Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölümdən qiyamətədək
Ölümdən qiyamətədək
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1599
Səs ver:
İnsan ölürsə bədən ölür.Canlar öləsi deyil!İslam baxımından
insan bədən və ruhdan ibarət bir xilqətdir.İnsanın bədəni maddi tərkibdən ibarət olub təbii
qanunlara tabedir-yəni onun ölçüsü,tutumu və çəkisi vardır,bəşərin həyatı isə zaman və
məkan çərçivəsində cərəyan edir.Bədən təbii proseslərə,o sıradan istilik və soyuğun təsirinə
məruz qalır.Bədən tədricən qocalır;bir gün Allahın əmri ilə yaranan insan bədəni bir gün
dağılıb məhv olur.Lakin ruh maddi deyil və maddəyə aid heç bir xüsusiyyət ona aid
edilmir.Ruha aid sufətlər-elm,duyğu,fikir,iradə,məhəbbət,kin,sevinc,qəm,qorxu və ümid
kimi xasiyyətlərdir.Ruh maddəyə aid xüsusiyyətlərə malik olmadığı kimi,ruhi sifətlər də belə
xasiyyətlərdən uzaqdır.Qəlb və beyin bədənin başqa üzvləri kimi öz
çoxsaylı fəaliyyətində ruh və ruha aid sifətlərə tabe olur.Bədənin heç bir başqa
üzvünü idarəetmə mərkəzi kimi təyin etmək mümkün deyil.
Allah-təala Quran-i-kərimdə buyurur:-"Biz ,həqiqətən,insanı
tərtəmiz(süzülmüş) palçıqdan yaratdıq.(Biz Adəmi torpaqdan,Adəm övladını isə süzülmüş
xalis palçıqdan-nütfədən xəlq etdik)”
-"Sonra onu(Adəm övladını)nütfə halında möhkəm bir yerdə(ana
bətnində)yerləşdirdik.”
-"Sonra nüftəni laxtalanmış qana çevirdik,sonra laxtalanmış
qanı bir parça ət etdik,sonra o bir parça əti sümüklərə döndərdik,sonra sümükləri ətlə
örtdük və daha sonra onu bambaşqa(yeni).Bir məxluq olaraq yaratdıq.Yaradanların ən
gözəli olan Allah nə qədər uca,nə qədər uludur!”
-"(Belə bir yardılışdan )Sonra siz mütləq öləcəksiniz!”
-"Sonra siz qiyamət günü yenidən diriləcəksiniz!”(Muminun:12-
16)
Bəs İslam ölümü necə mənalandırır?İslam ölüm dedikdə heç də insanın bütövlükdə
yoxluğunu və heçə çevrilməsini nəzərdə tutmur.Ölüm-yəni fənaya uğramayan və əbədiyyət
sifəti ilə tanınan ruhun bədənlə öz əlaqəsini kəsməsi deməkdir.Nəticədə ruh bədəndə çıxaraq
öz yaşamını davam etdirir və bədən isə aradan gedir.
Allah-təala Quranda buyurur:
-(Ya Məhəmməd!)De ki:”Sizə müvəkkil olan ölüm mələyi(Əzrail)
canınızı alacaqdır.Sonra da (qiyamət günü)Rəbbinizin hüzuruna
qaytarılacaqsınız!”(Səcdə:10-11)
Peyğəmbəri -əkrəm (s) bu barədə belə buyurub:”Siz yox olmursunuz,bir evdən başqa evə
köçürsünüz.”
Və insan ruhu bədəndən ayrıldığı zaman xüsüsi bir tərzdə yəni bir növ diri qalır:Əgər yaxşı
əməl sahibidirsə,nemət və səadətə qovuşur,yox əgər pis əməl sahibidirsə,əzaba düçar
olur.Qiyamət qopan kim adamlar hesab üçün bir yerı toplanar.İnsanın öləndən sonra
qiyamətə qədər keçirdiyi dövr Bərzəx adlanır.
Quranda bu barədə buyrulur:-"Onların önündə dirilib(haqq-hesab üçün Allahın hüzurunda)
duracaqları günə (qiyamət gününə) qədər pərdə(bərzəxaləmi) vardır.”(Muminun:100)
Başqa bir ayədə deyilir:
-"Allah yolunda öldürülənləri(şəhid olanları) heçdə ölü zənn
etmə.Xeyr,onlar öz Rəbbinin yanında diri olub ruzi(cənnət ruzisi) yeyirlər.”(Ali-İmran:169)
Yenidən oyanış mütləqdir!Axirətə inam heçdə bütün yaxşılıqların
cavabını orada axtarmaq məqsədi daşımır.Bu əxlaqi-mənəvi tərbiyə üçün psixoloji bir
təcrübədir.Əgər bir insan təkcə bu dünyanın maddi istəkləri ilə məhdudlaşıb axirət barədə
düşünməsə,onun pis əxlaqdan çəkinməsi mümkünsüzdür.İnsan əgər edəcəyi pis işin
cəzasını alacağımnı bilirsə o bu işdən çəkinir.Belə bir xüsusiyyət insan fitrətindən doğan təbii
bir istəkdir.Bu mənada məad anlamı və axirət gününə olan etiqadın məntiqi aydın olur və
belə olmasa,məad xurafat mənasında yozula bilər.Deməli,bəşər öz fitrətində olan pak
imana əsasən məad etiqadına inanır.O ,belə bir günün yetişəcəyini:
Haqqın dərgahı önündə hesab verərək-yaxşı əməli müqbilində layiqincə
mükafat,pis əməli müqabilində isə layiqincı cəza alacaq.İslam məad gününü
qiyamət və oyanış günü adlandırmış,onun varlığını şəksiz-şübhəsiz bilmişdir.Qiyamətə
inam islam dininin 3 əsas sütunundan biridir.

Redakte etdi:
PRETTY_GİRL

 


Şərhlər:
Baxılıb: 1599
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz