Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ALLAH sözü möcüzədir
ALLAH sözü möcüzədir
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 5410
Səs ver:

ALLAH sözü möcüzədir

İordaniyanın Yərmuk Universitetinin ispaniyalı tələbəsi apardığı araşdırma nəticəsində belə qənaətə gəlib.
Sözügedən universitetin Ərəb dili və Ədəbiyyatı fakültəsinin ispaniyalı tələbəsi Elen “ALLAH” sözünü fonetik təhlil etdiyi zaman maraqlı faktla qarşılaşıb. Apardığı təhlildən sonra o, “ALLAH” sözünün bir möcüzə olduğunu bildirib.
“Ərəb dilində oxuduğum ən gözəl söz “ALLAH” kəlməsidir. Onun adının tələffüzündə belə, gözəl musiqi vardır. Çünki, Onun adının hərflərinin düzülüşü digər bütün adlardan fərqlidir. “ALLAH” sözünün tələffüzü dodaqlardan deyil, daxildən gəlir və bütün bədəni titrədir” – deyə Elen bildirib.
Elen “ALLAH” sözünün möcüzə olmasını isə belə izah edir:
“Əgər “ALLAH” kəlməsindən ilk hərf olan “əlif” hərfini çıxsaq, bu zaman söz “Lilləhi” kimi oxunar. Bu isə Quranın aşağıdakı ayəsində belə qeyd edilib: “və lilləhil-əsməul-husnə fəduhu bihə” - “Ən gözəl adlar (Əsma əl-hüsna) ALLAHındır. Onu bu adlarla çağırıb dua edin” (əl-Əraf, 180). Əgər sözdəki birinci və ikinci hərfləri, yəni “əlif” və birinci “ləm” hərflərini ixtisar etsək, bu zaman o, “ləhu” kimi oxunacaqdır. Quranın aşağıdakı ayəsində də “ləhu” sözü ilə ALLAH nəzərdə tutulub: “Ləhu mə fis-səməvati vəl-ərd” – “Göylərdə və yerdə nə varsa, (hamısı) ALLAHa məxsusdur” (ən-Nisa, 132). “Əlif” və hər iki “ləm” hərflərini sözdən çıxartsaq, yerdə zəmməli (Ərəb ədəbi dilində qısa “u” saitini bildirir) “hu” hecası qalır. Buna isə “Huvəlləzi lə iləhə illə hu” – “O, Özündən başqa heç bir tanrı olmayan…ALLAHdır” (əl-Həşr, 22) ayəsini misal göstərmək olar. Sözdəki ilk “ləm” hərfi çıxarıldığı təqdirdə kəlmə “İlah” kimi oxunacaqdır. “ALLAHu lə iləhə illə hu” - “ALLAH başqa heç bir tanrı yoxdur” (əl-Bəqərə, 255). Bu ayədə “İlah” kəlməsi ilə ALLAHın nəzərdə tutulduğu şübhəsizdir. Bu, Yaradanın adında belə, Onun ucalığının dəlillərindəndir” – deyə Elen bildirib.

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 5410
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz