan ötəri azabları yüngülləşər və özlərinə kömək edilməz. (Bəqərə surəsi / 86)

Allahın məscidlərində Onun adının xatırlanmasını maneə törədən və bunların yıxılmasına səy göstərəndən daha zalım kim ola bilər? Onların (vəziyyəti) içlərinə qorxaraq girməkdən başqası deyil. Onlar üçün dünyada bir alçaldılma, axirətdə böyük bir əzab vardır. (Bəqərə surəsi / 114)

Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, biz onu dünyada seçdik, həqiqətən axirətdə də əməlisaleh olanlardandır. (Bəqərə surəsi / 130)

(Həcc) mərasimini bitirdiyiniz, artıq (cahiliyyə dövründə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da qüvvətli bir xatırlama ilə Allahı anın. İnsanların eləsi vardır ki: "Ey Rəbbimiz, bizə dünyada ver" deyər; onun axitətdə nəsibi yoxdur. (Bəqərə surəsi / 200)

Onlardan eləsi də vardır ki: "Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq (ver) və bizi atəşin əzabından qoru" deyər. (Bəqərə surəsi / 201)

Həm dünya mövzusunda, həm axirət mövzusunda. Və sənə yetimləri soruşarlar. De ki: "Onları islah etmək xeyirlidir. Əgər onları aranıza qatarsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah fitnə-fəsad (fəsad) yetişdirən islah edicidən bilər (ayırd edər). Əgər Allah istəsəydi sizə çətinlik çıxarardı. Həqiqətən, Allah güclü və üstün olandır, hökm və hikmət sahibidir." (Bəqərə surəsi / 220)

Onlar, etdikləri dünyada və axirətdə boşa getmiş olanlardır. Və onların köməkçiləri yoxdur. (Əli İmran surəsi / 22)

"İnkar edənləri isə, dünyada və axirətdə şiddətli bir əzabla əzablandıracağam. Onların heç bir köməkçisi yoxdur." (Əli İmran surəsi / 56)


Şərhlər:
Baxılıb: 2602
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz