Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allah niyə insanları bərabər yaratmadı?
Allah niyə insanları bərabər yaratmadı?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 884
Səs ver:

 

Allah niyə insanları bərabər yaratmadı? Niyə bəzilərini kasıb, bəzilərini varlı, bəzilərini şikəst, bəzilərini də sağlam xəlq etdi?

Hər şeydən əvvəl qeyd edək ki, belə bir sualı ancaq yaradılışın hikmətini anlamaq üçün verə bilərik. Əks təqdirdə, Allah qorusun, Allahı sorğu-suala çəkmək mənası çıxar ki, buna da heç kimin həddi və haqqı yoxdur. Çünki yaşadığımız dünya, tənəffüs etdiyimiz hava, içdiyimiz su, bizə xidmət edən ay, günəş – hər şey Onun mülküdür. Sahib olduğumuz və ya ola bilmədiyimiz hər şey Ona aiddir. Mülk sahibi mülkünü istədiyi kimi idarə edər.
Bunu belə bir misalla daha yaxşı anlaya bilərik. Olduqca səxavətli bir şəxs üç adamı götürüb üç şərəfəli (minarədə azan oxunan yer) bir minarəyə aparır. Hər şərəfənin pilləkəni ayrıdır. Hər birini bir pilləkənə yönəldir və hər pillədə – borcu olmadığı halda – onlara bir hədiyyə verir. Şərəfəyə çıxanda da hər birini daha böyük hədiyyə ilə mükafatlandırır. Ancaq birinci şərəfənin pilləkənləri ikincidən, ikinci isə üçüncüdən az olduğuna görə birinci adam ikinci və üçüncüdən, ikinci isə üçüncüdən az hədiyyə alır. İndi birinci adam ikinci və üçüncüyə, ikinci isə üçüncü adama baxıb: "Niyə mənim çıxdığım pilləkənlərin sayı azdır? Niyə mənə daha az hədiyyə verdin?” – deyərək o səxavətli insana etiraz edə bilərmi? Əgər edərsə, bu, böyük bir nankorluq və ədəbsizlik sayılmazmı?
Rəbbimiz bizi yoxdan var etmiş, daş, torpaq, ot, yerdə sürünən böcək yaratmağa qadir olduğu halda məhz insan kimi xəlq etmişdir. Bununla kifayətlənməmiş, bizə saysız-hesabsız nemətlər bəxş etmişdir. Bütün kainatı əmrimizə vermişdir. Bunlardan daha önəmlisi bizləri qulluq rütbəsi (məqamı ilə) ilə şərəfləndirmiş və yer üzündə xəlifəsi etmişdir. Bütün bunlardan sonra bir insanın durub: "Mənim malım niyə azdır və ya mən niyə koram, niyə şikəstəm?” – kimi sözlərlə etiraz etməsi Rəbbimizə nankorluq olmazmı? Haşa, Rəbbimizdən bir alacağımız var ki, üstəlik Ona bir etiraz da edək? Bizim vəzifəmiz də Rəbbimizin vermədiyinə deyil, lütf etdiyi saysız-hesabsız nemətlərə baxıb şükür etməkdir.
Allah-Təalanın insanları fərqli vəziyyətlərdə yaratmasının bildiyimiz və bilmədiyimiz bir çox hikmətləri vardır. Bildik­ləri­mizdən bir neçəsindən burada bəhs etməyə çalışaq.
Birincisi: Allahın bir çox isimləri (adları) vardır və bu isimlər də yaradılışda müxtəlifliyi tələb edir. Məsələn: Rəzzaq ismi ruziyə möhtac canlıları, Şafi ismi xəstələrin olmasını tələb edir ki, bu ilahi isimlər təcəlli etsin. YenəAllah Mucib ismi ilə darda qalanların, Kabiz ismi ilə qəflətə düşənlərin, Bəsit ismi ilə çətinlikdə boğulanların imdadına yetişir. Beləcə Rəbbimiz saysız-hesabsız isimləri ilə bizə Özünü tanıtdırır ki, əslində, bizim yaradılış qayəmiz də məhz Onu tanımaqdır.
İkincisi: hər şey öz əksi ilə məlum olur. Qaranlıq olmasa, gündüzün, xəstəlik olmasa, sağlamlığın, aclıq olmasa, toxluğun, kasıblıq olmasa, zənginliyin, çətinlik olmasa, rahatlığın qiyməti bilinməzdi. Şikəstlər olmasa, bütün üzvləri sağlam və yerində olan insanlar bu nemətin fərqinə varmaz, bir bədən üzvü şikəst və ya olmayanlar da digər orqanların qiymətini tam anlamazlar. Qaldı ki, xəstəlik, şikəstlik və müsibət kimi hallar istisnadır. Xəstəlik və müsibətlər altmış-yetmiş illik insan ömründə çox qısa zaman kəsiyini əhatə edir. Şikəst insanlar da dünya əhalisinin kiçik hissəsini təşkil edir. Digər tərəfdən xəstəlik və şikəstlik hallarının əksəriyyəti də insanların səhlənkarlığından qaynaqlanır.
Üçüncüsü: bu dünya imtahan yurdudur. Allahinsanları bəzən var-dövlət, bəzən kasıblıq, bəzən xəstəlik, bəzən də sağlamlıqla imtahan edir. Gözəllik, güc, sərvət, şikəstlik, sağlamlıq – bunların hamısı imtahan vəsiləsidir. "Bəqərə” surəsinin 155-ci ayəsində Uca Allah: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edə­rik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edənlərə müjdə ver!” – buyuraraq bu həqiqəti ifadə edir. Bu ayənin ardınca gələn ayələrdə də səbir edənlərin xüsusiyyətlərindən və Allah qatında böyük mükafat alacağından bəhs olunur. Allah heç kimə gücü çat­mayan yükü yükləməz və kimsəni sahib olmadığı bir şeyə görə də hesaba çəkməz.
Dördüncüsü: Allah mütləq ədalət və sonsuz mərhəmət sahibidir. Qullarına əsla haqsızlıq etməz, ammaAllahın ədalətini tam anlamaq üçün dünya və axirəti birlikdə götürmək lazımdır. Dünya fani və müvəqqətidir, əsl həyat axirət həyatıdır. Dünya sadəcə axirətin tarlasıdır. Xəstəliklər və müsibətlər inanan və səbir edən bir insan üçün ibadətə çevrilir, altmış-yetmiş illik qısa ömründə kor olduğuna görə dünyanın fani gözəlliklərindən məhrum qalan bir mömin əgər səbir edərsə, cənnətdə əbədiyyən misilsiz gözəlliklərlə mükafatlandırılar. Allah birini alır, amma əvəzində qat-qat artıq verir. Əsas odur ki, insan buna səmimi qəlbdən inansın və səbirli olsun.
Beşincisi: Allah insanı bu dünyaya qulluq üçün göndərmişdir. Həqiqi hüzur və xoşbəxtlik Allaha yaxın olmaqda, Onun razılığını qazanmaqdadır. Xəstəliklərə, sıxıntılara, bəla və müsibətlərə məruz qalanlar acizliyini – bolluq içində və firavan yaşayanlara nisbətən – daha asan anlayıb mənən Allaha yönəlmə ehtiyacını hiss edir. İbadətlərə daha həssas yanaşır və daha çox savab qazanmağa və yaxşı işlər görməyə çalışırlar. Dünyada əsl qayəmiz bu deyilmi? Əgər bu cür hallar bizim xətalarımızdan qaynaqlanmırsa, cəza kimi başa düşülməməlidir. Əksinə, Allahın bir lütfü olaraq qəbul edilməlidir. Əlbəttə ki, heç kim xəstəlik, bəla və müsibəti arzu etməz, amma başa gələndə də kamil bir mömin: "Biz Allaha məxsusuq və (vaxtı çatanda) Onun yanına (Onun hüzuruna) qayıdacağıq!” – deyib səbir edər. ("Bəqərə” surəsi, 156) 

 

 




Şərhlər:
Baxılıb: 884
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz