Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allah niyə Quranda Biz ifadəsi işlədir?
Allah niyə Quranda Biz ifadəsi işlədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1459
Səs ver:
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

"Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyuruğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!" ("Bəqərə" surəsi, 40). "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər" ("Bəqərə" surəsi, 186). Yalnız ikisini qeyd ediyimiz bu ayələr kimi əksər bir çox ayələrdə də Uca Allah Özünü "Mən" əvəzliyi ilə bəhs edib. Bu ayələrə diqqətlə nəzər yetirildiyi zaman aydın olur ki, "Mənə verdiyiniz vədi", "Qəbul edirəm", "Məni səndən soruşduqda", "Məndən qorxun" kimi ifadələr birbaşa Allahla bağlıdır və O arada heç bir vasitə qəbul etmir və bizə tövhidi öyrədir. "Biz" deyə müraciət edilən ayələrdə isə arada ümumi mənada vasitə vardır. Məsələn, Quranın nazil edildiyini xəbər verən bütün ayələrdə "Biz nazil etdik" buyurulur. Bütün Quran ayələri vəhy yolu ilə nazil edildiyinə görə, burada Allahla Peyğəmbər (s.ə.v.) arasında olan vasitə Cəbrail (Cibril) adlı mələkdir. Həmçinin "üstünüzə buludla kölgə saldıq" ("Bəqərə" surəsi, 57) kimi ayələrdə işi etdirən Allah, həmin işi yerinə yetirənlər isə "Allahın məmurları" deyə ifadə edə biləcəyimiz mələklərdir. Burada qeyd etdiyimiz "məmur" ifadəsini insanların işlərini asanlaşdırmaq üçün çalışan məmurlarla müqayisə edə bilmərik. İnsanlar hər hansı bir iş qarşısında aciz olduqları və çatdıra bilmədikləri üçün məmurlardan istifadə edirlər. Allah isə kainatda hökmedici qüdrətini ortaya qoymaq, onların vasitəsilə böyüklüyünü bildirmək üçün mələkləri xidmət etdirir. Əksər təfsir alimlərinin də bildirdiyinə görə Allah bu cür ayələrdə öz qüdrəti, əzəməti və böyüklüyü ilə müraciət edir. Yəni Allah mübarək adları və sifətləri ilə müraciət edərək Öz möhtəşəmliyini göstərir. Məsələn, "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" ("Hicr" surəsi, 9) ayəsində "Biz" mənasında olan 4 söz var. Burada həm Allahın böyüklüyü və əzəməti bildirilir, həm də məsələnin əhəmiyyəti əvəzliklərlə bir qədər də qüvvətləndirilir. Allahın bəzi ayələrdə "Biz" deyə müraciət etməsindən Onun şərikinin olduğu düşünülməməlidir. Çünki Quranın verdiyi ən böyük mesajlarından biri Allahın bir və şəriksiz olmasıdır. Bəzən biz də öz etdiyimiz bir işdən bəhs edərkən, "biz etdik" deyirik... Siz elə sualınızda da mənə "siz" deyə müraciət edirsiniz... Mən də sizə cavab verərkən eyni əvəzlikdən istifadə etmirəm. Ayələrdə Allah həmçinin bizə təvazökar olmağı da öyrədir...


Şərhlər:
Baxılıb: 1459
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz