loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İbadət
İbadət
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1704
Səs ver:

İBADƏT NƏDİR?
İbadət Allaha təzim etmək,sayğı göstərmək və onun bizə verdiyi saysız-hesabsız nemətlərə qarşı minnətdarlıq borcunu yerinə yetirməkdir.
NƏ ÜÇÜN İBADƏT EDİRİK?
Bizi yoxdan var edən və yaşadan Allahdır.Böyük Allah vücudumuzu görən gözlər,eşidən qulaqlar vədanışan dil kimi mükəmməl orqanlarla təmin etdi.Digər canlilardan fərqli olaraq bizə ağıl verdi və varliqlar arasinda bizi seçkin bir vəziyyətə gətirdi.Bundan başqa yaşaya bilməyimiz üçün tənəffus etdiyimiz havadan içdiyimiz suya qədər bizə saysiz-hesabsiz nemətlər verdi.
Ayrica bizi tək qoymadi,Peyğəmbərlər və kitablar göndərərək dunyada və axirətdə xoşbəxt olmağın yollarını göstərdi.Bütün bu yaxşılıqların əvəzində,Allah bizdən onu tanımağımızı və Ona ibadət etməyimizi istəyir.
Yaradılışımızın qayəsi Allahı tanımaq və Ona ibadət etməkdir.İbadət vəzifələrini yerinə yetirdiyimiz təqdirdə həm Allahın verdiyi nemətlərin əvəzinə minnətdarliq borcunu yerinə yetirmiş oluruq,həm dəOnun məhəbbətini qazanırıq.Əgər biz Allaha qarşı olan ibadətlərimizi yerinə yetirib Onun məhəbbətini qazansaq,o vaxt Allah bizə dünyadakı nemətlərdən daha çoxunu axirətdə verəcək və bizi cənnətdə sonsuz xoşbəxtliyə çatdıracaqdir.
İBADƏTİN NÖVLƏRİ
İbadətin üç növü vardır:
1-Bədənlə icra edilən ibadətlər:Namaz qılmaq, oruc tutmaq kimi.
Bədənlə icra edilən ibadətləri hər bir müsəlmanın özünün yerinə yetirməsi lazimdir.Başqalarının vəkil olunması düzgün deyildir.Heç kim bir başqasinin yerinə namaz qıla, oruc tuta bilməz.
2-Malla icra edilən ibadətlər:Zəkat vermək və qurban kəsmək kimi.
Bir şəxs malla icra edilən ibadətlərdə başqasını vəkil edə bilər
3-Həm mal,həm də bədənlə icra edilən ibadətlər:Həccə getmək belə bir ibadətdir.
Pulu olan, ancaq Həccə gedə bilməyən, daha doğrusu şikəst, xəstə və yaşlı şəxslər öz yerlərinə başqasini vəkili kimi Həccə göndərə bilər

İBADƏTLƏRİN MƏQSƏDLƏRİ
İbadət üç məqsədlə yerinə yetirilir:
1) Allaha;İbadət və sayğıya layiq olan yeganə varliq olduğu üçün ibadət etmək.
Qarşılığında heç bir şey gözləmədən yalnız Allahın əmrini yerinə yetirmək məqsədilə edilən belə bir ibadət; ibadətin ən yüksək dərəcəsidir.
2) Cənnətə girməyi ummaq və ya cəhənnəmdən qorxaraq ibadət etmək.
Belə fikirlə ibadət edən şəxs Allahın əmrini yerinə yetirmiş olur.Ancaq insan ibadəti belə bir mənfəət fikriylə deyil, yalnız Allah üçün eləməlidir
3) Dünyada bir mənfəət əldə etmək üçün, başqalarına göstərmək məqsədilə ibadət etmək
İbadətlərin ən aşağı dərəcəsi budur.Buna ibadət demək belə düzgün deyildir.Çünki Allah üçün edilməyən ibadətin heç bir dəyəri yoxdur.

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 1704
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz