Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"QURANİ- KƏRİM" Oxumaq Haqqında 20 Hədis
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 4407
Səs ver:

 


1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”

2-İmam Əli (ə) buyurmuşdur: "Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
4-İmam Əli (ə) buyurmuşdur: "Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.”
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”
6-İmam Sadiq (ə) buyurmuşdur: "Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranın mətninə və yazısına baxmaq ibadətdir.”
8-İmam Sadiq (ə) buyurmuşdur: "Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”
11-İmam Sadiq (ə) buyurmuşdur: "Mömin bir gənc Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.”
12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məscidlər Qurana görə bərpa edilmişdir.”
13-İmam Əli (ə) buyurmuşdur: "Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”
14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”
15-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: "İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!”
16-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: "(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.”
18-İmam Əli (ə) buyurmuşdur: "Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”
19-İmam Sadiq (ə) buyurmuşdur: "Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”
20-İmam Səccad (ə) buyurmuşdur: "Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların hamısı ölsə də, mən təklikdən qorxmaram.”



Şərhlər:
Baxılıb: 4407
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz