Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir Nurani Qocanın Bir Günü...
Bir Nurani Qocanın Bir Günü...
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 2072
Səs ver:

Bir nurani qocanın yolu dənizin kənarından düşür bir gün. Görür ki,sahil uşaqlarla doludur. Kimisi topla oynayır,kimisi bir-birini qovur, kimisi dənizdə çimir, bir sözlə əylənirdilər. Amma bir uşaq lap uzaqda təkcə oturub. Uşağın tək oturması qocaya maraqlı gəlir. Ona tərəf getməyə başlayır. Qoca nəfəsi təngiyə-təngiyə addımlayır,oğlana çatmağa 5-6 addım qalmış bir qədər uca səslə deyir:Oğlum,niyə bu uşaqlara qaynayıb qarışmırsan? Niyə bir kənara çəkilib oturmusan? Ətrafına bax,gör necə də gözəldir. Tanrının yer üzünə bəxş etdiyi bu gözəlliyə baxıb zövq almaq,şükür etmək lazımdır,oğlum.
Oğlan başını qaldırmadan cavab verdi:Allah məni məhrum edib bu gözəlliklərdən,baba. Yalnız eşidə bilirəm dənizin səsini, yaşıdlarımın gülüşlərini.Görəsən nə etmişəm,hansı səhvim olub ki, Allah belə cəzalandırıb məni?Neyləmişəm ki,həsrət qoyub məni gün işığına?
Oğlanın bu sözləri qocaya çox pis təsir etdi. Diz çökdü qoca. Əllərini açdı göylərə:Ya Rəbbim! Ey yeri-göyü yaradan! Ey alilərin alisi! Rəhm et bu aciz quluna. Nur ver onun gözlərinə. Izn ver, görsün yer üzünə vurduğun naxışları...deyə yalvardı.
Tanrı qocanın dualarını eşitdi. Işıq verdi oğlanın gözlərinə...
Bir müddət keçdi aradan. Yenə həmin yerdən düşdü qocanın yolu. Gördüklərinə inana bilmədi qoca. Həmin oğlan şüşələri sındırıb,çilik-çilik əzib üstündən qum səpirdi. Uşaqlar qaçanda,oynayanda şüşə qırıqları ayaqlarına batırdı. Oğlan isə kənardan baxır,onların acılarına gülür və demək olar ki, zövq alırdı. Bu səhnə çox pis təsir etdi qocaya.
“Ey qadir Allah bağışla məni.Keç günahımdan. Səndən nə qədər əfv diləsəm yenə də azdır...qoca dərin peşmançılıq hissi ilə uzaqlaşdı oradan...

P.S Çox vaxt işlərimiz düz getməyən zamanNiyə belə oldu? Niyə elə mənim başıma gəlir belə işlər? Kimə neyləmişəm mən?deyə gileylənirik,şikayətlənirik heyatımızdan. Amma unutmayaq ki,həyatda nə baş verirsə,ürəyimizcə olub olmamasından asılı olmayaraq,hər şey yaxşılığa doğrudur. Nə olursa olsun Allah bilən məsləhətdir..

Redakte etdi: PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 2072
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz