loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++++++++Dini Hekayə
++++++++++++++++++Dini Hekayə
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 583
Səs ver:

Bir gün sübh namazı vaxtı Həzrət Əli (ə.) məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbəri (s.a.a.v.) rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli (ə.) camaata qoşulub namaz qılır.Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar: 

"Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?" Həzrəti Məhəmməd Peyğəmbərimiz (s.a.a.v.) :

"Hər zaman olduğu kimi Səmi'allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayıl (ə.) peyda olub qanadı ilə kürəyimdən basıb, başı ilə başımı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm" - buyurdu.

O an Allah Təala Cəbrayıla (ə.) əmr edir ki, "Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın." O saat Hz.Cəbrayıl (ə.) Həbibullahın (s.a.a.v.) hüzuruna gəlib, xəbər verdi ki, 

"Ya Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rukudan qalxsın. Mənim qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə çatsın. Mən də gəldim, Sultanımı rukuda tutdum, Əli (ə.) gəldi. Allah Təala məni sizi rukuda tutmağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət."

Redakte etdi: PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 583
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz