Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamıdan gözəl mənəm
Hamıdan gözəl mənəm
Göndərən: QaDiNLaR BiZ
Şərhlər:
Baxılıb: 2353
Səs ver:

Hamıdan gözəl mənəm

Insan fitri olaraq bəzək əşyalarını və bəzənməyi çox sevir. Gənclik illərində bu hiss daha qabarıq formada özünü göstərir. İslam da bu hissə digər fitri şeylərdə olduğu kimi heç bir zaman qarşı çıxmayıb, əksinə insanları ona təşviq belə edib. Lakin, İslam dini insanın bu ehtiyacını müəyyən bir çərçivədə həyata keçirməsini məsləhət görür.İnsan fitri olaraq bəzək əşyalarını və bəzənməyi çox sevir. Gənclik illərində bu hiss daha qabarıq formada özünü göstərir. İslam da bu hissə digər fitri şeylərdə olduğu kimi heç bir zaman qarşı çıxmayıb, əksinə insanları ona təşviq belə edib. Lakin, İslam dini insanın bu ehtiyacını müəyyən bir çərçivədə həyata keçirməsini məsləhət görür. Belə ki, Ə'raf surəsinin 31 və 32-ci ayələrində belə buyrulur: "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" "(Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyada iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur". Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik". Göründüyü kimi, Quranın tövsiyyəsi bu gün bəzi müsəlmanların düşündüyünün tam əksinədir. Bir çoxlarımız müsəlmanlardan kiminsə geyiminə əhəmiyyət vermədiyini gördüyümüzdə onun daha çox təqvalı, zahid olduğunu zənn edirik. Halbuki, bu belə deyil. İman göstərcilərindən biri və birincisi təmizliyə, səliqə-sahmana fikir verməkdir. Xüsusilə, cəmiyyətdə və möminlər arasında bu çox vacib amildir. Bəli, hər bir mömin və möminə hərəkətləri, davranışları, səliqə-səhmanı ilə insanları İslama dəvət etməlidir. Amma, bir şeyi də unutmayaq ki, əsl təqva dünya malına, zinətlərə düşkün olmamaqdır. Yəni bu cür şeylər onu şəri vəzifələrini yerinə yetirməkdən saxlamamalıdır. Hədislərdən də göründüyü kimi Peyğəmbərimiz (s) və onun pak Əhli-Beyti (ə) də təmizliyə nə qədər yüksək əhəmiyyət verir. Ələlxüsus cəmiyyətin ən gözəl nümunələri olaraq əvvəl özləri bunu tətbiq etmişlər. Bəli, göründüyü kimi İslam bəzənmə və gözəlliyə fövqəladə əhəmiyyət verməkdədir. Lakin, bütün bunlara müəyyən sərhədlər qoyub ki, onları da aşağıda qısaca sadalamağa çalışdıq: I Əvvəla bütün bunlar halal olan şeylər daxilində olmalı və haramlardan qaçılmalıdır. Məsələn, nəcis şeylərlə bəzənmək haramdır. Kişilərin qızıl istifadə etməsi haramdır. Qadınların naməhrəmlərə göstərmək üçün bəzənmələri haramdır. II Bəzənmək sevgisi, bəzəkpərəstlik, lüks zinət və geyimlərlə olmamalıdır. Çünki, bu cür şeylər insanın mənəviyyatını öldürər və fikrinin davamlı olaraq maddiyyatda qalmasına səbəb olar. III Bəzənmək sevgisi modaya çevrilməməlidir. Çünki, o zaman insan simasını itirib, şəxsiyyətsiz vəziyyətə düşər. Həmişə onun bunun ardınca süründürülərək ömrünü heç edər. IV Bəzənmək və gözəllik sevgisi çirkin rəqabətə çevrilməməlidir. Çünki, insanlar arasında səmimiyyət və sevgini məhv edib, yerinə lovğalıq, ikiüzlülük kimi pis sifətləri gətirər. V Bəzənmək və gözəllik ehtirası qürur və nümayiş həddinə çatdırmamalıdır. Yoxsa, fəsad və nifaq doğurar; səmimiyyəti pozar; insanları bir-birindən, həmçinin Allahdan uzaqlaşdırar. Allah Rəsulu (s) buyurub: "Allah gözəldir, gözəlliyi sevər. Allah öz nemətini qulunda görməyi sevər; pislik və pisliyi sevməz". İmam Sadiq (ə) buyurub: "Heç şübhəsiz, Allah bəzənməyi və gözəlliyi sevər, pislik və çirkinliyi sevməz. Bəli, Allah bir quluna bir nemət verdiyi zaman onun əsərini onda görmək istər". İmam Sadiq (ə) buyurub: "Bir gün Peyğəmbər saçı-başı dağınıq, paltarı çirkli, əlləri çirkli bir adamı gördüyündə belə buyurdu: "Allahın nemətlərindən faydalanıb vəziyyətinizi gözəlləşdirmək və neməti aşkar etmək də dinin bir parçasıdır". İmam Sadiq (ə) buyurub: "Gözəl geyin və bəzən; çünki Allah gözəldir və gözəlliyi sevər, lakin bunların halalından olmasına diqqət yetir". Rəsul-i Əkrəm (s) buyurub: "Allah-Təala sevər ki qulu, mömin qardaşlarının yanına çıxdığında onlar üçün hazırlansın və bəzənsin". Rəsuli Əkrəm (s) buyurub: "Ayna olmadığı zaman belə saçınızı suya baxaraq düzəldin." Rəsuli Əkrəm çölə çıxdığında belə aynaya və ya suya baxaraq üst-başını düzəldər ondan sonra belə deyərdi: "Cənnətə ancaq təmiz olan girər". İmam Həsən (ə) namaza durduğu zaman ən yaxşı paltarlarını geyərdi. "Niyə ən yaxşı paltarı geyirsən?" deyə soruşulduqda belə buyurardı: "Allah gözəldir və gözəlliyi sevər, mən Rəbbim üçün bəzənirəm, çünki o belə buyurmuşdur: "Məscidə bəzənərək gedin". Rəsuli Əkrəm (s) buyurub: "Saçınızı, saqqalınızı boyayın, çünki bu gəncliyinizi və gözəlliyinizi artırar". Burada yeri gəlmişkən hədislərdə bəhs edilən başqa bir gözəllik və bəzəkdən də bir az qeyd etmək istəyirəm. O da mənəvi gözəlliklər və bəzəklərdir. Çünki, ola bilər hər-hansı bir insan zahirən çox gözəl olsun, amma daxili çox çirkin. Əksinə zahiri elə də gözəl olmayıb, daxilən çox zəngin bir insan ola bilər. Odur ki, çalışmaq lazımdır ki, insanları zahiri görkəminə görə deyil, daxili zənginliyinə görə qiymətləndirəsən. Çünki, zahiri gözəllik bir yol qəzası yaxud da yanğın zamanı məhv ola bilər, amma daxili gözəllik hər zaman insanın özündə olur. Hucurat surəsi 7-ci ayədə Rəsulullahın zamanındakı müsəlmanlar haqqında belə buyrulur: "Ancaq Allah imanı sizə sevdirdi və onu ürəklərinizdə bəzəyib cazibədar etdi". Ayədən də görüldüyü kimi, Allah-Təala həqiqi möminlər üçün imanı bir bəzək - zinət qərar vermişdir. İmamlarımızdan biri belə buyurur: Aynanın qarşısına keçdiyin zaman belə dua et: "Allahım yaradılışımı gözəl etdiyin kimi əxlaqımı da gözəlləşdir". Hz. Əli (ə) buyurub: "Ən gözəl bəzək səni insanlarla sevdirən, onların arasında gözəl göstərən, dillərini səndən qoruyan xasiyyətlərindir". Rəsuli-Əkrəm (s) buyurub: "Adamın ən gözəl bəzəyi imanla birlikdə olan bir dinclik və sükunətdir". Hz. Əli (ə) buyurub: "Kasıblığın bəzəyi iffətli olmaq, zənginliyin bəzəyi şükr etmək, bəlanın bəzəyi səbrdir; nəsil-nəcabətli olmanın bəzəyi təvazökar olmaqdır; ağlın bəzəyi ədəbli olmaq, yaxşılıq və xidmətin bəzəyi minnət etməməkdir".

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 2353
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz