Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əxlaqlı Olmaq Ən Gözəl Dəvətdir!
Əxlaqlı Olmaq Ən Gözəl Dəvətdir!
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1608
Səs ver:


 

Əxlaqlı olmaq ən gözəl dəvətdir!


Əxlaqlı olmaq-ən gözəl dəvətdir!
Bir gün Əli İbn Əbu Talib (r.a) xəlifə ikən şəhəri gəzməyə çıxır.Bazarların birinə daxil olarkən, əslən müsəlman olmayan birinin qalxan satdığını görür və öz-özlüyündə
- Bu ki mənim itirdiyim qalxandır. - deyərək satıcıya yaxınlaşır.
- Bu qalxanı haradan tapdın? Bu mənim itirdiyim qalxandır.
Xristian satıcı isə qarşısındakının möminlərin əmiri Əli İbn Əbu Talib (r.a) olduğunu bilməyərək hirsli və acı kəlimələr ilə onu qovmağa çalışır.Əli (r.a) yenə təmkinlə satıcıdan öz qalxanını istəyir.Lakin bu dəfə satıcı səsini daha da yüksəldərək, qalxanın özünün olduğunu iddia edir.Məsələnin bu həddə çatdığını görən xəlifə Əli (r.a) satıcıdan şəhər qazisinin yanına getməsini və məsələni araşdırıb, hökm verməsini təklif edir.Satıcı razılaşır.
Əli İbn Əbu Talib (r.a) və xristian satıcı qazinin yanına gedirlər.İçəri daxil olarkən qazi Əli (r.a)-nu tanıyır və tez ayağa qalxaraq:
- Ey möminlərin əmiri, siz xeyir ola? - deyir.
Bu sözləri eşidən satıcının canına vəlvələ düşür.Mübahisə etdiyinin xəlifə Əli (r.a) olduğunu anlayır.Öz-özlüyündə "Təbii ki, qazi bu vəzifəni ona verən Əli (r.a)-ya qarşı hökm çıxarmaz-deyə düşünür. Dərhal ayaq saxlayaraq üzrxahlıq edir və qalxanı Əliyə (r.a) uzadır.Lakin Əli (r.a) "Hökmü qazi özü verəcək” deyərək əyləşir.
Qazi mömin və ədalətli bir insan idi. Hökm vermədən öncə buyurur:
- Ey möminlərin əmiri, icazə versən hər ikinizə bir neçə sual verim. Cavablarınıza əsasən hökm verəcəm, inşallah.Hər ikisi razılaşır.Qazi buyurur:
- Ey möminlərin əmiri, qalxanı itirərkən ətrafınızda şahidiniz var idimi?Əli (r.a):
- Xeyr, heç kəs yox idi-deyə cavab verir.
Qazi bu dəfə satıcıdan soruşur:
- Bəs siz qalxanı taparkən şahidiniz var idimi?
Satıcı:
- Bəli, mənimlə bərabər bir neçə dostum da orada idi-deyə cavab verir.
Satıcının dostlarını çağırırlar və onlar da:
- Qalxanı tapanda biz də oradaydıq-deyirlər.Bu vaxt qazi buyurur:
- Ey möminlərin əmiri, bağışla, amma qalxan satıcıya çatacaq.Çünki onu taparkən yanında şahidləri olub.
Bu sözləri eşidən satıcı dəhşət içində ayağa qalxır və kəlmeyi şəhadəti söyləyərək islam dinini qəbul edir. 
Sübhənəllah, nə gözəl əhvalat...
Əli ibn Əbu Talibin (r.a) əxlaqı və qazinin ədalətli olmağı bir xristianın müsəlman olmasına səbəb oldu. Halbuki, Əli (ra) xəlifə idi.Qazinin yanına gəlməsəydi belə qalxanı həmin satıcıdan alıb, onu cəzalandıra bilərdi.Qazi isə öz işi naminə hökm verib qalxanı satıcıdan ala bilərdi.
Lakin onlar o dəhşətli haqq-hesab günü-Axirət gününü düşünüb ədalətli davrandılar.
Həqiqətən,
Allah ədalətli olanları sevər! [Mümtəhənə, 8]
Əxlaqlı olmaq ən gözəl dəvətdir!




Şərhlər:
Baxılıb: 1608
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz