Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İki rəfiqə var idi. Mələk və Pəri
İki rəfiqə var idi. Mələk və Pəri
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2351
Səs ver:

 


 Pəri:
Nə olub, niyə belə fikirlisən?
 
 
Mələk:
Bir sual məni çox düşündürür.
Görəsən həyat nədir? və ya nədir həyat?
 
-Pəri: 
Həyat.. Gözəl yaşayış, imkan, sağlamlıq, dəbdəbə, yeyib-içmək, sevib-sevilmək, daim diqqət mərkəzində olmaq, hər kəsin qibtə edəcəyi həyat tərzidir məncə.

Mələk : 
Axı həyat bu qədər bəsit ola bilməz.

- Pəri : 
Aaa? Bəsit niyə olureee? Saydıqlarım səncə bəsitdirmi?
Sənin bəsit adlandırdığın şeylərə görə insanlar bir-birlərini öldürürlər. Gözəl yaşayış olmayanda ailələr dağılır. Diqqət mərkəzində olmaq üçün geyimlərini dəyişir, əyir-büzür, qısaldır, cürbəcür şəkillrə salırlar. Sevgiləri uğursuz olanda hər şeyə küsürlər. Bəzən heç özləri də bilmədən ürəklərində Allaha üsyan edirlər.
Hər kəs bunlara sahib olmaq istəyirsə demək elə həyatın mənası bunlardır.

- Mələk 
Xeyr! Əsl məna necə bu ola bilər ki, bunlara alçaldıcı yollarla nail olurlar?!

-
 Pəri :
Gördüün? Özün də qəbul etdin "alçaldıcı”.
Əgər həyatın mənası bunlar olmasaydı insanlar bunlara nail olmaq üçün alçalmazdılar.

"Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).” Ənkəbut,64.

- Mələk : 
Biz necə var olmuşuq və nə üçün var olmuşuq?
Bunu dərindən düşünən zaman o saydıqların gözümdə kiçilir.
Onda mən daha çox hiss edirəm ki, müvəqqəti olan, davamlı olaraq yenilənməyə ehtiyac duyan, hansısa yolla əldə edilməsi mümkün olan və əldə edildikdən sonra da getdikcə dəyərsizləşən bir şey heç vaxt həqiqi xoşbəxtlik ola bilməz.

- Pəri : 
Bəs onda nədir ?
Bunlara sahib olmadan xoşbəxt olmaq mümkün deyil axı.
Baax, çoxlarının həsəd apardığı şəkildə yaşayan, başqalarının arzuladığı bütün nemətlərə sahib bir insan, nəyisə çatışmayanda özünü bədbəxt hesab edirsə, deməli həyatın mənası o çatışmayan şeyi əldə etmək üçün mübarizədədir.
İndi sən mənə necə həyatın mənasının başqa bir şey olduğunu deyə bilirsən?!

’’(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər’’ .Loğman,20

- Mələk :
Düzdür,bu saydıqlarınla insan xoşbəxt ola bilir.
Mən də istəyərəm gözəl ailəm olsun, sağlam olum, maddi cəhətdən imkanım yaxşı olsun, sevim və sevilim.
Amma məni düşündürən budur ki, biz həyatda yalnız bunlara nail olmaq üçünmü yaşayırıq? Yoxsa onlar vasitəsilə həqiqi xoşbəxtliyə doğru gedirik?

- Pəri : 
Mən səni heç başa düşə bilmirəm.
Bunları düşünməklə vaxtını itirməkdənsə, beynini yorub sonu görünməyən lazımsız şeylərdən danışmaqdansa çıxaq çölə-bayıra, şənlənək biraz, gedək alış-veriş etməyə.
Həyat bir gündür,o da bu gündür. Bu gününü yaşa, belə şeyləri düşünmək sənə sadəcə vaxt itkisi qazandırar.

Mələk :
Məni başa düşə bilmirsən? Amma sanki mən səni başa düşə bilirəm..
Niyə yarandığımı bilmədən, hardan gəlib, nə üçün gəilb, hara getdiyimi bilmədən kor-koranə bir həyatla necə xəşbəxt ola bilərəm?!.
Bu mümkün deyil.
Öz yaradılışına uyğun olmayan bir şeyin nə qiyməti ola bilər?!
Bax əlimdəki bu çantaya. Bunu hara getdim özümlə aparıram, niyə? Çünki bu çantanın vəzifəsi əşyaları daşımaqdır. O mənim əşyalarımı daşıdığı üçün qiymətlidir. Bu telefon.. bu telefonun dəyərini sevdiklərimlə əlaqə yaradanda hiss edirəm. Öz vəzifəsini icra etməsəydi nə qiyməti olardı axı?

- Pəri : 
Nəbilim, heç bir qiyməti olmazdı. Belə baxanda düz deyirsən. Amma kiii ... Offf...
Yaxşı, onda bizim vəzifəmiz nədir?
Saydığım hər şeyi bəsit adlandırdın. Mənə bəsit olmayanı de, mən də qəbul edim.
İnsanların gözünü kor edən, qadaşı qardaş qatili edən, bacını bacı paxıllığını etməyə vadar edən puldan, şöhrətdən daha qiymətli bir şey de. Axı pul olmayanda gözəllik də olmur, sağlamlıq da, xoşbəxtlik də.. -

"(Ey möminlər!) Siz puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” Ənfal,67.

- Mələk : 
Yaxşı.. Onda bir sual verəcəm. Sən çox gözəlsən, imkanın əla, geyimin bahalı marka, bir çoxlarının qibtə edəcəyi nişanlın var. Özünü bu həyatda ən xoşbəxt insanlardan sayırsan.
Nişanlın ilə görüşə gedərkən bir yol qəzasında dünyanı dəyişirsən...

- Pəri : Buyy.. Allah qorusun davamını gətirmə.
Niyə belə bəd-bəd danışırsan axı? Sən demək istəyirsən ki, öləcəyik deyə yaşamayaq?

- Mələk :
Əlbəttə ki, elə deyil. Sən məni başa düşmək istəmirsən.
Demək istəyirəm ki, sənin saydıqların bir anda bitə biləcək qədər acizdir.
Aciz olan bir şey necə həqiqi xoşbəxtlik ola bilər?
Həqiqi xoşbəxtliyi tapan biri, sən saydıqların olmadan da xoşbəxtdir.
Çünki o, xoşbəxtliyin özünü tapmış
dır.Bir kitab düşün, hər kəsin mədh etdiyi bir kitab.. İnsanlar onun haqqında nə qədər yazsalar da, danışsalar da onu oxumağın yerini verərmi?

- Pəri :
Bəlkə də düz deyirsən, ancaq o kitab haqqında məlumatım varsa onu təzədən oxuyub vaxt itirməyin nə mənası var?!
Səhv deyirəm sən Allah?

- Mələk : 
Amma hansısa ölkə haqqında danışsaydım, oranı gedib görmək üçün dəridən qabıqdan çıxardın.
Filankəsin nə əntiqə paltarı var desəydim onu görmək üçün yolunu uzadardın. Kitab dedim, zaman itkisindən danışdın.

"Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!” İsra,18.

- Pəri : 
Hmm, amma indi o başqa, bu başqa.
Nə isə, bu söhbətdən ürəyim sıxıldı.
Mən gedim. Görüm gedib maraqlı nə tapıram, danışarıq inşaAllah. Hələlik.

- Mələk : 
Maraqlı... Get onda, sənə yaxşı yol.
Mən hələ bu haqda düşünmək istəyirəm.

Bir neçə gün sonra.
- Pəri : 
Salam, filosof(gülür). Tapdın, kəşf etdin həyatın mənasını?

-
 Mələk : 
Bəlkə də inanmayacaqsan, amma hə.
Həqiqi xoşbəxtliyin nə olduğunu bu bir neçə gün ərzində tapdım.

- Pəri : 
Həə, gördüün, axır ki dediklərimə haqq qazandıracağını bilirdim.
Çöhrəndəki üzüntü, narazılıq, nigaranlıq çöküntüsü aradan gedib.
Sualına cavab tapdın. Bütün problemlərin həlli, xoşbəxtliyin açarı nədiir? Pul, həə?

- Mələk :
Doğrudan da gülməli bir haldır.
Yəni bu pul insanları bu qədərmi əsir edib ki, həyatın mənasını onsuz düşünə bilmirlər.
Əl çirki olan pulun olmamasıdırmı üzlərdəki çöküntünü yaradan?
Bəs əlləri çirklə oynayanların çöhrələrindəki çöküntüsü nə ilə izah edəcəksən?
Pul həyatımızda böyük bir rol oynayır, bu danılmazdır, amma həyatımızdakı bir rolu oynayır sadəcə. Sadəcə bir rolu.
Deyək ki, sən bir filmin hansısa rolunu oynadın, lap olsun baş rolu...
Əgər film olmasa o baş rolun nə mənası var?
Demək əsas filmin özüdür.
Baxışlarından görürəm ki, mövzunu hələ yaşamırsan.
Bu izahı da verim, daha aydın olsun fikirlərim.
Ağacın kökünü biz görmürük o torpağın altınada qalır. Amma şüur olaraq bilirik ki, ağacın ürəyi onun köküdür.
Yəni zahiri görüb, onun zahirinə vurulub batinini unutmaq olmaz.
Bir az düşünsən nə demək istədiyimi biləcəksən.

- Pəri :
Ürəyim üzüldü lap.
İndi həqiqi məna nə oldu, kök?

- Mələk :
Həqiqətənmi dediklərimi başa düşmürsən? Yoxsa sənə maraqsız olduğunu bu şəkildə göstərirsən?
Mən sənə əlifba demədim hərifləri saydım ki, nədən danışdığımı özün tapasan.
Ancaq görürəm mövzuya çox biganəsən.
Mən suallarımın cavablarını Quranda tapdım.
İnarısan, çox ...

- Pəri :
Aman Allah, dayan, davamını gətirmə.
Bir mollamız çatışmırdı.
Baax, indidən nə qədər ki gec deyil buna bir son qoy.
Vaxt gələcək, sən demişdin deyəcəksən.
Bu şeyləri çox düşünmə, ürəyin təmiz olsun, ürəyin Allah ilə düz olsun bəsdir.
Qocalıb əldən düşəndə cavanlığımı niyə yaşamadım deyib peşman olacaqsan.

"Kaş bir də (dünyaya) dönə biləydik, möminlərdən olardıq.” Əş-şüəra,102

- Mələk :
Sənə sənin istədiyin cavabı verəcəm onda.
Həqiqi xoşbəxtliyi tapdım, bəli..
Yalnız özünü düşünmək, öz xəyalına çatmaq üçün başqalarının real dünyalarını dağıtmaq. Özü insanlıqdan çıxıb başqalarına insanlıq dərsi vermək. Kimlərsə əziyyət çəkərkən, onları heç düşünmədən rahat-rahat yata bilmək. Xoşbəxtliyi yaşayıram düşüncəsi ilə, xoşbəxtliyi məhv etmək. Bəzən yuxuda hər şeyin alt-üst olduğunu gürüb, səhər yuxudan duranda "əşii yuxudur da” deyib o haqda heç düşünməmək.. "Dövran dəyişilib, zaman kələk zamanıdır. Mən etməsəm, kimsə gəlib mənə kələk edəcək” deyib öz mənəviyyatını unutmaq. İnsanlarla pis rəftar edib, onlardan yaxşılıq gözləmək, hörmət deyil, qorxu əsasında münasibət qurmaq. Özünü bir kənara qoyub, ancaq zəmanəni günahlandırmaq.
Bəli, mən sənin dediyin xəşbəxtliyi tapdım - onun nə olduğunu düşünməyə zaman ayırmamaq, gününü boş işlərə sərf edərkən zamanını dəyərləndirməyib bu haqda düşünməyi zaman itkisi saymaq.
Sənin dediyin xoşbəxtlik, onu bədbəxtlikdə axtarmaqdır.

- Pəri : 
Mən bədbətlikdə axtarmıram, amma molla olmaq niyyətim də yoxdur.
Sənin düşüncələrinlə mən xəşbəxt ola bilmərəm.
Xahiş edirəm, mənə daha bu haqda əlavə heç nə demə.

"Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər.” Bəqərə,175

-
 Mələk : 
Mən sənin görmək istəmədiklərini göstərməyə çalışdım.
Amma yenə də istəmirsənsə, mənim əlimdən heç nə gəlməz.

- Pəri : 
Sən elə danışdın ki,elə bil mən ateistəm. Xeyr! Mən Allaha bağlı insanam, səndən daha çox məlumatım var din haqqında. Sadəcə olaraq çox dərinə getməyin tərəfdarı deyiləm. Mənim ürəyim çox dindardan təmizdir. O qədər dindar var ki, görürükdəə necədirlər, ehh. İnsan yaranıb yaşamaq üçün.

"İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda : "Biz Allaha və qiyamət gününə iman gətirdik” – deyirlər.” Bəqərə,8.

- Mələk : 
Dərinə getmək nəyə deyirsən?
Allahın buyurduqlarını etmək nə vaxtdan dərinə getmək olub?
Mən Quranı oxuyarkən ...

- Pəri :
Bağışla sözünü də kəsirəm, amma getməliyəm.
Düzü hələ də inanmağım gəlmir, gülməli gəlir sənin bu molla danışıqların mənə.
İnşaallah ümid edirəm ki, gün gələr nə demək istədiyimi bilərsən.
Allaha əmanət ol.

"Həqiqətən,günahkarlar iman gətirmiş kimsələrə gülürdülər”. Əl-Mutəffifin, 29

- Mələk : 
Ey varlığı üçün dəlilə ehtiyacı olmayan, Özü hər şeyin dəlili olan Rəbbim, Sənin qüdrətini görmək üçün möcüzə axtarmağa gərək yoxdur.
Çünki yaratdığın hər şey Sənə adi, bizim üçün isə möcüzədir. Bunları görməyimizdən ötrü bizlərə bir deyil, iki gözü bəxş etmisən.
Ey yaxşılıq və xeyrindən başqa heç bir şey gözlənilməyən Allahım, Sənə Öz qüdrətin qədər şükürlər olsun ki, məni doğru yola yönəltdin.
Ey ədalətindən başqa heç bir şeydən qorxulmayan, məni yalnız dilində Allah olanlardan etmədin. Həqiqi xoşbəxtliyin nə olduğunu mənə göstərdin. Həmd olsun..

Bir neçə il sonra.
- Pəri : 

Salam, necəsən, illər sonra səni görməyimə çox sevindim.
Xahiş edirəm, Allah xatirinə məni dinlə.
Zaman səni qocaltsa da, üzünə bir qəribə nur gətirib.
Mənim isə ..
Bu sözləri bir gün dilimə gətirəcəyimi desəydilər, gülünc gələrdi mənə. Amma indi heç kəslə bölüşə bilmədiyim bu sözləri, sənə deyə bilərəm.
Xoşbəxtlik, xoşbəxtlik..
Yadındadır? Bu sözün mübahisəsini çox etmişdik.
Mən o zamanlar kasıb idim və geyimin, gözəl həyatın eşqi ilə heç nəyi görmürdüm. Əslində görürdüm, amma bunu qəbul etmək mənə çox çətin idi. Yaşamaq istədiyim həyatın xəyalı məni başqa bir insan etmişdi. Tək istəyim o cəlbedici həyatı yaşamaq idi.
Bilirəm, sonralar sənin yanından salam verməyib, kinayəli gülüşlərlə keçdiyim o günləri də xatırlayırsan, bəlkə də ....
Amma mən həqiqətən peşmanam.
Gözəlliyim gedib, o puldan məndə çox var, amma bir işə yaramır indi. Qocaldıqca, ölümü hiss etdikcə, bu yaşıma kimi puç etdiyim ömrü düşünəndə vahimə məni bürüyür. Çox qorxuram, çox.
Sənə yalvarıram, bir zaman davamını gətirməyə imkan vermədiyim o sözlərinin davamını gətir.

- Mələk : 
O zaman sənə öz sözümü demişdim. Yarıda qalanlar, deyə bilmədiklərim isə mənim sözlərim deyildi, xoşbəxtliyi tapdlğım kitabı, Qurani-Kərimi ilk dəfə açarkən oxuduğum ayələr idi.
Beləki, Qurani-Kərimdə Allah- Təala buyurur: "Ölüm, həqiqətən gələcəkdir(Ey insan!). Bu sənin qorxub qaçdığın şeydir”. Qaf,19.
Həmçinin buyurur :"Xeyr! Əgər (qiyamət günü sizə nə ediləcəyini)tam yəqinliklə bilsəydiniz(fani dünya malına meyl etməzdiniz)”


Şərhlər:
Baxılıb: 2351
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz