Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslam
İslam
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1617
Səs ver:
Allahın Peyğəmbəri (s):«Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənçiyə nifrət edir. Həmçinin bağışlayıb minnət qoyanı mükafatsız qoyacaq. Yalançı və üzlü təkəbbürlüyə nifrət edir». (Tuhəful-uqul, səh.42)

Allahın Peyğəmbəri (s): «Allah-Taala dünyaya elmi olub, axirətə nadan olan hər bir kəsə nifrət edir». (Kənzul-ummal, hədis 28982)

Allahın Peyğəmbəri (s): «Allah-Taala bazarlarda dözümsüzlük edən, gecə ölü kimi düşən, gündüz uzunqulaq kimi olan, dünya işindən xəbərdar, axirətə isə nadan olan kobud həqirə nifrət edir». (Kənzul-ummal, hədis 43679)

Allahın Peyğəmbəri (s):«Allah-Taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir». (Uyuni əxbarir-Riza, c.2, səh.28, hədis 24)

İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allah günahdan qorxmayan həyasız adama nifrət edir». (Ğurərul-hikəm, hədis 3437)

İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına üzünü turşudan kəsə nifrət edir». (Mustədrəkul-vəsail, c.8, səh.321, hədis 9552)

İmam Baqir (ə): «Allah, pis ağızlı söyüş söyənə nifrət edir». (Biharul-ənvar, c.78, səh.176, hədis 38)


Allahın Peyğəmbəri (s): «Allah yanında üç nəfər hamıdan mənfurdur: Axşam heç namaz qılmamasına baxmayaraq gündüz çox yatan kəs, çox yeyən və yemək yeyən zaman Allahın adını çəkməyən və (qurtarandan sonra) Ona şükr etməyən kəs və səbəb olmadan çox gülən kəs». (Kənzul-ummal, hədis 21431)

Allahın Peyğəmbəri (s): «Allahın yanında insanların ən mənfuru üç nəfərdir: Hərəmdə (Məkkədə) yolunu azan, İslamda cahiliyyət dövrünün adətini qoymaq istəyən və haqsız yerə birini öldürmək üçün onu təqib edən». (Kənzul-ummal, hədis 43833)

Allahın Peyğəmbəri (s): «Allah yanında sizin ən mənfurunuz xəbərçilik edənləriniz, qardaşlar arasında ayrılıq salanlarınız və günahsız şəxslərdə səhv və xəta axtaranlarınızdır». (Biharul-ənvar, c.71, səh.383, hədis 17)

Allahın Peyğəmbəri (s): «Allah-Taalanın yanında yaradılmışların ən mənfuru məmurların görüşünə gedən alimdir». (Kənzul-ummal, hədis 28985)

Allahın Peyğəmbəri (s): «Qiyamət günü mənim yanımda sizin ən mənfurunuz və mənə ən yad olanınız çox danışan, boşboğaz və «mütəfəyhiq» kəslərdir». Dedilər:«Ey Allahın Peyğəmbəri, «mütəfəyhiq» kimlərdir?» Buyurdu: «Təkəbbürlülər». (Kənzul-ummal, hədis 5184)

İmam Əli (ə): «Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq qeybət edən kəsdir». (Ğurərul-hikəm, hədis 3128)

İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir». (Ğurərul-hikəm, hədis 3294)

İmam Əli (ə): «Allah-Taalanın yanında yaradılmışların ən mənfuru nadan şəxsdir». (Ğurərul-hikəm, hədis 3259)

İmam Əli (ə): «Allahın yanında Onun yaratdıqlarının ən mənfuru o kəsdir ki, ordan-burdan elm toplayar, amma fitnə zülmətlərində qəflətə düçar olar, sülh və sakitliyin məziyyətlərini görməz, özü kimiləri onu alim adlandırar halbuki, tam bir gününü belə elmə həsr etməyib». (Kənzul-ummal, hədis 4422)

İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru zor işlədən alimdir». (Ğurərul-hikəm, hədis 3164)

İmam Baqir (ə): «Musa (ə) dedi: «Pərvərdigara, bəndələrindən Sənin yanında ən mənfuru kimdir?» Buyurdu: «Gecə ölü kimi düşüb gündüz bekar olan!» (Biharul-ənvar, c.76, səh.180, hədis 8)

İmam Sadiq (ə): «Allahın yaratdıqlarının ən mənfuru camaatın dilindən qorxduğu bəndədir». (əl-Kafi, c.2, səh.323, hədis 4)

Allah yanında mənfur olan işlər

Allahın Peyğəmbəri (s):«Allah yanında hər şeydən mənfur dolu qarındır». (Uyuni əxbarir-Riza, c.2, səh.36, hədis 89)
İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) Cəbrailə dedi: «Allah-Taalanın yanında hara daha mənfurdur?» Cəbrail buyurdu: «Bazarlar. Və bazar əhlinin ən mənfuru bazara hamıdan tez gedib hamıdan gec çıxan şəxsdir». (Biharul-ənvar, c.84, səh.4, hədis 76)

İmam Sadiq (ə): «Allah çox yatmağa və çox bekar olmağa nifrət edir». (Biharul-ənvar, c.76, səh.180, hədis 10)
İmam Sadiq (ə): «Allah üç şeyə nifrət edir: «Gecə oyaq olmadan gündüz yatmağa, səbəbsiz gülməyə və tox halda yemək yeməyə». (əl-Xisal, səh.89, hədis 25)

İmam Sadiq (ə): «Xəsəmdən bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: «Allah-Taalanın yanında hansı əməl daha mənfurdur?» Peyğəmbər buyurdu: «Allaha şərik qoşmaq». Kişi dedi: «Daha nə?» Buyurdu: «Qohumlarla əlaqəni kəsmək». Kişi dedi: «Sonra nə?» Peyğəmbər buyurdu: «Pis işə əmr edərək yaxşı əməldən çəkindirmək». (əl-Kafi, c.24, səh.290, hədis 4)

İmam Rza (ə):«Allah hay-küyə, malı bada verməyə və çox ağız açmağa nifrət edir». (Biharul-ənvar, c.78, səh.335, hədis 16)

Nifrət və düşmənçilik

Allahın Peyğəmbəri (s): «Keçmiş ümmətlərin xəstəliyi - düşmənçilik və həsəd sizə sirayət edib». (Məanil-əxbar, səh.367, hədis 1)
İmam Sadiq (ə):«Üç şey - ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur». (Tuhəful-uqul, səh.316)



Şərhlər:
Baxılıb: 1617
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz