Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məhəmməd peyğəmbərin bir günü
Məhəmməd peyğəmbərin bir günü
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1385
Səs ver:

 

Həzrəti Peyğəmbərimizin bir gününü necə keçirirdi? Gözəl Peyğəmbərimiz Məhəmməd (s.ə.s) gecənin son üçdə birinə doğru oyanardı. O, günə də sübh namazı ilə başlardı. 

Müəzzin İqaməni oxuyarkən məscidə çıxıb onu gözləyən səhabələri ilə birlikdə sübh namazı qılardı. Sonra isə səhabələri ilə söhbət edərdi. Bu söhbətlər arasında gündəlik məsələlər, tarixi xatirələr, yuxular, imana xidmət mövzuları, suallara cavab vermək, sıxıntısı olanların dərdlərini yüngülləşdirənə qədər bəşəriyyətə faydalı olan bir çox məsələlər ətrafında müzakirələr var idi. 
Uşaqlarla zarafatlaşardı. 
Canlı və coşğulu ibadətdən sonra mübarək bədəni yorulduğu üçün yenidən istirahət edərdi. Həzrəti Məhəmməd günortadan öncə bir müddət dincələrdi. Gecələr ibadət və buna bənzər fəaliyyətlə məşğul olduqda kifayət qədər dincəlmək, işin çoxluğu və stress yaranır. Nəticədə isə diqqət dağılır, bədən yorulur. Ona görə də gecə ilə yanaşı, gündüz də dincəlmək lazımdır. İslami ədəbiyyatda buna "kaylülə" (günortadan qabaq yuxu) deyilir. 
Peyğəbərimiz (s.ə.s) böyük sevgi ilə məscidə tələsən səhabələrinə gün ortasında günorta namazı qıldırardı. Namaza başlamadan öncə sıraların ip kimi düzgün tutulmasını tövsiyə edərdi. Bəzən də səhabələrin çiyinlərinə toxunaraq hərkəsin duruşunu tarazlaşdırardı. 
Təmiz geyinməyə çox ciddi yanaşardı. "Səhab" (bulud) adlı bir sarığı (əmmamə) vardı. Onu Hz. Əliyə (ə.) geyindirdi. O sarığın altında da təkkə geyərdi. Bəzən təkkəni sarğısız geyinər, bəzən də sarığı təkkəsiz geyərdi. 
Ən çox sevdiyi rəng ağ idi. O, buyururdu ki, geyimlərinizin ən xeyirli olanı bəyazdır. Ağ geyinin və ölülərinizi də onunla kəfənləyin. 
İrqçilik edənləri sevməzdi. Mehrabda bardaş qurub günəş doğana qədər səhabələri ilə söhbət edərdi. Bəzən səhabələrindən o gecə gördükləri yuxuları soruşardı. Yuxuların mənasını anladardı. Yuxu görən olmasa idi, öz yuxularını danışardı. Peyğəmbər daha sonra evə gedər, Bissmillahir Rəhmanir Rahim deyib içəri girərdi. Sol tərəfdən başlayıb ayaqqablarıbı çıxarar və evdəkiləri salamlayardı. 
Sonra xanımından evdə yeməyə bir şey olub-olmadığını soruşardı. Yeməyə bir şey olmasa idi, oruc niyyət edərdi. Əllərinə keçəni yoxsullarla paylaşdıqları üçün tez-tez evdə hər şey bitərdi. Evdə həftələrlə yemək bişməzdi. 
Elə gün olur bir qab yemək, elə də olurdu ki, bir neçə xurma ilə günü yola verərdi. Bir şey yeyəndə Bismillahir Rəhmanir Rahim, qurtaranda isə Əlhəmdulillah deməyi heç unutmazdı. Xəstəyə baş çəkməyi sonraya saxlamazdı. 
Evdə olan xanımlarına hər işdə kömək edərdi. Lazım gələndə evi süpürər, heyvanları sağar, geyimlənirini yamayar, öz işini özü edərdi. Hər sabah onların kefini, ehtiyaclarını soruşar, sonra da bunları təmin edərdi. Yolda qarşılaşdığı insanlarla salamlaşar, əl sıxardı. 
Gözəl ətirlər vurardı. "Duha” (gündüzün ilk vaxtı) namazının vaxtını ötürməzdi. "Kaylülə"ni də (günortadan qabaq yuxu) heç unutmazdı. 
Mühüm bəyanatlar verəcəyi vaxt hər kəsi oraya toplayar, qənimət malları paylayar, göndərəcəyi heyətləri, əsgərləri, təyin edəcəyi komandirləri, valiləri, zəkat məmurlarlnl, din müəllimlərini müəyyən edərdi. Xarici heyətləri qəbul edər, onları orada və ya məscidin yanında qurulan çadırlarda yerləşdirərdi. 
Sağ tərəfi üstə yatardı. Yavaşca sağ tərəfinə uzanar, gözəl ətirli ovucunu gül yanağına qoyar və bəzi dualar oxuyardı. Bir evin qapısını ən çox 3 dəfə döyərdi. Yaxşı acmadan heç nə yeməzdi. Süfrədən tam doymadan qalxardı. 
Yemək yeməsi: Var olandan imtina etməzdi. Olmayanı axtarmazdı. Qabağına nə qoysalar yeyərdi. Amma çimçəndiyi bir şey olsa idi, onu yeməzdi. Başqalarına da haram etməzdi. Yeməkdə heç vaxt qüsur axtarmazdı.
Cənazə namazlarına qatılardı. Namazların fərzlərini camaatla qılardı. İnsanlara hədiyyə verər, hədiyyələri də qəbul edərdi. Məhəmməd peyğəmbər (s.ə.s) gecənin üçdə birinə doğru yatardı. 





Şərhlər:
Baxılıb: 1385
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz