Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həzrəti Əli (ə) kəlamları
Həzrəti Əli (ə) kəlamları
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 5729
Səs ver:
1. «Tövhid (əqidəsi) Allahı təsəvvürə gətirməmək (O təsəvvürə sığmaz), ədalət Onu ittiham etməməkdir (Onu ləyaqətsiz işlərdən pak bilmək)».
2. «Əlbəttə, hər bir ne’mətdə Allahın haqqı var (hər ne’mətə görə ona şükür etmək lazımdır). Hər kəs onu (şükrü) yerinə yetirsə, Allah ona olan ne’mətini artırar. Bu məsələdə diqqətsizlik göstərənin ne’məti zavala uğradılar».
3. «Düşmənə qalib gəldiyin vaxt qələbənə şükr olaraq onu bağışla».
4. «Çarəsizin dadına çatmaq, qəmginin qəmini aradan qaldırmaq böyük günahların kəffarələrindən sayılır».
5. «Ey Adəm övladı, Allah sənə ardbaard ne’mətlər verdiyi vaxt Ona qarşı itaətsizlik göstərirsənsə, onun əzabından qorx».
6. «Ən üstün zahidlik onu xalqdan gizləməkdir».
7. «Aqilin dili qəlbinin arxında, axmağın qəlbi dilinin arxasındadır».
8. «Allah üçün səni pərişan edən günah səni lovğalandıran yaxşı işdən üstündür».
9. «Qələbəyə ehtiyat və uzaqgörənliklə çatmaq olar. Ehtiyat düşüncə qüvvəsini işə salmaqla, düşüncə möhkəm sirr saxlamaqla əldə olunur».
10. «Cəzalandırmağa gücü çatan kəsin bağışlaması daha yaxşıdır».
11. «Ağıl kimi var, cəhalət kimi yoxsulluq, ədəb kimi miras, məşvərət kimi arxa yoxdur».
12. «Dünya adamları, yatmış halda aparılan karvan əhlinə bənzəyirlər».
«13. Ağıl artarsa, danışıq qısalar».
14. «İnsan hər nəfəs çəkməklə ölümə doğru bir addım atır».
15. «İki iş arasında necə də böyük fərq var: biri ləzzəti gedib əziyyəti qalan əməl, o biri əziyyəti gedib mükafatı qalan əməl».
16. «Üç məqamda dostunu himayə etməyən kəs dost deyil: Dostu çətinliyə düşdüyü zaman, dostu yanında olmayan zaman, dostunun ölümündən sonra».
17. «Sədəqə verməklə ruzini (ərşdən) aşağı endirin. Verdiyinin əvəzini alacağına əmin olan kəs bağışlamaqda səxavət göstərir».
18. «İnsana ona üz vermiş müsibət qədər səbr verilir. Çətinliyə düşəndə dizinə döyən insan savabı əldən verir».
19. «Kişi dilinin altında gizlənmişdir».
20.«Günahın tərki tövbədən daha asandır».
21.«Dünyanın acılığı axirətin şirinliyi, dünyanın şirinliyi axirətin acılığıdır».
22. «Öyüd-nəsihət necə də çox, ibrət götürən isə necə də azdır».
23. «Miskin və ehtiyaclı şəxs Allahın elçisidir. Onu rədd edən Allahı rədd etmişdir. Ona bir şey bağışlayan Allaha bağışlamışdır».
24. «Xalqın əlində olana e’tinasızlıq ən böyük var dövlətdir».
25. «Ən böyük günah odur ki, insan onu kiçik saysın».
26. «Batinini islah edən şəxsin zahirini Allah islah edər. Axirət üçün iş görənin dünyasını Allah tə’min edər».
27. «Ləzzətlərin ötüb keçəcəyini, onların cəzasının isə qalacağını yadda saxlayın».
28. «Kiçik müsibəti böyük sayan şəxsi Allah böyük müsibətə düçar edər».
29. «Nadan yalnız ifrata və təfritə varanda gözə çarpar».
30. «Ən böyük dərd dünyaya heyranlıqdır».
31. «Uzun-uzadı arzu ölümü yaxınlaşdırar və insanı öz məqsədindən uzaq salar».
32. «Allahın əzabından qorxmaq pərhizkarların sifətidir».
33. «Mö’min günahlarından qorxur, bəlalardan ehtiyat edir, Allahın mərhəmətinə ümidvar olur».
34. «Zahidlik arzuları məhdudlaşdırmaq, əməlləri xalis etməkdir».
Redakte etdi:PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 5729
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz