Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dini Kəlamlar və onların mənası
Dini Kəlamlar və onların mənası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3512
Səs ver:

Dini Kəlamlar və onların mənası

 Allah

Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi Varlıq. Bütün müsəlmanlara ərəb dilindən gəlib. Sözün özü "İlah«dır. İlah sözü nəzərdə tutduğumuz Allah — Yaradan, Yaşadan, Yardım edən, Ən Uca, Ən Böyük və s. kimi ən ülvi mənaları özündə əks etdirir. Hazırda işlətdiyimiz ALLAH sözünün kökündə məhz „İLAH“ sözü dayanıb. Sadəcə, ərəb dilində bu kəlmənin əvvəlinə „AL“(»əl") müəyyənlik artikli qoşulub və artıq müəyyən "İLAH" mənası verən, daha dəqiq, daha konkret olan «AL-İLAH» sözü ərsəyə gəlib. Lakin ərəb dilinin qrammatikasının inkişafı tarixində «AL» müəyyənlik artiklindən sonrakı "İ" saitinin öz mahiyyətini itirməsi nəticəsində «AL-İLAH» ifadəsi «ALLAH» kimi oxunmağa və səslənməyə başlayıb.

Bismillah
«Allahın adı ilə», yaxud «Başlayıram Allahın adı ilə» deməkdir. Sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) öyrətdiyi kimi, müsəlman hər bir işini «bismillah» sözü ilə başlamalıdır. Yola çıxdıqda, evə daxil olduqda, yeməyə-içməyə başladıqda, kitab oxuduqda, yatağa uzandıqda, hətta cinsi əlaqəyə girdikdə belə əvvəlcə «bismillah» demək — bütün işlərdə Allaha sığınmaq, Onu özünə arxa, yardımçı, dayaq bilməkdir.
Qeyd edək ki, «Tövbə» surəsindən başqa, Quranın bütün surələri «bismillah» ilə başlayır və Quranda «bismillah» 114 dəfə təkrarlanır.
Bizim bu «KARVAN» dərgimizi köşkdən alarkən və oxumağa başlayarkən «bismillah» deməyi unutmayın.

Əlhəmdu Lillah
«Bütün təriflər Allaha məxsusdur» deməkdir. "Əlhəmdu lillahi Rəbbil aləmin!" Yəni həmd, təriflər aləmlərin Rəbbi olan Allaha məxsusdur! Yemək yeyib, yaxud su içib bitirdikdə, səfərdən evə döndükdə və ya hər hansı başqa bir işi sona yetirdikdə və ya sizdən əhval-ruhiyyənizi soruşanda müsəlman olan şəxs bu imkanları ona bəxş edən Allahını yad edib "əlhəmdu lillah" deməlidir. "Əlhəmdu lillah" deməklə insan hər bir nemətə, hər bir gözəlliyə görə Yaradan Allahı xatırlayır, ona şükür edib, öz sonsuz minnətdarlığını bildirir. Bu isə onu naşükürlük sindromundan, laqeydlikdən, təkəbbürlükdən qurtarır və ilahi sevgiyə yol açır. 
Hə, oxuyub qurtardınızsa, "əlhəmdu lillah" deyin və keçin növbəti terminin izahına.

Allaha təvəkkül
Bu söz işləri hər şeyə qadir olan Allaha tapşırmaq, Ona həvalə etmək mənasındadır. İnsan bir işi öz imkanları çərçivəsində yerinə yetirməkdə çətinlik çəkdiyi zaman, «Allaha təvəkkül» deyib, həmin işi Allaha həvalə edir. Allah-Təala Quranda «Talaq» surəsinin 3-cü ayəsində belə buyurur: «Kim Allaha təvəkkül edərsə, (Allah) ona kifayət edər». Quranda iman sahiblərinin sifətləri kimi bir çox keyfiyyətlər açıqlanır. Ayələrin birində səbirlə iman da bu sırada yer alır: «Həmən o kəslər ki səbr etdilər və həmişə öz Rəbblərinə təvəkkül etdilər» («Nəhl» surəsi, 42-ci ayə). Başqa bir ayədə oxuyuruq: «Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər» («Maidə» surəsi, 11-ci ayə). İnsan nə qədər güclü olsa, nə qədər geniş imkanlara, iqtidara malik olsa belə, öz təbiətinə görə yenə də bir çox işlərin qarşısında acizdir. İnsanın vəzifəsi müsbət istiqamətdə öz imkanlarını toparlayıb iş görməkdir. Lakin elə olur ki, gözlənilən nəticə hasil olmur. Bu zaman Allaha imanı olan kəs əsla ruhdan düşməməli, Ona sığınmalı və işin müsbət nəticə verməsini Allaha həvalə etməlidir. Sadəcə, sözlə deyil, səmimi-qəlbdən «Allaha təvəkkül!» deyib, Allahdan yardım diləməlidir. Allah isə Ona həvalə edilən işi insanın xeyiri istiqamətində mütləq yerinə yetirər.

Amin
«Mən də bu istəyə qoşuluram», «elə olsun», «duamızı qəbul et» mənalarını ifadə edir. Xüsusilə birisi bir şey dilədikdə, dua etdikdə onu dinləyən həmin deyilənlərlə bölüşdüyü zaman «amin» deyir. Bu söz dinlər tarixinə çox qədim zamanlardan tanışdır. İbrani (ivrit) dilində «amen» sözü yuxarıdakı mənalarda hələ Musa Peyğəmbərin ümməti zamanında işlədilmişdir. «Amen»in mənası kəskinliklə, qəti olaraqdır. Daha sonralar arami dilində və süryani dillərində «amin» kimi, adətən, dua mərasimləri bitdikdə işlədilirdi. Ərəb dilində əmin-amanlıq, imanetmə, əminlik anlamlarını da ifadə edən «amin» digər səmavi dinlərdəki kimi dualardan sonra işlədilir. Əlbəttə, Quranda bu sözə rast gəlinmir. Amma hədislərdə belə bir ənənənin də müsəlmanlar arasında olduğunu görürük. Hədislərdə o da bildirilir ki, insan bir şeyi sidq-ürəkdən dilədikdə mələklər də «amin» deyər. Ona görə də hər kəs dilədiyi şeyə diqqətlə yanaşmalıdır. Adətən, xoş məramlı edilən dualarla yanaşı, bəzən insanlar fərqinə varmadan öz əzizlərinə qarğış edirlər. Bu zaman mələklər də «amin» desə və dua qəbul olunsa, görün, necə böyük faciələr baş verər. Allah bütün xoş dualarımızı qəbul etsin. 

“Amin” demək sünnətdir. Bu o deməkdir ki, Muhəmməd peyğəmbər (s. a. v.) özü də belə edib və müsəlmanlara bunu məsləhət görüb. Bu məsələ ilə əlaqədar hədislər aşağıdakı kimidir:

Əbu Hüreyrə nəql edir: Rəsulullah (s. a. v.) belə dedi:

1) “Pişnamaz: “Amin”, – deyən kimi siz də: “Amin”, – deyin. Çünki kimin “amin”i mələklərin “amin”i ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanır”.

İbn Şihab nəql edir ki peyğəmbər əleyhissalam: “amin” deyirdi.

Buxarinin külliyatında belə bir hədis də var:

2)“Qari (oxuyan): “amin”, – dedikdə siz də deyin. Çünki mələklər də: “amin”, – deyirlər. Kimin “amin”i mələklərin “amin”i ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanır”.

  1. Buxari, Əzan, 112; Müslim, Səlat, 72 (410); Muvatta, Səlat, 44 (1, 87); Əbu Davud, Səlat, 172; Tirmizi, Səlat, 185; Nəsai, İftitah, 34-35; İbn Macə,İqamət, 14. 
  2. Buxari, Dəavat, 63
Şükür Allaha
İnsanın əldə etdiyi nailiyyətlər, üzləşdiyi xoş hadisələr, eşitdiyi yaxşı xəbərlər, ona verilən ucsuz-bucaqsız, sadalamaqla bitməyən nemətlər qarşısında bütün bu gözəllikləri bəxş edən Allaha minnətdarlıq mənasında işlətdiyi ifadədir.
Allaha şükür — insanın səmimi-qəlbdən bildirdiyi təşəkkürüdür. İnsan digərinə bir yaxşılıq etdikdə, yaxud bir şey verdikdə və s. qarşı tərəf ona öz təşəkkürünü bildirir. Əks halda nankorluq etmiş olar: «(Allah buyurdu): Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!» («İbrahim» surəsi, 7-ci ayə). Həyatımızda əldə etdiyimiz hər bir şey, hətta bizə bağışlanan hədiyyələr də elə Allah tərəfindən olan bir paydır. Buna görə isə həmin yaxşılığa nankor olmamaq, «şükür Allaha» demək lazımdır. Bu, bəndənin bir sədaqət rəmzidir: «Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir…» («Nisa» surəsi, 147-ci ayə).   
Redakte etdi: PRETTY GİRL


Şərhlər:
Baxılıb: 3512
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz