Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“İffət”
“İffət”
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2151
Səs ver:

1”"İffət” sözü el arasında bir çox hallarda "ismət” sözü ilə qarışdırılır, eyni mənada işlədilir, əslində isə bu iki anlayış arasında kifayət qədər böyük fərqlər var. "İsmət” sözü ilkin mənasında günahsızlıq, təqsirsizlik anlamındadır və peyğəmbərlərin sifətlərindən sayılır.
"İffət” isə həm peyğəmbərlərə, həm də digər möminlərə xas olan keyfiyyətdir və dini terminologiyada aşağıdakı mənalara gəlir: namus, təmizlik, pəhrizkarlıq, qənaət, nəfsi xətalı meyillərdən uzaq tutmaq, halala razı olub, haramdan qaçmaq, insanların malına-mülkünə meyil salmamaq, geyimində, yeməyində ədəbli olmaq, hər cür təhlükəli şeylərdən yayınmaq, bütün bədən üzvlərini haramlardan qorumaq, başqalarına əziyyət verməməyə, yük olmamağa çalışmaq...
***
İffət ruhun təmizliyini, onun maddi-mənəvi çirkablardan uzaq olduğunu, təmiz qaldığını göstərir. İffətini itirmək abır-həyasını itirməkdir, dəyərlərini itirməkdir. İnsan iffətli yaşaya və nəfsinə hakim ola bilmək üçün dörd keyfiyyətə malik olmalıdır:
- qüvvətli və sağlam iradəyə;
- şəhvət istəklərinə qarşı etiraz edə bilmək dəyanətinə;
- yüksək düşüncələrlə, faydalı işlərlə məşğul olmalıdır;
- pis adamlardan uzaqlaşmalı, onu tərəqqiyə sövq edən şəxslərlə oturub-durmalıdır.
***
Qurani-Kərimdə iffət mövzusu ilə bağlı kifayət qədər məlumatlar var və adıçəkilən bəzi şəxslər iffət örnəyi kimi təqdim olunur. Yəqin ki, "Həzrəti Yusif” serialına baxmısınız. Zaman və məkan içində yaraşıqda, ədəbdə, gözəllikdə hər kəsdən üstün olan Yusif xanımların əlçatmaz arzusu, ümidsiz xəyalı halına gəlir. Misir vəzirinin xanımı Züleyxa ona qovuşmaq istəyir, amma rədd cavabı alır.
Alimlər deyirlər ki, insan fitrətində ən zəif nöqtələrdən biri məhz şəhvət məsələsidir. Bu məsələdə nəfsin azğın istəyinə qalib gəlmək insandan güclü iradə və Allah qorxusu tələb edir. İnsanın canında Allah qorxusu yoxdursa, bu qədər güclü bir istək qarşısında duruş gətirməsi, ondan imtina edə bilməsi, hər cür hisslərə, duyğulara baxmayaraq, rədd cavabı verməsi mümkün deyil. Allah qorxusu yol ilə uçurum arasındakı sarsılmaz divara bənzəyir. Yəni Allahını tanıyan, Ondan qorxan bəndə azmaq anında belə o divara çarparaq uçuruma düşmür, bir qədər əzilsə də, yenidən yoluna dönür.
***
Allah sevgisi nədir, bu haqda düşünmüsünüzmü? Əslində bir bəndənin Allah-Təalanı sevə bilməsi Allah-Təalanın o bəndəsinə ən böyük lütfüdür. Çünki sən sevdinmi, o yola çıxdınmı, artıq gözün ondan başqa bir şey görməz, baxdığın hər yerdə Onun izini görərsən, bu dünya qürbətindən qurtarıb, Ona qovuşmağı gözləyərsən. Amma bu həyatda hər işini də Onun əmrinə görə tənzimləyərsən, Onun əmrinə uyğun olmayan bir işə gözünün ucu ilə də baxmazsan. Çünki Ondan həya edərsən, utanarsan. Allahdan həya etmək insanın bəzəyidir. Allahdan həya etməyənin həyası həya olmaz.
Alimlər yazırlar ki, insan üçün ən böyük fəlakət Allah-Təalaya şərik qoşmaq və Onun mərhəmətindən məhrum olmaqdır. Allah qorxusu da əslində elə budur, yəni doğru yoldan azaraq özünü Allah-Təalanın mərhəmətindən məhrum hala gətirmək qorxusu. Əgər bir insan Allah-Təalanın mərhəmətindən məhrum olunursa, dünyalar onu sevsə, nə xeyri var? Bir insan Allah-Təalanın mərhəmətinə qovuşdusa, dünyalar ona düşmən kəsilsə, nə qorxusu var?
Qurani-Kərimin iffət abidəsi kimi təqdim etdiyi Yusif Züleyxanın azğın istəklərinə cavab vermədiyi üçün iftiraya uğrayır və  zindana atılır. Yusifin böyüklüyünə baxın ki, iftiraya uğrayaraq həbsə atılsa da, ömrünün 5-10 ilini məhbəsdə keçirsə belə, qarşı tərəfin qüsurunu açmır, eybini üzə çıxarmır.
***
Qurani-Kərimdə bəhs edilən iffət abidələrindən biri də Həzrəti Məryəmdir. Ənbiya surəsində belə buyurulur: "İffət və namusunu lazım olduğu kimi qoruyan Məryəmi də an. Biz ona ruhumuzdan üflədik, həm onu, həm də oğlunu cümlə aləm üçün ibrət halına gətirdik”. Həzrəti Məryəm son dərəcə həyalı və şərəfli bir təbiətə sahibdir. Həzrəti Cəbrayıl gənc, yaraşıqlı bir insan görkəmində yaxınlaşarkən Həzrəti Məryəm belə deyir: "Mən səndən Allaha sığınıram. Əgər Allahdan qorxursansa, mənə toxunma”.
Məryəm anamız o qədər iffətli və ləyaqətli bir qadındır ki, möcüzəvi bir şəkildə Həzrəti İsaya hamilə qalarkən insanların onun haqqında artıq-əskik danışdıqlarını eşidərək belə deyib:
"Ah, kaş ki bu iş başıma gəlmədən öncə öləydim və adı-sanı unudulub getmiş birisi olaydım”.
***
Dinimizin evlilik müəssisəsinə xüsusi əhəmiyyət verməsi, bir tərəfdən, nəslin davamı ilə bağlıdırsa, bir tərəfdən də, məhz bu məsələ ilə, yəni şərəf, namus və heysiyyatın qorunması ilə əlaqədardır.
Uca Peyğəmbərimiz gənclərə tövsiyə edir ki, imkanı olanlar evlənsinlər, olmayanlar isə oruc tutsunlar. Məlumdur ki, oruc insanın şəhvani hisslərini tənzimləyir. Təbii ki, Peyğəmbərimiz hər kəsin ailə, oğul-uşaq sahibi olmasını istəyib, amma  evlənmək imkanına qovuşana qədər insanın özünü günahlardan qorumasında orucun əhəmiyyətini də xüsusi vurğulayır. Rəsulullah bildirir ki, hansı müsəlman iki çənəsinin və paçasının arasını haramdan qoruyarsa, cənnətə girər. Bu vəd əslində insan üçün iffətin nə qədər əhəmiyyətli olduğunu bildirir.
***
Yazının əvvəlində dediyimiz kimi, iffət mövzusu əslində insan həyatının bütün sahələrini əhatə edir. Geyimdə də, yeməkdə də, başqaları ilə münasibətdə də iffət məsələsi hər zaman ön planda tutulmalıdır.
İslam ədəbiyyatında Əshabi-Suffa kimi tanınan, Peyğəmbərimizin yanından ayrılmayan gənc mühacirlər hər zaman Peyğəmbərimizin yanında olar, elm öyrənər, Rəsulullahın ağzından çıxan sözü düstur kimi əzbərləyib, öz həyatlarına tətbiq edərdilər. Həyatını İslam yoluna fəda etmiş bu gənclər dünya neməti haqqında düşünmür, ancaq elm öyrənir, Rəsulullahın o uca mənəvi atmosferindən faydalanaraq Allah-Təalanın "Nur” deyə təqdim etdiyi dinimizi dünyaya elan etməyə hazırlaşırdılar. Amma bu qədər böyük missiyanı yerinə yetirməyə hazırlaşan bu gənclər bəzən günlərlə ac qalırdılar, maddi ehtiyac içində günlərini gün edirdilər. Əbu Hüreyrə öz gəncliyi haqqında belə deyir: "Bəzən rəngim sapsarı olurdu, elə bilirdilər ki, xəstəyəm. Amma bilmirdilər ki, günlərdən bəri boğazımdan bir loğma da keçməyib”. Qurani-Kərim iffət nümunəsi, qənaət örnəyi olan o gənclər haqqında belə buyurur: "Başqalarından bir şey istəmədikləri üçün onların gerçək halını bilməyənlər onları zəngin hesab edirlər. Ey Rəsulum! Sən onları simalarından tanıyırsan. Onlar üzlərinin suyunu tökərək başqalarından bir şey istəməzlər”.
***
İffət ən çox da özünü başqalarının malına-mülkünə münasibətdə göstərir. Uca Peyğəmbərimizin tərbiyə etdiyi o gənc səhabələr günlərlə ac qalsalar da, kimsəyə ağız açmaz, öz hallarını Rəsulullahdan başqa kimsəyə bildirməzdilər.
Əslində bu gün cəmiyyətimizdə baş verən bəlaların böyük əksəriyyəti iffət hissinin itirilməsi ilə bağlıdır. İnsan iffətini itirdiyi üçün geyimini bərbad hala salıb; halal yeməyi unudub, hər cür haramı boğazına tıxır; gözlərini haramdan çəkmir, nəfsinin istəyi ilə hərəkət edərək, bəladan-bəlaya sürüklənir; dinimizin şiddətlə haram buyurduğu zinanı adi məişət halına çevirir; Allahın verdiyi nemətin qədrini bilmir; süfrələrdə baş alıb gedən israfın, zibilliyə atılan nemətin hesab-kitabını düşünmür...
***
İffət hissinin itirilməsi fəlakətdir, faciədir və üzülərək bu fəlakətin bizdən heç də uzaq olmadığını etiraf etməli oluruq.
El arasında abır-həya kimi anlaşılan iffət haramlardan çəkinmək, nəfsini iradə altında tutaraq tərbiyə etməkdir.
İnsanlara yük olmamaq, başqalarına əziyyət verməmək də iffətin başqa bir görüntüsüdür. Bu mövzuda səhabələrdən biri söyləyir ki, yerə düşən qamçımı götürüb mənə verməyi bir başqasından xahiş etməyə üzüm gəlmədi, dəvəmi yatırdıb endim, qamçımı götürüb dəvəyə mindim və yoluma davam etdim.
Bəlkə də ilk baxışdan adi, bir az da gərəksiz kimi görünən bu mənzərə əslində inkişaf etdikcə bütöv bir tərbiyə üsulu halına gəlir və həyat prinsipinə çevrilir.
***
Quran təbiri ilə iffət möminin əsas əlamətlərindən biridir. Allah-Təalanın kitabı və Rəsulunun buyurduqlarında iffət mövzusu daha çox iki fərqli başlıq altında izah olunur:
- gözütoxluq, yəni nə qədər ehtiyac içində olsan da, dilənçilik etməmək, başqalarının malına göz dikməmək, hər şeyi öz əlinin zəhməti, alnının təri ilə qazanmaq;
- nəfsin şəhvani istəklərinə boyun əyməmək, harama meyil edən üzvləri - əli-ayağı, dili-dodağı, gözü-qulağı, hər bir əzanı günahlardan uzaq tutmaq.
İffət möminin bəzəyidir, əsas əlamətlərindəndir. İffətsizlik fəlakətdir. Rəbbim bizi iffət örtüyü ilə bürüsün. Amin!
Redakte etdi: PRETTY_GIRL


Şərhlər:
Baxılıb: 2151
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz