Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dinimizdə zina haqqında.
Dinimizdə zina haqqında.
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 13573
Səs ver:

 

Zina

Sual: Üzümdəki sızanaqlarımın keçməsi üçün evlənməmi  söylədilər. Hətta, (Evlənmədən əvvəl mütləq geneleve getmək lazımdır) deyirlər.  Subaya da zina haram deyilmi?

CAVAB

Bunları din cahilləri söyləyər. Zina subay evli hər kəs üçün çox böyük günahdır. Bir neçə ayəsi kərimə tərcüməsi:

(Zinaya yaxınlaşmayın! O; həyasızlıq, çirkin, aşağı bir iş, pis bir yoldur.) [İsra 32] 

(Möminlərə söylə, harama baxmasınlar və övrət yerlərini haramdan qorusunlar!) [Nur 31, 32]

(Möminlər, namazlarını huşu içində edər, boş, lazımsız şeylərdən üz çevirər, zəkatlarını verər, iffətlərini qoruyar, əmanət və əhdlərinə riayət edərlər.) [Mu'minun 1-8] 

(Fahişəliyin açığına da, gizlisinə də yaxınlaşmayın!) [Ən'am 151]

Buradakı yaxınlaşmayın demək, zinaya aparacaq səbəblərdən, hərəkət və işlərdən çəkinin, xarici qadınları düşünməyin, onlarla danışmayın, onların səslərini dinləməyin, onlara baxmayın, onlarla qucaqlaşmayın deməkdir. 

Hədisi şəriflərdə də buyuruldu ki: 

(Allah indində zinadan böyük günah yoxdur.) [R. Nasıhin]

(Sizin üçün ən çox qorxduğum şey zinadır.) [Taberani]

(Zina etməyin, qadınlarınızın cazibəsi [gözəlliyi, cazibədarlığı, al mənisi] və sevgisi gedər, soyuqluq başlar.) [İ. Neccar] 

(Yuxumda, tualetdəki necaset kimi murdar iy verən kəslər gördüm. Sonradan bunların zina edənlər olduğunu öyrəndim.) [i. Hibban]

(Zina kasıblığa gətirib çıxarar.) [Beyheki]

(Gəncliyini zinadan qoruyan [mömin] Cənnətə girər.) [Beyheki]

(Bir qadın, beş vaxt namazını edər, namusunu qoruyar, əri ilə yaxşı dolansa, dilədiyi qapıdan Cənnətə girər.) [İbni Hibban]

(Bir yerdə, zina və riba çoxalsa, o yerin xalqı, bəlaya məruz qalar.) [Hakim]

(Zina kasıblıq gətirər.) [Buxari]

(Zinaya davam edən, bütpərəst kimidir.) [Haraiti]

(Zina edənin üzü Cəhənnəmdə odla yanar.) [Taberani]

(Yeddi qat göy və yer, zina edən qocalara davamlı lənət edər.) [Bezzar]

(Zina edənlərin övrətlərinin qoxusu, bütün Cəhənnəm xalqına əzab verər.) [Bezzar] 

(Pis qadınlar, çoxalıb, zina cəmiyyət içində yayılsa, xalq, daha əvvəl görülməmiş yoluxucu xəstəliklərə məruz qalar) [Beyheki] 

(Bir facire [pis] qadının fücuru [pisliyi] min kişinin fücuru kimi və bir yaxşı qadının yaxşılığı, yetmiş sıddıkın yaxşılığı kimidir.) [Əbu Nuaym]

(Namusunuzu qoruyun, zina etməyin! Namusunu qoruyana Cənnət vardır.) [Hakim]

(Pislikdən qorunmaq üçün, nikahlı yaşayın və iffətli olun!) [İbni Asakir]

(Onun bunun arvadını, qızını nizamdan bizdən deyil.) [İ. Əhməd]

(Zina edən, eyni şeyə məruz qalar.) [i. Neccar]

["Çalma elin qapısını, çalarlar qapını", "Edən tapar" deyilmişdir.]

Göz zinası

Sual: Zərurətsiz qadınlara baxmaq və qucaqlaşmaq günahdırmı? 

CAVAB

Bəli günahdır. Hədisi şəriflərdə buyuruldu ki: 

(Qadına, şəhvətlə nazirin, gözlərinə ərimiş güllə tökülüb, Cəhənnəmə atılar.) [M. Enhür] 

(Əzabı İlahidən qorxaraq, başını xarici qadından çevirənə, Allahu təala ibadətin dadını eşitdirər.) [Hakim]

(Harama baxmayan gözlər, Cəhənnəm atəşi görməz.) [İsfehani]

(Qonşu qadına, yoldaş xanımına şəhvət ilə baxmaq, xarici qadına baxmaqdan on qat daha günahdır. Evli qadınlara baxmaq, qızlara baxmaqdan min qat daha günahdır. Zina günahları da belədir.) [Taberani]

(Övrət yerini açana, başqasının övrət yerinə nazirə Allah lənət etsin!) [Beyheki]

(Qadının üzündən və iki əli ayasından başqa bütün bədəni övrətdir.) [M. Enhür] 

(Qadınlarla bir yerdə tək qalmaqdan çəkinin. Allahu təalaya and içərəm ki, bir adam bir qadınla tək qalınca, aralarına şeytan girər. Bir kimsənin palçıqlı bir donuzla sıxışmış vəziyyətdə olması, o kimsə üçün özünə halal olmayan bir qadına toxunmasından daha yüngül qalar.) [Taberani]

Həzrəti Aişə anamız buyurdu ki: 

(Peyğəmbər əfəndimiz, özünə halal olan qadınlardan başqa, heç bir qadınla qucaqlaşmadı.) [Buxari, Müslim]

Qadınların, Qurani Kərim, mövlud, ilahi oxuyaraq səslərini kişilərə eşitdirmələri haramdır. [Dinamik, radio və TV ilə eşitdirmələri isə məkruh olar.] (Tergibüssalat, Hadika)

Sual: Zina etmiş bir qadınla heçmi evlənilməz?

CAVAB

 Zina etmiş qadınla evlənmək caizdir. Çünki (Zina edən qadını, başqa kişilər nikah edə bilməz) tərcüməsindəki ayəs(n)i kərimə nəsh edilmişdir. 

Sual: AIDS haqqında hədisi şərif var deyirlər doğrudurmu? 

CAVAB

Sifilis və Aids kimi yoluxucu xəstəliklər, Avropadan, [Firəngdən] gəlmişdir. Köhnədən Avropadan gələn şeylərə firəng malı deyilərdi. Qarağat, köynək kimi. Fahişəliklə yayılan xəstəliyə də, onlardan gəldiyi üçün sifilis deyilmişdir. Bir hədisi şərifdə, (Pis qadınlar, çoxalıb, zina cəmiyyət içində yayılsa, xalq, daha əvvəl görülməmiş yoluxucu xəstəliklərə məruz qalar) buyurulur. Sifilis kimi, Aids də daha əvvəl görülməmişdi. İndiyə qədər görülməmiş daha başqa xəstəliklər də çıxa bilər. Onun üçün bu hədisi şərifdə bildirilən xəstəliyə yalnız Aids demək səhv olar. Avropadan gələn Sifilis, bel soyuqluğu da sonradan meydana çıxmışdır. 

Sual: Zina edənin, zina etdiyiylə evlənmə məcburiyyəti vardırmı? 

CAVAB 

Xeyr, yoxdur. 

Sual: Zina edənin nikahına zərəri olarmı? 

CAVAB

Nikahına zərəri olmaz. Lakin zina, ən böyük günahlardandır. 

Sual: Zinanın zərərləri nələrdir?

CAVAB

Zinanın zərərləri çoxdur. Bir hədisi şərif tərcüməsi belədir:

(Zinanın dünyada üç zərəri vardır: 

1- Gözəlliyi və parlaqlığı aradan qaldırar,

2- Kasıblığa gətirib çıxarar, 

3- Ömürün qısalmasına səbəb olar.

Axirətdəki üç zərəri:

1- Allahu təala qəzəb edər.

2- Sorğu sualı, hesabı çətin keçər. 

3- Cəhənnəm atəşində əzab çəkməyə səbəb olar.) [Taberani]

Göz zinası

Sual: Zina, qeyri-qanuni əlaqə demək deyilmi? Göz zinası da deyilir. Gözlə əlaqə olarmı? 

CAVAB

Zina, haram olan əlaqə deməksə də, harama baxmaq da gözlə işlənən haram olur. Bu harama göz zinası deyilir. Bir hədisi şərif tərcüməsi belədir:

(Gözlərin zinası harama baxmaq, qulaqların zinası ədəbsiz söz dinləmək, dilin zinası fahişəlik danışmaq, əllərin zinası namahremi tutmaq, ayaqların zinası günah olan yerlərə getməkdir.) [Buxari]

Demək ki hər üzvün bir zinası olur. Burnun da zinası olar. Bir hədisi şərif tərcüməsi:

(Qoxu sürünüb çölə çıxan və qoxusunu eşitdirmək üçün bir birliyin yanından keçən qadına və ona nazirə [onu iyləyənə] zina günahı yazılar.) [Nəsəs(n)i]

Buradakı da burnun işlədiyi iyləmə zinası olur. Bir də, qadına baxmışsa, göz zinası da olur. Öpsə dodaq zinası işləmiş olur. Şəhvətlə və ya lazımsız danışsa dil zinası olar. Toxunsa və ya zərurətsiz qucaqlaşsa əl zinası olar. Bir hədisi şərif tərcüməs(n)i belədir:

(Adamın başına dəmir bir şişin batması, xarici qadına toxunmasından daha yüngül qalar.) [Taberani, Beyheki]

O halda zinanın hər növündən uzaq dayanmalıdır. Qurani Kərimdə, (Zinaya yaxınlaşmayın) buyurulur. Bu, zinaya aparacaq bütün işlərdən uzaq durun deməkdir.

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 13573
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz