Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dilinizi Günahlardan Qoruyun..
Dilinizi Günahlardan Qoruyun..
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 703
Səs ver:

Həqiqətən bu dil Allahın bizə verdiyi böyük nemətdir.

İnsan onun vasitəsi ilə nəfsindəkini zahirə çıxarır. Allah-Təala buyurur:
"Məgər biz ona iki göz vermədikmi, eləcə də bir dil və qoşa dodaq (vermədikmi)" (Əl-Bələd, 8-9).
Bu dil ya insanın dünya və axirətdə hörmətini və dərəcəsini artırır, ya da cəhənnəmin dibinə düşməyə səbəb olur. Bu dil ya haqqı (lə iləhə illallah və s.) deyir, ya da batil (küfr, şirk və s.) deyir. Buna görə insan danışığına fikir verməli və bilməlidir ki, hər bir dilindən çıxan kəlmə əmanətdir.
Ümumiyyətlə, insanlar danışıqlarına görə dörd qismə bölünür:
Birinci qism: O kəslərdir ki, danışmamışdan qabaq fikirləşir, bunlar ən xoşbəxt insanlardır.
İkinci qism: O kəslər ki, danışa-danışa fikirləşir, bunlar da xoşbəxt insanlardır.
Üçüncü qism: O kəslər ki, danışıqdan sonra fikirləşir, bunlar bədbəxt insanlardır. 
Dördüncü qism: O kəslər ki, nə danışıqdan əvvəl, nə danışa-danışa, nə də danışıqdan sonra fikirləşmir, bunlar da ən bədbəxt insanlardır.
İnsan hər bir tələffüz etdiyi kəlmə barəsində sorğu sual olunacaq. Əbu Hureyrə (r.a): Rəsulullahdan -səllallahu aleyhi vəsəlləm- soruşdular: İnsanları ən çox Cənnətə salan nədir? -Bəşəriyyətin xeyirlisi - "Allah qorxusu və həyadir"- dedi. Bəs Cəhənnəmə atan şey nədir? - "Dili və övrat yeridir"- buyurdu. (Tirmizi rəvayət etmişdir)
Süfyan İbn Abdullah anladır: "Ey Allahın Rəsulu dedim. Bir əməl tövsiyə et. Ona əməl edim. Bu cavabı verdi: "Rəbbim Allahdır de. Sonra doğru ol." Sonra "Ey Allahın Rəsulu" dedim. Mənim haqqımda ən çox qorxduğun şey nədir"? Əli ilə dilini tutub "Bu" deyə buyurdu. Tirmizi Zühd 61, (2412)Həqiqətən bu dil Allahın bizə verdiyi böyük nemətdir. İnsan onun vasitəsi ilə nəfsindəkini zahirə çıxarır. Allah-Təala buyurur:"Məgər biz ona iki göz vermədikmi, eləcə də bir dil və qoşa dodaq (vermədikmi)" (Əl-Bələd, 8-9). 
Allah təala buyurub: 
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Peyğəmbər (s.ə.v.) dedi: İnsan Allah rizasına bir kəlmə danışar və elə zənn edər ki, bu kəlmənin heç bir qədir qiyməti yoxdur. Lakin Allah-Təala bu kəliməyə görə onun dərəcəsini (dünya və axirətdə) artırar.Həmçinin insan Allahı qəzəbləndirərək bir kəlmə danışar və elə zənn edər ki, bu kəlmənin heç bir günahı yoxdur, lakin Allah bu kəlməyə görə ona qiyamətə qədər günah yazar. 
Birincisinə misal: şəhadət kəliməsidir. Yəni - əşhədü ən lə ilahə illəllah və aşhədü ənnə Muhammədun rəsul Allah demək.
Peyğəmbər (s.a v.) dedi: "Kimin axır kəlamı Lə ilaha illallah olarsa ,cənnətə daxil olar."
Başqa hədisdə də buyurur ki,"Qiyamət günü Allah-Təala bir şəxsi hüzuruna çağıracaq və onun 99 dənə əməl dəftərini çıxarıb ona göstərəcək. Bu əməl dəftərləri tərəzinin bir gözünə qoyulacaq, günahla dolu olacaq. Sonra isə tərəzinin o biri gözünə balaca kağız parçasına yazılmış bir şey qoyulacaq və o da ağır gələcək. Açıb baxanda görəcək ki ,orada "La ilahə illallah " yazılıb. Bir kəlmə (tövbə edib Allahın təkliyinə şəhadət vermək) onun bütün günahlarını bağışladı. 
İkincisinə misal: Peyğəmbər (s.ə.v.) bizdən əvvəlkiləri bizə misal çəkib dedi: Bir nəfər günah edən yoldaşına nəsihət edərdi,o isə onun nəsihətinə məhəl qoymazdı. Axır bir gün bezib onun haqqında belə dedi: "Allaha and olsun ki, Allah filankəsi bagışlamayacaq". Allah onların ikisini də hüzuruna gətirdi və dedi: "Kimdir mənim əvəzimə deyən ki, mən filankəsi bağışlamayacağam. Artıq mən onu bağışladım və sənin əməlini puç etdim".
Əbu-Hureyra(r.a.a.) dedi:"Bir kəlmə ilə dünyasını və axirətini puç etdi.Bizdən əvvəlkilərin başlarına gələn pis aqibət bizlərə nümunədir.
Allah-Təala deyir: "Cəhənnəm odu onların üzünü yandırar.Onlar orda (üst dodaqları başlarının tən ortasına,alt dodaqları isə göbəklərinə qədər uzanaraq)dişləri ağarmış vəziyyətdə durmuşlar (Onlara deyirlər:) "Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirdiniz". Onlar deyərlər:Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yolundan azan camaat olduq.Ey Rəbbimiz !bizi cəhənnəm odundan çıxart.Əgər bir də (pis işlərə) qayıtsaq şübhəsiz ki,zalım olarıq".(Allah) buyurar:"Orada zəlil,məyus vəziyyətdə durub qalın və mənə heç bir şey deməyin"(Əl-muminun,104-108).
Peyğəmbərin (s.a.v.)zamanında müsəlmanlardan bəziləri digərinə zarafat edərək deyərdi:"Bunlar (Hafizlər) bizim aramızda ən çox yeyən,ən çox qorxan və yalan danışanımızdır.Elə bu vaxt Allah öz ayələrini nazil etdi".
(Ya Məhəmməd) onlardan (nə uçün belə etdiklərini) soruşsan:"Biz ancaq söhbət edib,zarafatlaşır,əylənirik"-deyə cavab verərlər.De ki:"Allaha onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?Üzr istəməyin.Siz iman gətirdikdən sonra artıq kafir oldunuz.Aranızda bir qismini (tövbə edəcəyinə görə)bağışlasaq da,digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik"(ət-Tövbə,65-66).
Deməli,dil ilə heç kəsə əziyyət vermək olmaz. 
Allah-Təala buyurur:"Allahı,Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətlibir əzab hazirlamışdır! "Mömin kişiləri və qadınları etmədikləri bir işə görə incidənlər,şübhəsiz ki,öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"(əl-Əhzab,57-58 )
 




Şərhlər:
Baxılıb: 703
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz