Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++++++++++++++++Səbr Edək
+++++++++++++++++++++++Səbr Edək
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 628
Səs ver:

Səbr hər şeyin əsasıdır məncə. Çünki səbr edən hər şeyə çatar. Təbii inanmaqda lazımdır, yəni səbr etdiyində mükafatını alacağına inanmaq.Daim çalışıram səbrli olum.Çünki tanrı səbr edən kəsləri sevər.Səbrli insan sonda mütləq istədiyini alar əgər Tanrı istərsə.Mən daim səbrli olmağa çalışıram.Hərdən olur ki özümdən çıxıram amma Allahu Əkbər deyərək özümə gəlirəm.Sınamışam,Allahu Əkbər deyən kimi hirsli məqamlarımda sanki birdən-birə yanğının üstünə bir vedrə su tökülür.İnsanda belə bir fövqəladə effekt yaradır.Kimlər səbr etmədilər ki,kimlər səbr edərək nələr qazanmadılar ki.Sadəcə insan bəzən dözə bilmir və partlayır.O zamanlarda yenə Allahu Əkbər deyərək özümüzə gələ bilərik.Əslində o iki kəlimədə çox böyük hikmət vardır.Belə bir rəvayət yadıma düşdü.Bunu hirsli olan zaman bir dəfə atam danışmışdı mənə.İndiyə kimi ağlımdan çıxmayıb.İstədim sizlərlə bölüşüm bəlkə sizə də faydası dəyər:

Bir gün İbni Sina və yanında bir neçə elm-mədəniyyət sahibi yoldaşı Həsən Harakani Həzrətlərini ziyarətə gedərlər. Uzun bir səfərdən sonra həzrətin evinə çatarlar və qapını döyərlər. Qapını açan şeyxin xanımı olar. İbni Sina və yanındakılar şeyxin evdə olub olmadığını soruşarlar qadın da onlara bu qədər yolu o dəli üçün gəlmisinizsə boşa gəldiniz kimi iynələyici sözlər deyərtəbii/tabe hər kəs çaşar. Geri dönmək istəyərlər amma İbni sina onları razı salaraq meşəyə doğru yol və onlar da gedərlər. Bir müddət sonra bir adamın bir heyvanın üzərində gəldiyini görərlər. Adam yaxınlaşınca heyvanın aslan , üzərindəkinin də Həsən Harakani Həzrətləri olduğunu görərlər və çaşıb qalarlar. İbni Sina və bərabərindəkilər evdə yaşanan hadisəni danışıb izah edincə həzrət belə deyər "evdəki qurda səbr edincə Allah(c. c) aslanı minik heyvanı edər."

Yuxarıdakı rəvayətdə də aydın olduğu kimi səbr açardır. Hər qapını açar. Məsələn bir insan çətinliyə düşsə,yaxud hirslənsə birinə daha ağır fəsadlara gəli çıxmasın deyə sadəcə səbr etsin Allah(c. c) şübhəsiz ki bir yol göstərər. Bu hər şey üçün belədir. Çünki Allah(c.c) buyurur ki: Səbr et! Şübhəsiz Allah, yaxşılıq edənlərin əcrini məhv etməz.
Allah(c.c) hər kəsə səbir lütfkarlıq nəsib etsin amin...


Redakte etdi:
PRETTY_GİRL




Şərhlər:
Baxılıb: 628
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz