Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++++++İslamın İnsana Münasibəti
++++++++++++++++İslamın İnsana Münasibəti
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 704
Səs ver:

İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur:
"Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” [Qiyamət surəsi, 36]
Bu da insanın bir məqsəd üçün yaradıldığını göstərir.
Yenə Qurani-Kərimin bildirdiyinə görə, "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” [Zəlzələ surəsi, 7-8]
Bu da insanın dünyada ikən etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir.
İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün bu dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır.
Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən bir insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox olacaqdır. Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca Allah sonsuz qüdrətiylə yeni bir aləm yaradacaq. Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin qarşılığını görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə sorğu-sual ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır.
Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən ayrılması və sonsuz bir aləmə köçməsidir.
İnsanın ölümüylə bədəndən ayrılan ruh, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar. Qəbirdə Münkər və Nəkir adında iki mələk insana bir sıra önəmli suallar verərlər. Bu sualların başlıcaları: " Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kitabın nədir?” suallarıdır. Dünyadaykən iman edib xeyir işlər görənlər bu suallara doğru cavab verərlər. İmanı tam olmayanlar isə bu suallara doğru cavab verə bilməzlər. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.a.v) qebirdə inasanların bu fərqli hallarını belə təsdiqləməkdədir:
"Qəbir hər insan üçün dünyadakı durumuna görə ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur”.
Bundan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir həyatı yaşayacaqdır.
Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir.
Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar.

İblisin Allahla söhbəti
Bilindiyi kimi şeytan, Adəmə səcdə etməklə əmr olunduğu zaman, bu ilahi əmrə qarşı çıxmış və : "çünki mən Adəmdən daha xeyirliyəm" deyərək ona səcdə etməməklə özünün haqlı olduğunu iddia etmişdir. Nəticədə qazandığı cəzaya düçar olmuş, ilahi hüzurdan və Cənnətdən qovulmuşdur. Və bu zaman İblis uca Allahdan özü üçün möhlət verilməsini istəmiş və bu istəyi qəbul edilmişdir. Onun bu istəyini ilahi hikmətinə görə qəbul edən Uca Allah bu zaman onun belə dediyini bizlərə bildirməkdədir : "(İblis) dedi: 'Siz məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sizin düz yolunun üstündə oturan insanlara (Sizə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Siz onların əksəriyyətini şükür edən görməyəcəksiniz!' " (Eraf surəsi, 16-17)

Bax Allahın düşməni, özünə möhlət verildiyini anlayınca, Adəm oğullarına düşmənliyini belə ifadə etmiş, Allahın doğru yoluna oturub bütün gücü ilə insanları bu doğru yoldan azdırmaq üçün çalışacağına, heç bir zaman bu çalışmalarına ara vermədən davam edəcəyinə "and içərək" bildirmişdir. İslam böyüklərinin bildirdikləri kimi, Müsəlmanların Allahın Kitabı, haqq yolu və dini olan İslam ilə əlaqələrini zəiflətmək üçün hiylə və vəsvəsələrinə davam edecəyinə and içmişdir. Gəlin qəlblərimizdə və yollarımızda oturmuş seytanları "azdırmaq" ucun, Allahimizdan komək diləyək və bu yolda tək bir vəhdət halıda birləşək...


Redakte etdi: PRETTY_GİRL



Şərhlər:
Baxılıb: 704
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz