Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nümunəvi Müsəlman Ərin əlamətləri
Nümunəvi Müsəlman Ərin əlamətləri
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1439
Səs ver:
Bu məqalədə nümunəvi ərin əlamətlərini qeyd edəcəyik ki, müsəlman qadınlar ər seçimində çətinliyə düşməsinlər. Əsas vacib keyfiyyətlər aşağıdakılardır:
1) Dini öhdəlik. Bu kişidə olan ən vacib məsələdir. Gələcək ər mütləq müsəlman olmalıdır. Qızın vəlisi onun haqqında ətraflı öyrənməlidir, onun ətrafındakılardan onun barəsində soruşmalı, onun islama bağlılığını, sədaqətliliyini öyrənməlidir və ancaq xarici görünüşü ilə kifayətlənməməlidir. Onun xarakterini öyrənməlidi. Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Əgər din və xarakter cəhətdən sizi qane edən bir kəs (qızınıza və ya himayənizdə olan qıza) evlənmək təklifi verərsə, onda (qızınızı və ya himayənizdə olan qızı) onunla evləndirin, əgər bunu etməsəniz, yerdə çoxlu azğınlıq və fitnə olacaqdır" (Əl-Əlbani, Səhihi sünəni əl-Tirmizi).
2) Məsləhətli odur ki, kişi yaxşı, dindar ailədən və tanınmış nəsildən olsun. Əgər iki kişi bir qıza evlənmək təklifi verərsə və əgər onların hər ikisi də dini cəhətdən eynidirsə, onda üstünlük dindar ailədən olan kəsə verilməlidir. Allah Təalə buyurur: "Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi". (Əl-Kəhf, 82).
Görürsünüzmü onların atasının təqvasına görə Allah Təalə onun ölümündən sonra onun xəzinəsini uşaqları üçün qorumuşdur. Bu həmçinin ərin ailəsinə də aiddir. Əgər kişi yaxşı, dindar ailədən gəlibsə, onda Allah onun üçün işləri asanlaşdırar.
3) Əgər onun özünü və ailəsini saxlamaq üçün kifayət qədər varı varsa, bu yaxşıdır. Fatimə bint Qays bir dəfə Peyğəmbərin (s.ə.s) yanına məsləhət üçün gəlmişdir, çünki ona 3 kişi evlənmək təklifi vermişdir. Peyğəmbər (s.ə.s) dedi: "Müaviyəyə gəlincə, o kasıb insandı və (ailəni saxlamağa) pulu yoxdu...." (Səhih Müslim). Kişinin biznesmen və ya varlı olması vacib deyildir, bu kifayətdir ki, onun özünü və ailəsini saxlaması üçün gəliri olsun. Əgər dindar insanla varlı insan arasında seçim etmək lazım gəldikdə, onda dindar kişini varlı kişidən üstün tutmaq lazımdır.
4) O, qadınlara qarşı mehriban və mülayim olmalıdır, çünki Peyğəmbər (s.ə.s) Fatimə bint Qaysa demişdir: "Əbu Cəhəmə gəlincə, onun çubuğu heç vaxt çiynindən düşmür" (Səhih Müslim). Peyğəmbər (s.ə.s) burda nəzərdə tuturdu ki, Əbu Cəhəm qadınları çox döyərdi.
5) Əgər onun Quran və sünnədən elmi varsa, bu çox yaxşıdır. Əgər sən belə insan tapsan çox gözəldi, əks təqdirdə sən anlamalısan ki, bu nadir tapıntıdır.
6) Onun qüvvətli olması, bədəncə sağlam olması, xəstəliyi olmaması, bacarıqsız, sonsuz olmaması yaxşıdır.
7) Qızın ona evlənmək təklifi vermiş kişiyə baxması icazəlidir. Bu, onun məhrəminin iştirakı ilə olmalıdır və təklikdə bir-birinə baxa bilməzlər və ya onlar bir yerdə çölə çıxa bilməzlər, icazəli deyildir.
8) Bundan öncə və bütün bu amillər ərzində sən Allaha tərəf dönməlisən və Ona dua etməlisən ki, bunu sənin üçün asan etsin və sənə yaxşı ər seçmək üçün kömək olsun. Bu cəhdlərdən sonra, gələcək mümkün həyat yoldaşını seçəndən sonra sən istixarə namazı qılmalısan. 
Allaha bütün müsəlman qadınlara mömin ər və yaxşı nəsil bəxş etməsini dua edirik. O hər şeyə Qadirdir.




Şərhlər:
Baxılıb: 1439
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz