Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allahım, Səni Sevirəm
Allahım, Səni Sevirəm
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1518
Səs ver:
Dedim: Çox yalnızam.
Dedin: ... فَإِنِّي قَرِيبٌ Mən ki sənə çox yaxınam. Bəqərə-186

Dedim: Bəli bilirəm sən mənə yaxınsan, amma mən səndən uzağam, kaş k,i mən də sənə yaxın ola bilsəydim.
Dedin: وَاذْكُر رَّبَّكَ فِي نَفْسِكَ تَضَرُّعاً وَخِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالآصَالِ
Rəbbini səhər axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə, yalvara-yalvara və için-için zikr et. Ə'raf-205

Dedim: Buda sənin köməyini istər.
Dedin: أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ ALLAHın sizi bağışlamasını istəməzsinizmi?Nur-22

Dedim: Təbii ki, məni bağışlamağını çox istəyərəm.
Dedin: وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ(Eədirsə)Rəbbinizdən bağışlanma diləyin, sonra ONA tövbə edin. Həqiqətən mənim rəbbim, əsirgəyəndir, sevəndir.Hud-90

Dedim: Çox günahkarım, bu qədər günahla mən nə edərəm?
Dedin:أَلَمْ يَعْلَمُواْ أَنَّ اللّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ ALLAHın, qullarının tövbəsini qəbul edəcəyini və ALLAHın tövbəni çox qəbul edən və çox əsirgəyən olduğunu hələ bilməzlərmi? Tövbə-104.

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm gəlmir.
Dedin: اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ (2) غَافِرِ الذَّنبِ وَقَابِلِ التَّوْبِِ ALLAH əziz və biləndir, o günahları bağışlayan və qullarının tövbəsini qəbul edəndir. Ğafir-2/3.

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin: إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًاALLAH bütün günahları bağışlayandır. Zumər-53.

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: وَ مَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُALLAHdan başqa günahları bağışlayan yoxdur.Əli İmran-135.

Dedim: Nə qədər gözəlsən ALLAHım! Bilmirəm bu sözlərin qarşısında nə üçün ürəyim yerinə sığmır və əriməyə başlayıram, səni çox sevirəm.
Dedin: إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ Şübhəsiz k,i ALLAH tövbə edənləri və təmizlənənləri sevər.
Birdən "İlahım və Rəbbim mənim səndən başqa kimim var?- dedim.
Sən də أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ
"ALLAH quluna çatmazmı?" (Zumər-36) dedin.

Dedim: Sən ki, məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər yaxşısan, mən nə edə bilərəm?
Dedin: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا (41) وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا (42) هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا
Ey inananlar! ALLAHı çox zikr edin. Və ONU səhər-axşam zikr edin. Sizi qaranlıqlardan işıqlığa çıxarmaq üçün üzərinizə rəhmətini göndərən Odur. Mələkləri də sizə istiğfar edər. ALLAH, möminlərə qarşı çox mərhəmətlidir.Ahzap-41/43.

Öz özümə dedim: ALLAHım səni çox sevirəm.


Şərhlər:
Baxılıb: 1518
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz