Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hicablı xanımlar diqqət
Hicablı xanımlar diqqət
Göndərən: QaDiNLaR BiZ
Şərhlər:
Baxılıb: 8466
Səs ver:

 


Maşallah, son zamanlarda şəhərimizdə hicablı xanımların sayı artıb. Küçədə, mağazada, iri şirkətlər-də, metroda, avtobusda – hər yerdə əvvəlkindən daha çox hicablı qız və qadınlarla rastlaşırıq. Özü də bu artım hicaba qarşı həyata keçirilən məhdudiyyətlər fonunda baş verdiyi üçün xüsusi diqqətə layiqdir. Amma... Amma kaş hicaba büründüyünü güman edənlərin hamısının zənni düz çıxaydı və onların hamısı HƏQIQI hicablı olaydı. Kaş bütün müsəlman bacılarımız dərk edəydilər ki, hicab yalnız başı bağlamaqdan ibarət deyil. Hicab yalnız sifəti və biləkdən aşağı əlləri çıxmaq şərti ilə bütün bədəni paltarla örtməklə də bitmir. Hicabda dörd əsas şərt olmalıdır. Birincisi, hicab qadının şəriətdə görünməsi icazə verilən üzvlərindən başqa, bütün bədənini örtməlidir. Ikincisi, hicab bədənin rəngini göstərəcək dərəcədə şəffaf olmamalıdır. Üçüncüsü, hicab əndamın qabarıqlığını bildirəcək dərəcədə dar və nazik olmamalıdır. Dördüncüsü, hicablı qadının geyimi gərək ətrafdakıların nəzər-diqqətini özünə cəlb edəcək qədər alabəzək və ekstravoqant olmasın. Hicablıların sayı artdıqca, şəhərimizdə bununla bağlı müxtəlif dəblər də daha çox gözə dəyir. Xanımların bir hissəsi, necə deyərlər, "Hade"sayağı hicab bağlayır. Yəni saçlarının hamısını örtsən kifayət edər, boyun-boğaz açıqda qalsa da eybi yoxdur. Yaylığı alnından sıxıb boynunun arxasında düyünlə, vəssalam – bu da oldu hicab. Bir başqa dəb, necə deyərlər, iran-sayağı hicab bağlamaq da ara-sıra gözə dəyir. Yaylığı təpənin ortasından çəkib boğazın altından düyünləyirsən, saçın qabaq hissəsini və kəkili isə nümayişə qoyursan. Bundan da betər “hicab” növləri olur.

 

Məsələn, saçını, başını, boyun-boğazını örtürsən, amma əyninə dar şalvar ya retuz geyinib, köynəyin ətəyini belindən ən uzağı yarım qarış aşağı buraxırsan. Ya da ki parlaq, bəzəkli parçadan paltar geyinirsən, o cür materialdan olan yaylıq bağlayırsan, ayağına da dikdaban çəkmə geyirsən, bütün şəhər dönüb sənə və sənin yol-yerişinə baxmağa məcbur olur. Kosmetikadan danışmağa dəyməz. Həqiqətən, bəzi hicablı xanımların makiajı sürrealist rəssamların alabəzək tablolarını xatırladır. Əlbəttə, etiraz edib deyə bilərsiniz ki, hər kəsin hansı şəkildə geyinməsi onun özündən asılıdır. Və insanın geyiminə əsasən, mənəvi dünyası haqqında fikir yürütmək heç də düzgün üsul deyil. Bu fikrə hörmətlə yanaşmaqla bərabər, bunu demək istəyirik ki, bəzən geyim və davranış insanın fərdi və şəxsi işi olmaqdan çıxır, cəmiyyətin əxlaqi durumuna təsir etmək, özü və özü kimilər haqqında fikir yaratmaq vasitəsinə çevrilir. Bəlkə də elə bu cür adamların üzündəndir ki, bəzilərinin hicaba münasibətini soruşanda bu cavabı verirlər: “Əşi, təki adamın ürəyi təmiz olsun. O qədər hicablılar var ki, çadranın altında min oyundan çıxırlar”. Bu cür düşünənlərə haqq qazandırmaq fikrində də deyiləm.

Dindar xanımların içində azlıq təşkil edən bəzi pis ünsürləri misal gətirib, ümumilikdə hicaba ləkə atan şəxs gözünü yumub Günəşin mövcudluğunu inkar etmək istəyən adama bənzəyir. Ona deyən lazımdır ki, sən niyə pislərə baxırsan? Bacarırsansa, həm hicab ört, həm də əxlaqlı ol – Fatimə kimi, Zeynəb kimi, hicabın adını uca tutan minlərlə ismətli xanımlarımız kimi... Bir az da bəzi hicablı xanımların davranışından danışmaq istərdim. Bəzən elə olur ki, camaatın gur olduğu ictimai yerdə qəhqəhə ilə gülüş, ədəbsiz zarafat eşidirsən. Istər-istəməz səsin haradan gəldiyinə dönüb baxırsan. Bu ədəbsizliyin sahibinin cavan hicablı qız (və ya qızlar) olduğunu görəndə onun əvəzinə səni xəcalət təri basır. Onsuz da hicabın əlindən zəncir çeynəyən bəzi “mədəni” və “qloballaşmış” adamların rişxəndlə dolu sözlərini, “budey, bu da hicablı; örtünməklə deyil ki...” mızıltılarını eşidəndə adam bilmir ki, nə desin, nə etsin. Bircə əlac ona qalır ki, ürəyində deyəsən: “Allah özü hidayət eləsin – həm hicabsız olub hicablılara lağ edənləri, həm də onların əlinə bəhanə verən bəzi dırnaqarası hicablıları”.

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 8466
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz