Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamda Qadına baxış
İslamda Qadına baxış
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3345
Səs ver:
İslamda Qadına baxış
 Qadına şiddət hadisələri son günlərdə ölkəmizdə artmış vəziyyətdədir.Elə bir gün keçmir ki bir qadın şiddətə məruz qalmasın ya da canından olmasın.
Ancaq bu hadisələr dindən qaynaqlanır tənqidini etmək İslama haqsız bir tənqid gətirmək deməkdir.
Bilinməlidir ki bir fitrət dini olan İslam, şərəfli bir məxluq olduğu üçün insanın dilinə, dininə, milliyyətinə, irqinə, cinsiyyətinə, ictimai statusuna və rənginə baxmadan Allahın yaratdığı qul qəbul edər və ədalət tərəzisi qarşısında da hər kəsi bərabər qəbul etməkdədir.
Əgər insanı bir alma qəbul edəcək olsaq, bu almanın bir parçası olan qadın da eyni şəkildə kişi kimi İslam dini nəzərində qiymətli bir varlıqdır.
İslam dini, qadını tək bir varlıq hesab etməmiş qadına da kişilər kimi dəyər verərək cəmiyyətdəki dəyərini artırmışdır. Belə ki İslam inancında: "Cənnət anaların ayaqları altındadır." İslam dini bu anlayışı ilə bəşərin dünyaya gəlmə vəsiləsi olan qadınları ucaltmaqdadır.
İslam dininin təklif etdiyi həyat anlayışında həmsöhbət olaraq insan vardır. Onun üçün İslam dinində qadın kişi ayrı-seçkiliyi söz mövzusu deyil. İslam inancında qadın yaradılış etibarı ilə kişiyə görə ikinci dərəcədə bir dəyərə sahib deyil. Üstünlük cinsiyyətdə deyil təqvadadır.
Belə ki uca kitabımız Qurani Kərimdə fərqli fizioloji və psixoloji quruluşa sahib olan qadın və kişi bir-birinin tamamlayıcısı olaraq qəbul edilmişdir. Necə ki Quranı buyruq bu barədə bu tərcümədədir:" Onlar sizin üçün bir paltar sizdə onlar üçün bir paltarsınız."
Yəni qadın və kişi belə demək olarsa bir almanın iki yarısı kimi qəbul edilmişdir. Biri olmadan digəri də olmaz.
İslamda Qadına baxış
İslam dininin qadına dünyagörüşünü daha yaxşı anlaya bilmək üçün müxtəlif cəmiyyət və mədəniyyətlərdəki qadının vəziyyətinə bir nəzər salmamız da fayda vardır 

Bu cəmiyyətlər və mədəniyyətlər dərs edildiyində İslamın universal planda qadına qazandırdığı status və dəyər şübhəsiz daha yaxşı aydın olacaq.
Məsələn: Köhnə Hind inancında qadın, yaradılış olaraq zəif xarakterli pis əxlaqlı və murdar bir varlıqdır.
Budizmin qurucusu başlanğıcda qadınları öz dininə qəbul etməmişdir.
Çinlilərdə Qadın insan sayılmadığı üçün ona ad belə verilməzdi.
Cahilliyə Ərəbləri qız uşaqlarının gələcəkdə özlərinə utanc və ar gətirəcək bir vəziyyətə düşməsindən yəni bir qız uşağının doğumunu utanc verici bir hadisə sayardılar. Bunu önləmək üçün də qız uşağı diri diri torpağa basdırardılar.
Universal din İslam: "Uşaqlarınıza haqsız yerə qıymayın" ayəsi ilə bu vicdansızlığa, son vermişdir.

Günümüz həyat dünyasında bu normal qarşılana bilər. Çox normaldır bir dinin etməsi lazım olan deyilə bilər. Bunu indiki vaxtda söyləmək asandır: Amma 14 Əsr əvvəl bunu görmək, qadağan etmək, qız uşağa həyat haqqı vermək böyük bir hadisədir.
İslamda qadının fizioloji baxımdan kişiyə görə zəif olduğu gerçəyi qəbul edilməklə birlikdə "kişilər qadınlar üzərində qoruyucudur. "(Nisa34) qanunu mənimsənmişdir.
Bu qoruma, qadın üçün bir xor görülmə səbəbi sayılmayıb əksinə bu vəsilə ilə kişiyə, qadını himayə etmə, sevgi və şəfqət göstərmə, ehtiyaclarını qarşılama kimi vəzifələr yükləmişdir.
Bütün bunların kənarında başda da ifadə etdiyimiz kimi İslam qadına ana olması hesabıyla heç bir mədəniyyətdə bənzəri görülməyən bir ucalıq və dəyər vermişdir.
Bu gün İslam cəmiyyətində qadınlara qarşı şiddət, güc tətbiq etmə, haqq yemə, ikinci planda buraxma… kimi davranış və düşüncələr varsa İslamın deyil Müsəlmanların səhvi və əskikliyidir.
Redaktə etdi:PURE LOVE


Şərhlər:
Baxılıb: 3345
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz