Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allaha Şükür Edirəm !
Allaha Şükür Edirəm !
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 2049
Səs ver:

Neçə gün idi ki, Aişə evdə xəstə yatırdı. Bir az yaxşılaşmışdı, ancaq anası yataqdan qalxmasına icazə vermirdi. Bir az da istirahət etməli və yeməyinə fikir verərək özünə gəlməli idi. 

-Aişənin yatağı pəncərənin yanında idi. Bütün gün ərzində küçədən keçənlərə baxır, kitab oxuyur, anası və atası ilə söhbət edirdi. Fəqət yenə də çox darıxırdı. Ürəyi yemək istəmir, dərman içməkdənsə zəhləsi gedirdi. 
-O gün günortadan sonra Aişənin müəlliməsi Aişəni ziyarət etdi. Bu Aişə üçün böyük sürpriz idi. 
-Müəlliməsi Aişənin alnından öpdü. Yanında oturub halını soruşdu. 
-Aişə yatmaqdan bezdiyini, dərman içməyə nifrət etdiyini və tezliklə sağalıb ayağa qalxmaq istədiyini bildirdi. 
-Müəlliməsi Aişənin saçlarını oxşadı və ona səbirli olmağı tövsiyə etdi. Aişə bir az fikrə daldı. Bu nəsihəti bir o qədər də bəyənməmişdi. Müəlliməsindən:
-Görəsən Allah xəstəliyi nə üçün yaradıb, -deyə soruşdu.
-Müəllimə gülümsəyərək: 
-Sağlamlığın qədrini bilmək, səbir və şükr etməyi öyrənmək üçün, -dedi. 
Aişə başa düşmədi.
-Necə yəni? deyərək sual verdi. 
Müəllimə: 
-Bax, gözəl qızım, başımıza gələn hər şey bizə nə isə bir dərs vermək üçündür. Xəstəlik bizə sağlamlığın qiymətini öyrədir. Aclıq yediyimiz qidaların, susuzluq da suyun qədrini. Əgər bunları yaşamasan sahib olduğun şeylərin qədrini bilməzsən, -dedi.
Aişə başı ilə təsdiqləyərək:
-Bəli, haqlısınız, -dedi. Mən də sağlamlığın qiymətini xəstələndikdən sonra anladım. 
Müəllimə:
-Afərin, Aişə qızım, bir şeyin qədrini bilməzsək onu bizə verənə təşəkkür edə bilmərik. Yəqin ki, bundan sonra səni sağlam yaratdığı üçün Allaha daha çox şükr edəcəksən. 
Aişə:
-Bəli, elədir ki, var deyərək müəlliməsinin gözlərinə baxdı. Bunu unutmayacağam. 
Lakin bir az fikirləşdikdən sonra yenə də ağlına bir fikir gəldi və soruşmadan dayana bilmədi:
-Müəllimə, belə olduqda varlıların Allaha daha çox şükr etməsi gərəkdir, eləmi?
Bu sualın cavabında müəlliməsi -bir az düşün görək, -dedi. Bir adam kor olsa, amma çoxlu pulu olsa, bütün pulunu dünyanı görmək üçün verməzdimi? Ya da kar olsa, bütün pulunu eşitmək naminə xərcləməzdimi? 
-Aişə:
-Əlbəttə, -dedi.
-Elə isə görən gözləri, eşidən qulaqları, yeriyən ayaqları olan hər kəs çox varlıdır. Ən əsası da ağlı olan insanlar...
-Aişə:
-Elə isə mən çox varlıyam, -dedi.
-Müəlliməsi:
-Bəli, sən çox varlısan. Buna görə də Allaha çox şükr etməlisən.
-Aişə:
-Müəllimə, daha bundan sonra şikayət etməyəcəyəm. Allaha çox şükr edən bir qul olacağam, -dedi.
-Müəlliməsi Aişənin balaca əllərindən tutub, onun alnından öpdü. 
-Aişə qızım, Allah sənə şəfa versin, -deyərək oradan ayrıldı.




Şərhlər:
Baxılıb: 2049
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz